Müğənni Samir Piriyev “TRT müzik” telekanalında musiqili əyləncəli proqram aparacaq. Bu barədə məlumat verən müğənni deyib ki, proqram 14 oktyabrdan yayıma çıxacaq, lakin bir ay türk aparıcılardan biri onun əvəzinə proqramı idarə edəcək.

Müğənni el şənliklərində iştirak etmək üçün bir həvəsini digərinə müvəqqəti qurban verib: “Ay yarmı sonra – məhərrəmlik ayında Türkiyəyə yollanacağam, teleproqramın çəkilişlərinə başlanılacaq”. Piriyev yay aylarında açıq məkanda başqa bir layihəyə də start verəcək. Silsilə konsertlər zamanı ayın iki həftəsində türk müğənniləri Bakı səhnəsində iştirak edəcəklər: “Əslində, mən bu layihəni qış aylarında həyata keçirmək istəyirdim. Lakin məsləhət gördülər ki, açıq məkanda olması məsləhətdir, yayı gözləyim”.
show-biznes.az