Hüseyn Dərya son günlər barəsində yayılan dedi-qodulara aydınlıq gətirib. Reper deyib ki, duet ortağı Aynur ilə aralarında eşq macərası olması xəbəri əsassızdır və bu onun boşanması ilə nəticələnə bilməz.
Dərya rusiyalı ulduzlar Anfisa Cexova və Timati ilə birlikdə yer aldığı layihə ilə bağlı gəzən xəbərlərə də münasibət bildirib: “Şayiələrdən biri də mənim sözügedən rus ulduzları Anfisa Cexova və Timati ilə birlikdə iştirak edəcəyim “Ulduzla şam” adlı layihədir. Deyirlər ki, Bakıya həmin şəxslərin gəlişi baş tutmayacaq. Lakin sizi əmin edirəm ki, bu belə deyil, layihə olacaq”. show-bines.az