Müğənni Kərimin reper Hüseyn Dərya və xalq artisti Alim Qasımovla birlikdə ifa etdiyi «Sən yetər ki, sev» mahnısına bu yaxınlarda klip çəkiləcək. Bu barədə Kərim məlumat verib. Bildirib ki, çəkilişi gənc rejissorlardan birinə həvalə edib. Həmin gəncin ssenarisində bəzi dəyişiklik edən Kərim sonda ortaq məxrəcdə dayana bilib. Müğənni deyir ki, ekran işi həm ifaçıları, həm də süjet xətti ilə klip bazarında yeni abu-hava qatacaq.

Bunun ardınca isə onun yeni mahnılarından olan «Gəl-gəl»ə ekran həyatı veriləcək. «Bu klip sadə kadrlardan ibarət olacaq. Amma məni heç vaxt görmədiyiniz fərqli geyimlərdə görəcəksiniz. Bundan əlavə klipdə tərəf müqabilimin rəqqasələr arasından seçilməsi nəzərdə tutulub ki, bu, ya Oksana Rəsulova, ya da Fatimə olacaq» – deyə Kərim bildirdi.
show-biznes.az