Azad Azərbaycan Televiziyasının (ATV) “Sən Tək deyilsən” verilişində qarşıdurma baş verib. Telekanaldakı mənbələrdən daxil olan məlumata görə, verilişin aparıcısı Xoşqədəm Hidayətqızı ilə yaradıcı heyət arasında olan qarşıdurma ötən gün kulminasiya nöqtəsinə çatıb. Yaradıcı heyət X. Hidayətqızının ərköyünlüklərindən artıq bezib. Məlumata görə, veriliş işıq üzü görməyə başlayandan o, üç dəfə redaktor, iki dəfə rejissor, 1 dəfə koordinator və başqa yaradıcı heyət üzvlərini göstərdiyi lüzumsuz kaprizləri üzündən itirib. Stajorları belə yola verməyən xanımın artıq özünəvurğunluqdan “əziyyət” çəkdiyi bildirilir. Mənbənin “Qafqazinfoya” verdiyi məlumata görə, efirdə özünü mərhəmətli, diqqətli biri kimi göstərməyə çalışan X. Baxşəliyeva özü proqramın yaradıcı heyətinin üzvlərinin hüquqlarını pozur, lazım gəldikdə təhqir belə edir. İstəmədiyi, bəyənmədiyi hər bir adamı rəhbərliyin gözündə ləkələməkdən belə çəkinməyən aparıcı ATV də sözün əsl mənasında meydan sulayır. Dünən qeyd etdiyimiz kimi məsələ pik həddə çatıb. Yenilik.az-ın əldə etdiyi məlumata görə isə, Xoşqədəm Hidayətqızı hətta ATV-nin az qala simasına çevrilmiş və rəhbərliklə yaxşı münasibətləri olan “Yağ kimi” Zaurla da mübahisə edib. Məsələyə ATV rəhbərliyi müdaxilə etməyə məcbur olub. Ancaq yaranmış problem həll edilməyib. Hər halda çox güman ki, bu mübahisə Xoşqədəm Hidayətqızının ATV-dən gedişi ilə nəticələnəcək. Çünki qalmaq üçün gərək “Yağ kimi” Zaurdan üzr istəyə, o da bunu etməyəcəyini bildirib. show-biznes.az