- İlk sualım son-dövrlər Namiq Qaraçuxurla bağlı baş verən olay haqqındadır. Maraqlıdır, Siz Namiqi sevirsiniz?
- Yox

- Bəs niyə bu qədər söz-söhbətlər gəzir ki, məhz Oksana Namiqlə Aygünün ayrılmasına səbəb olub?
- Bilmirəm bu söhbətlər haradan çıxıb. Səbəb yəqin o idi ki, biz Namiqlə eyni təyyarədə uçmuşduq. Ondan sonra mən hər ikisini tədbirə dəvət etmişdim. Aygün xanım gəlmədi. Namiq isə tək gəldi. Söhbət yarandı ki, bəs bu tədbirə Aygün yox, Namiq gəldi. Sual yarandı ki, xeyir ola, Namiq Aygün xanımsız gəlib?

- Siz özünüz danışıb çağırmışdınız Aygünlə Namiqi?
- Xeyir. Zəng etdim, Aygün xanım açmadı telefonu. Demək istəyirdim ki, təqdimat mərasiminə dəvət edirəm. Çox istərdim ki, Siz orda olasınız.

- Bundan sonra Aygün xanımla aranızda problem oldu?
- Yox-yox heç bir problem olmadı. Orada çoxlu sayda müxbirlər olduğundan, hamısı Namiqin üstünə düşdü ki, niyə Aygünsüz gəlibsiniz? O, da açıqlama verdi ki, belə gəlmək istəmişəm və gəlmişəm. Orada dedi ki, sənət yoldaşım dəvət etdiyi üçün gəlmişəm. Belə bir söz-söhbət oldu ki, ümumiyyətlə, Namiq bəy heç yerə getmir. Məhz, mənim tədbirimə gəlməsi, təyyarədə bir yerdə gəlməyimiz… Bu söhbətləri yaratdı…

- Harada idiniz?
- Moskvada

- Ora nə səbəbdən getmişdiniz?
- Azərbaycanı ilk dəfə beynəlxalq müsabiqədə təmsil edib, birinci yeri aldım. Namiq də həmin zaman toydan qayıdırdı. Eyni təyyarədə gəlirdik. Bu qədər…

- Bu təsadüf idi?
- Bəli. Sırf təsadüf idi. Namiqlə buna qədər heç salam-kalamım olmayıb. Burada ümumiyyətlə, heç bir eşq-məhəbbət yoxdur. Mən ən azından ona qədər 3-4 dəfə Aygün xanımın verilişinə çıxmışdım.

- Sırf Namiqin Aygün xanımla olduğunu bildiyiniz üçün buna getməzdiniz?
- Deməzdim ki, nə isə məni Namiqlə bağlı edə bilər.

- Namiq sənin tipajın deyil?
- Bilirsiniz necədir?.. O, yaxşı insandır, amma yox – tipajım deyil.

- Aygün xanım bu məsələ ilə bağlı Sizə zəng edib?
- Yox. O, mənə zəng etməyib.

- Düzünü deyin də mümkünsə…
- Həqiqətən də heç bir şey olmayıb. Sadəcə anlaşılmazlıq olub. Artıq hər şeyi aydınlaşdırmışıq. Mənim öz şəxsi həyatım var… Necə ki, Aygünün və Namiqin də öz şəxsi həyatlı olduğu kimi. Mən heç kimin şəxsi həyatına qarışmıram. Heç kim də mənim həyatım qarışmasın.

- Bəlkə də Aygün xanım özü də bilir ki, Ayrılığa səbəb bu deyil
- Bu söz-söhbətlər artıq yayıldı. Aygün xanımın yerinə olsam, mənə təəccüblü gələrdi. Ən azından mən araşdırardım. İkincisi mən sənətdə olduğum üçün heç buna əhəmiyyət də verməzdim. Çünki tanıdığım insana inanıramsa, heç vaxt araşdırmazdım. Necə ki, mənə aid çox şaiələr çıxıb. Mən heç bunlara artıq əhəmiyyət vermirəm.

- Yəni Namiq Aygünü sevsə idi, bu qədər əhəmiyyət verməməli idi?
- Hər bir qadının qısqanclığı olur. Bəlkə də bu daha böyük məhəbbətdən irəli gəlir…

- Bəs dedilər ki, Namiqlə Oksananın 2 övladı var…
- Guya ki, olacaq. Bu gün-sabahlıqdır. Bu o qədər absurddur ki, mən belə söhbətləri eşidəndə gülürəm. Fikirləşirəm ki, insanlar özlərini bu qədər alçaq hesab edirlər ki, belə şeylər yazıb danışırlar?

- Etiraf etmək istəmirsiz… Bu sahənin adamlarının hamısı bilir ki, Aygün Sizə zəng edib.
Hə. Sadəcə aydınlıq gətirmək üçün danışmışıq. Ümumiyyətlə, Aygün xanımla salam-kalamımız var. Heç bir düşmənçiliyimiz yoxdur və mən onu bir qadın kimi başa düşürəm. Aydınlıq gətirmək üçün zəng eləmişdi.

- Bildiyimizə görə, o, sizə zəng vurub və Sizi əxlaqsız adlandırıb. Siz də ona, eyni cavabı veribsiniz… Sonra Siz məsələyə aydınlıq gətirmək istəsəniz də Aygün xanım sizinlə danışmayıb.
- Aygün xanım özü də dedi ki, mən bilirəm ki, Oksanalıq bir iş yoxdur.

- Xalq artistindən belə bir söyüşü eşitmək sənə necə təsir elədi?
- Mənə çox pis gəldi. Çox pis oldum ki, niyə görə məhz mənə deyilir. Məndən başqa qısqanılası adam yoxdur?!

- Siz özünüzü bu işdə heç günahkar hiss etmirsiniz? Yəni 7 illik bir eşq bitib.
- Qətiyyən. Məni burada günahkar görməyin yeri yoxdur.

- Hazırda Namiqlə əlaqəniz var?
- İndi sadəcə, mənim çox işlərim var. Çox sağ olsun Namiq, mənim təqdimatıma gəldi. Nə 8 martda mənə hədiyyə verib, nə də ad günümə gəlib. Heç nə… Əgər burda əsl məhəbbət olsa idi, bu gün-sabah toyumuz olardı da…

- Evli kişiyə heç vaxt göz qoymazdın?
- Heç vaxt

- Yəni ki, bilirsən ki, Namiq Aygündən qabaq evli olub. Sonra Aygünlə ünsiyyət qurub…
- Hə eşitmişdim. Əslində mən burda yaşamırdım. Bu barədə elə də çox bilmirəm.

- Aygünlə Namiqin münasibətləri olmasaydı, Namiqlə münasibət qurardınız?
- Heç vaxt şou-biznes adamı ilə evlənmərəm.

- Sevdiyiniz insan olub?
- Olub. Birinci ərimi sevirdim. Artıq son 5 ildə mənim bərabər olduğum bir insan var. O, azərbaycanlıdır, amma Rusiyada yaşayır. Moskvada biznesmendir. 5 ildir bir yerdəyik. Amma mən heç vaxt sevməmişəm onu. Sadəcə hörmət edirəm, sevgisini qiymətləndirə bilərəm. Məndə bu hiss ölüb… O vaxt birinci ərimlə 18 yaşında ailə qurmuşdum…

- Niyə belə tez? Kim məcbur etdi?
- Sevgi məcbur etdi… Hamını məcbur etdiyi kimi. Çox gənc idim, 2-ci kursda oxuyurdum.

- Ayrılıq səbəbi?
- Sırf ailə problemlərinə üzündən. Onun anasına görə ayrıldıq. O da çox qısqanc idi. Çox ağır idi hər şey. Atam özü gəlib, məni o evdən apardı. Mən bundan sonra xəstəxanaya düşdüm, əməliyyat olundum, qulağım eşitmədi. Uzun müddət reabilitasiya keçirtdim. O məni itələmişdi və möhkəm yıxılmışdım.

- Bəs niyə dözürdün bunlara?
- Çünki, mənə elə gəlirdi ki, sevirəm…

- Uşaq oldu bəs?
- Yox olmadı. Onunla iki ilə yaxın ailəli oldum.

- Bəs indiki sevgilin?
- Bir neçə ildən sonra bu, adamla tanış oldum. Məndən 15 yaş böyükdür. O, da ailəli olub. İkinci ailəsiyəm. İki qızı var. Onlar da məni tanıyır və məndən çox razıdırlar.

- Onunla münasibətləri rəsmiləşdirmək fikriniz var?
- Hələlik istəmirəm. O, axırıncı 3 ili istəyir ki, evlənək. Mən istəyirəm ki, evlənsəm, tez də uşaq olsun. Hələlik problemlər çoxdur. Bir iki problemi həll etdikdən sonra evlənməyə qərar verəcəyəm yəqin ki…

- Bəs, yaradıcılığınız nə yerdədir?
- Bir mahnı oxumuşam. Məhmət Hoca adlı sənət yoldaşlarım var Türkiyədə. Mənə vokal dərsləri verir. Bundan başqa, Elşad Xose ilə Hindsayağı duet etmək istəyirik. Azərbaycan dilində Hind musiqisi oxuyub, rəqs etmək istəyirəm.

- Bunu rəqiblərindən üstün olduğunu göstərmək üçün edirsən?
- Yəni, həm oynamaq, həm oxumaq. Hətta Hind musiqisini Azərbaycan dilində ifa etməklə. Ümumiyyətlə, oxudum-oxumadım, mən özümə rəqib görmürəm.

- Fatimə ilə barışıbsız? Səncə, o, peşəkar oynayır?
- Yox. Sadəcə bir faktı demək istəyirəm. Mən iki dəfə birinci yer tutmuşam. Bu dəfə də münsiflərlə oturacam.

- Səni münsif seçiblərsə, peşəkar sayıblar. Belə saydıqları üçün də sən bu barədə peşəkarcasına, fikir söyləyə bilərsən…
- Təbii ki, ancaq Hind rəqsləri üzrə.

- Fatimə Hind rəqsləri üzrə peşəkardır? Hə yoxsa, yox?
- Yox. Açıqlayım ki, çünki burada bəzi məsələlər var ki, onu da Fatimə xanım bacarmır. İstəyir incisin, istəyir inciməsin. O, bacarmır. Milli rəqsləri demirəm. Mən sadəcə Hind rəqslərini deyirəm. O, milli rəqsləri yaxşı oynayır. Bəlkə də şirin oynayır. Başqasına xoş gəlir. Amma mən baxanda səhvlər görürəm. Tamamilə başqa şey göstərir. Məsələn, elə hallar olur ki, yarışlarda qızlar qəşəng oynayır. Amma musiqiyə uyğun rəqs etmədikləri üçün sıfır alırlar…/qafqazinfo show-biznes.az