Ailəli xanım sənətçilərin sayı durmadan artır. Bu dəfə rəqqasə Marianna ərə getməyə hazırlaşır. Rəqqasə İlkin Zamanov adlı inşaatçı – memarla ailə qurmağa qərar verib. Cütlük evlilik qərarını ilk dəfə tanış olduqları Crescent Beach Otelində veriblər.
Xəbəri təsdiqləyən rəqqasə dünən ona rəsmi evlənmə təklifi edildiyini bildirib: ” Sevdiyim insan dünən tanış olduğumuz oteldə mənə üzük uzadaraq evlənmə təklifi etdi. 10.10.10 tarixində adət- ənənəyə uyğun olaraq oğlan evi bizə elçi gələcək. “Həri” və nişan bir yerdə olacaq. Ev şəraitində keçirilən elçilik mərasimindən sonra, nişan mərasimi elə tanış olduğumuz yerdə davam edəcək”. Qeyd edək ki, M. Süleymanova və İ. Zamanov iki ilə yaxındır ki görüşürlər. show-biznes.az