Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva və maneken-müğənni Ebru Polad Bakıya gələcəklər. Günay Musayeva oktyabrın 22-də Bakıda keçiriləcək “Best model of Azerbaijan” müsabiqəsinə qatılacaq. O, bunun üçün “Best model of world”un prezidenti Erkan Özərman tərəfindən dəvət alıb. Daha əvvəl dünya üçüncülüyü qazanan model xəbəri təsdiqləyib: “Bu müsabiqəyə məni Erkan Özərman dəvət etdi, əslində artıq belə müsabiqələrdə iştirakım və nailiyyətlərim olduğu üçün gəlmək istəmirdim. Lakin Erkan bəy dedi ki, bu il güclü iştirakçılar olacaq və obyektiv seçimdə mənim mübarizəmin nəticəsini görmək istəyir. Bundan sonra qərar verdim ki, müsabiqəyə qatılım. Sentyabrın 18-dən 22-dək Bakıda olacağam və məşqlərə qatılacam. Müsabiqədə dostum Yusif Güney də mənə dəstək olaraq çıxış edəcək ”.

Maneken və müğənni Ebru Polad isə müsabiqədə qonaq qismində iştirak edəcək. Erkan Özərmanın dəvət etdiyi türkiyəli müğənnilərinin arasında hələlik Yusif Güney və Ebru Poladın müsabiqədə iştirak edəcəyi dəqiqləşib. Qeyd edək ki, müsabiqədə Romazzo adlı modelyerin kolleksiyaları nümayiş etdiriləcək. show-biznes.az