Oktyabrın 20-də Bakı Caz festivalı çərçivəsində H. Əliyev adına Sarayda ingilis caz qrupu “Shakatak” çıxış edəcək. Saraydan verilən məlumata görə, konsertdə qrupun ən məşhur musiqiləri səslənəcək. Qeyd edək ki, “Shakatak” 1980 -ci ildə Londonda yaradılıb. Qrupun heyəti – klavişçi Bill Şarp, basçı Corc Anderson, gitaraçı Keyt Uinter, barabançı Rocer Odell, klavişçi Naycel Rayt (sintezator) və vokalçı Cil Syuarddır. “Shakatak”ın 1992 -ci ildə “Open Your Eyes” adlı albomu Britaniya çatlarına başçılıq edib. show-biznes.az