3 sonuçtan 1 ile 3 arası

Anar adı Azərbaycanda artıq bir brenddir

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Anar adı Azərbaycanda artıq bir brenddir

    Oktyabrın 22-də “HEZZ club”da ölkəmizdə 10-cu dəfə keçirilən “Best model of Azerbaijan-2010” müsabiqəsinin finalı baş tutacaq. Məlum olduğu kimi, “Best model of Azerbaijan”-ın Azərbaycanda ilk təşkilatçısı, Bakıda vəfat edən mərhum biznesmen Nahid Kabakçının xatirəsinə ithaf olunan builki yarışmanın iki prezidenti var – stilist Anar Ağakişiyev və Validə Abbasova. Finala sayılı günlər qaldığı bir vaxtda Anar Ağakişiyev müsabiqə ilə bağlı bu günə kimi mətbuatda işıqlandırılmayan məqamları müsahibəsində danışdı.

    - “Best model of Azerbaijan-2010”-nun keçirilməsi üçün çox az vaxt ayrıldı. Müsabiqəni yüksək səviyyədə təşkil olunması üçün bu müddət yetərlidirmi? Hazırlıq prosesi necə gedir?

    - Müsabiqənin hazırlıq prosesi yüksək səviyyədə gedir. Ümumiyyətlə, budəfəki “Best model of Azerbaijan” “Best model of the world” səviyyəsində keçəcək. Əvvəllər bu müsabiqə konsert salonlarında keçirilirdi. Amma bu dəfə belə olmayacaq, çox rəngarəng, maraqlı bir şou olacaq. Çünki mən 2008-ci ildə Ruhi ilə “Best model of the world”-ə getmişdim. Orda səhnəni, proqramı necə qurduqlarını görmüşəm.

    - Bu yarışma heç vaxt iki nəfərin başçılığı altında keçirilməyib. Bir müsabiqəyə iki nəfərin rəhbərlik etməsi çətin deyilmi və hansınızın əziyyəti daha çoxdur?

    - Hər ikimizin də əziyyəti var. Daha çox mənim dost, tanışlarım üstünlük təşkil edir. Amma danışıqlara Validə xanımı göndərirəm. Çünki işimlə əlaqədar vaxtım az olur. Amma əziyyəti hər ikimiz çəkirik, işimizi bərabər görürük.

    - Bu müddət ərzində sözünüzün çəp gəldiyi olubmu?

    - Bu artıq səhnəarxası söhbətdir. Bunu müsabiqədən sonra sizə açıqlayacam. O ki qaldı iki prezidentin birgə çalışmasına, ilk növbədə onu vurğulayıram ki, iki prezident var. Amma Validə xanımın ətrafında olan insanlar orda-burda hallandırırlar ki, guya prezident yalnız odur və mən onun yanında ancaq köməkçiyəm. Xeyr, bu heç də elə deyil. Bu il prezidentliyə iki namizəd təsdiqlənib. İlk təklif də mənə gəlib.

    - Hətta bildiyimizə görə, Validə Abbasovanın namizədliyini də Erkan bəyə sən təklif etmisən.

    - Bəli. Erkan bəy mənə zəng vurub dedi ki, Nahid Kabakçının xatirəsinə ithaf olunmuş “Best model” müsabiqəsi keçiriləcək. Bir komanda şəklində iş olacaq. Fəxriyyə Xələfovanın, Aygün Kazımovanın, Ruhinin, Lyubov Qutorovanın adlarını sadaladı. Dedi ki, ancaq öndə gedən sən olacaqsan. Mən də dedim ki, tək bu işi bacarmayacam. Çünki işdə daha çox oluram. Bir stilist olaraq öz sənətimdən geri çəkilmirəm. O da cavab verdi ki, tək istəmirsənsə, başqa adam olsun. Mən də Validə Abbasovanı təklif etdim. Razılaşdılar, çünki Validə xanımın təcrübəsi vardı, bir dəfə prezidentlik etmişdi. Zəng vurub Validə xanıma dedim, o da canla-başla razı oldu.

    - Bəs hansı səbəbdən Validə xanımın prezident olması daha çox qabardılır? Bu, onun ətrafındakı insanların işidir, yoxsa sənə qarşı yönəlmiş bir addım?

    - Ola bilsin ki, mənə qarşı hansısa bir təxribatdır. Amma bəlkə heç təxribat demək də düzgün olmaz. Validə xanımın yanında çalışan bir dostu onun informasiyalarını yayır, onu qabardır. Belə baxanda mənim heç reklama ehtiyacım da yoxdur. Bu, bir layihədir. Dostlarım Erkan Özerman və dizayner Ramazodan gələn bir təklifdir. Sadəcə olaraq onların təklifini qəbul etmişəm. Bu layihə ilə özümü reklam etmirəm, çox az görünürəm.

    - Deməli, qarşı tərəf reklamla məşğuldur?

    - Belə çıxır. Mən yalnız finalda görünəcəm. Və bu da kifayət edəcək. Mənim finalda olmağım artıq hər şeyə aydınlıq gətirəcək. Məndən də dostlarım soruşur ki, niyə bununla özünü reklam etmirsən? Mən kanalların birində dedim ki, Erkan Özerman təklif irəli sürüb və iki prezident seçilib. Ondan sonra heç bir efirə çıxmıram. Heç kimə yalvarmıram ki, məndən açıqlama alın. Heç yerdə də şəkillərimi yaymıram. Bu, elə bir layihədir ki, əsas önəm iştirakçılara verilməlidir. Biz isə rəhbər kimi final günündə görünməliyik.

    - Sənin adının az hallanması, müəyyən qədər kölgədə qalmağın xətrinə dəymir?

    - Qətiyyən. Anar adı Azərbaycanda artıq bir brenddir. Ona görə də mənim özüm, adım heç vaxt kölgədə qalmayacaq. Müsabiqədə iştirakçılar qala-qala öz şəklimi çəkdirməyim düz deyil axı. Mən finalda çıxış edəcəm. Çox gözəl şou olacaq. Komandadakı xanımların hamısı sağ olsun ki, bizimlə çiyin-çiyinə çalışıb dəstək olurlar.

    - Azərbaycanda müsabiqələr keçirilir. Amma finaldan sonra qalmaqallar olur, şəffaf keçirilməməsi ilə bağlı söz-söhbətlər yaranır. Bunlardan qorunmaq və sonradan problemlərin yaranmaması üçün hansı addımlar atırsız?

    - Bizim müsabiqə şəffaf keçəcək. Hər şey yazılı olacaq. Müsabiqədən sonra da hansısa qalmaqal olsa, mən onu yerindəcə bağlayacam, ya da özüm hansısa açıqlamalar verəcəm.

    - Yəni belə bir şeyin olması gözlənilir, yoxsa əksinə, olmayacağına zəmanət verirsən?

    - Biz bilmirik 5 dəqiqədən sonra nə olacaq. Ona görə də heç kim heç nəyə zəmanət vermir. Bu yarışmanı keçirmək illər boyu mənim arzum olub. Amma vaxt azlığına görə, tək keçirə bilməzdim. İnşallah, bəlkə 2011-ci ildə mən bu müsabiqəni tək keçirəcəm, bir az da fərqli edəcəm. Yəni, ikilikdə işləmək çətindir. Fikir ayrılığı, iki ayrı ideya, düşüncə olur. Validə xanım şou-biznesdə adamı olsa da, ondan bir az uzaqdır. Mən isə şou-biznesin yaxşı, pis tərəfini, iç üzünü, çirkabını yaxşı bilirəm. Bilirəm hansı insandan zərbə gözləmək olar, hansından yox.

    - Əminsən ki, “Best model of Azerbaijan-2010” əvvəlkilərdən seçiləcək, fərqlənəcək?

    - Bu günə qədər iki “Best model of Azerbaijan” xoşuma gəlib – Aygün Kazımovanın rəhbərlik etdiyi və mənim də çalışdığım Ruhi xanımın prezident olduğu müsabiqələr. Onlar bu yarışı fərqli, təmtəraqlı keçirdilər. Bizdə isə daha çox şounun özünə üstünlük veriləcək. Tamaşaçının diqqəti şouda olacaq, zalda, dekorasiyada yox. Çalışacağıq daha fərqli, yaxşı edək. Detallar hələ də dəqiqləşdirilir. Bircə onu deyə bilərəm ki, Fəxriyyə xanımın və məşhur bir dükanın kolleksiyası nümayiş olunacaq.

    - Yəqin artıq 10 qız və oğlan iştirakçı arasında öz favoritlərin də olmamış deyil.

    - Favoritim var, əlbəttə. Dünyada keçirilən yarışmaların heç birində münsiflər heyəti qalibi həmin gün seçmir. Məşqlərdə iştirakçıların hər hərəkətini nəzərdən keçirir və seçimini edir. Amma həmin adam böyük səhnəyə çıxanda özünü itirirsə, özünü göstərə bilmirsə, ona birinci yeri vermək olmaz. Qız və oğlan iştirakçılar arasında favoritim var. İnşallah, digər münsif üzvlərin fikirləri də üst-üstə düşər.

    - Yeri gəlmişkən, yəqin ki, münsiflər heyətinin tərkibi artıq müəyyənləşib. Adlarını açıqlaya bilərsən?

    - Açıqlaya bilərəm. Erkan Özerman, mən, Validə Abbasova, Fəxriyyə Xələfova, Aygün Kazımova, Lyubov Qutorova, Ruhi, Könül Nağıyeva, dünyada birincilik qazanan Rahib, 2008-ci ilin qalibi Esmira, Türkiyədən dizayner Ramazo. Bundan başqa Orxan Aslanovun gəlməyi hələ sual altındadır. Zəhra Bədəlbəylidən isə cavab gözləyirik. Bir də münsiflərin arasında sürpriz qonaq olacaq. Hələ adını açıqlamıram. Həmin adamı orda görəndə hamı təəccüblənəcək. “Best model of Azerbaijan”-ın 10 illik tarixçəsində o insanın bu müsabiqəyə hələ heç bir aidiyyatı olmayıb. Sadəcə olaraq təklif etdim və razılaşdı. O, bir peşəkar düşüncəli və zövqlü insan olaraq münsiflər heyətində oturacaq. Tamaşaçı üçün çox təəccüblü, şok bir hadisə olacaq. Seçimlər də ancaq münsiflər heyətinin qərarına əsaslanacaq

    - Seçimlərin obyektiv keçiriləcəyinə nə dərəcədə zəmanət verirsiz? Tanışlıq, rüşvət, tapşırıq keçəcək?

    - Qətiyyən. Mən 11 illik brend adımı bir müsabiqəyə görə pozan deyiləm. Belə şeylər qətiyyən olmayacaq. Özünüz də görəcəksiniz. Burada daha çox parametrlərə üstünlük veriləcək. Çünki bu bir model yarışmasıdır, gözəllik yox. Seçimlər obyektiv olacaq və layiqli iştirakçı qazanacaq. /lent.az

  2. #2
    MEX
    MEX çevrimdışı
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    127

    Re: Anar adı Azərbaycanda artıq bir brenddir

    Paahhh men hec tanimiram bu brendi.Yene de movzu ucun thank you.

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    386

    Re: Anar adı Azərbaycanda artıq bir brenddir

    Alıntı MEX Nickli Üyeden Alıntı
    Paahhh men hec tanimiram bu brendi.Yene de movzu ucun thank you.
    mnede mövzu ücün teşekürler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.