Mahnılarında daha çox Bakını tərənnüm edən müğənni, əməkdar artist Eyyub Yaqubov növbəti “Bakım mənim, canım mənim” mahnısına klip çəkdirməyə hazırlaşır. Əməkdar artistin verdiyi xəbərə görə, bəstəsi Elçin İmanova aid olan musiqini rejissor Fuad Əlişov ekranlaşdıracaq.

Bundan başqa, ifaçı Elçin İmanovun iki yeni mahnısını da ifa edəcək. Həmin mahnılardan biri Bakının Bayıl qəsəbəsinə aiddir və “Bayıl” adlanır. “Bakım mənim, canım mənim” mahnısından sonra əməkdar artist məhz bu mahnıya klip çəkdirəcək. Eyyub Yaqubov ilin sonunadək çoxdan gözlənilən solo konsert layihəsini də reallaşdıracağını bildirib. show-biznes.az