Müğənni Kərimin keçmiş həyat yoldaşı Təranə Səmədova “maşın qaçırma” məsləsinə aydınlıq gətirib. Təranə Səmədova deyir ki, Kərimlə evli olduğu vaxtlarda əri ona məxsus evi banka girov qoyaraq pul götürüb. O vaxtdan da Təranə bankın kreditlərini ödəməklə məşğuldur.
T.Səmədova Kərimin ondan təhlükə gözləməsinə də münasibət bildirib: “Ona belə reklam lazımdı. Axı sən kimin nəyinə lazımsan? Yenə də Təranə sağ olsun ki, Kərimin adı ortalıqda hallanmadı. Ömür boyu Təranənin kölgəsi altında reklam olunmusan. Bəs sabah nə edəcəksən?”

Təranə, Kərimin maşınından 3 min manatı götürməsi barədə onun iddiasına daha çox qəzəblənib. O, bu ittihama belə cavab verdi: “Qoy, o, oturub fikirləşsin ki, sonuncu dəfə 3000 manatı bir yerdə nə vaxt görüb? O, utansın ki, həyata kişi cildində doğulub. Qadın cildində doğulmaydı. Güzgüyə baxsın, bığ-saqqal saxlayıb ki, guya kişidi. Heç olmasa fikirləşsin ki, həyata kişi kimi gəlib, kişi kimi də hərəkət etmək lazımdı. Elə gedərdi, izahatında daha çox yazardı, 20 000 manat deyərdi, mənimlə hesabı bərabər eləyərdi. Deyərdi ki, maşınımdan 20 000 manat oğurladı. Sən heç 3000 manat görmüsən? Sənin maşınının benzin göstəricisi qırmızı yanırdı. Mən özüm maşına benzin töküb polis bölməsinə aparıb çıxara bildim”.

T.Səmədovanı görünür, keçmiş ailə həyatı dövründə narazı salan çox məqamlar olub. Maşınla bağlı hadisə Təranəni olub-keçmişlər barədə də dilə gətirdi: “Onun anası da bu gün utansın ki, belə bir oğul dünyaya gətirib. O qadının kaş bircə mənim kimi qızı olaydı, nəinki 5 Kərim kimi oğlu. Mən bu hün anamın, balamın arxasında durmuşam. Mənim barəmdə “sonsuz” dedikləri Təranə bu gün anadır. Amma həmin Kərim heç nəyin sahibi olmayıb” – deyə Təranə aqressiyasını gizlətməyib.

T.Səmədova deyir ki, nə yolla olur-olsun, Kərim ona olan borcunu qaytarmalıdır: “Hüquq mühafizə orqanları bunu belə qoymayacaqlar. Hər şeyin vaxtı, zamanı var. Mən müəyyən vaxt ərzində bankda həmin pulu bağlayacağam. Amma Kərim elə bilməsin ki, həmin pulu ona bağışlayacağam. Dərmanı hesabına olsa da, Allah qarşısında onu qaytaracaq, bu pullar ondan çıxacaq!”./milli.az