Müğənninin sözlərinə görə, o, artıq uzun illərdir ki namaz qılır və ümumiyyətlə, islam dininin buyurduğu bütün əməlləri yerinə yetirir. “Mənin repertuarımda dini mahnılar çoxdur. Onlar arasında “Rəbbim”, ”Məhəmməd Peyğəmbər” mahnılarının adını çəkə bilərəm. Sadəcə mən bütün mahnıları bir albom şəklində pərəstişkarlarıma təqdim etməyə qərar verdim. Ümid edirəm ki, bu albomu hər kəs bəyənəcək.” Samira pərəstişkarlarını solo konsertlə də sevindirəcəyini bildirib. Belə ki, yaxın aylarda ifaçının “Bakı Caz Mərkəzi”ndə konserti olacaq. shou-biznes.az