Meyxanaçı Rəşad Dağlı evləndi
Evli sənətçilərimizin sırasına biri də əlavə oldu. ANS PRESS-in məlumatına görə, dünən tanınmış meyxanaçı Rəşad Dağlı evlənib. Şəhər restoranlarının birində təşkil edilən toy mərasimi çox fərqli keçib. Meyxanaçı özünə əsl kişi toyu edib. Yəni toyda yalnız kişilər olub, hətta sənətçilər də.
Toy mərasimi iki mərhələdən ibarət olub. Qonaqlar əvvəlcə restoranda yeyib - içiblər. Sonra isə restoranın həyətində qurulmuş çadırda şənləniblər. Monitorlar qurulmuş çadırda qonaqların rahatlığı üçün hər bir şərait yaradılb. Həyətdə isə manqallarda kabab bişirilib və samovarlar qaynadılıb. Çadırda oturan qonaqlar ürəkləri istədikcə manqallara yaxınlaşıb kabab yeyib, üstündən isə samovar çayından içiblər.
Meyxanaçının toyunda bütün sənət dostları - Ağamirzə, Kərim, Namiq Qaraçuxurlu və başqaları iştirak edib. ANSPRESS
Re: Meyxanaçı Rəşad Dağlı evləndi
Allah xosbext elesin , uzunomurlu olsun aile heyati
Re: Meyxanaçı Rəşad Dağlı evləndi
Re: Meyxanaçı Rəşad Dağlı evləndi
Reshad Dagliya eshq olsun ::yerivar::
Re: Meyxanaçı Rəşad Dağlı evləndi
Əsl Bakili toyu ::yerivar:: xoşbəxt olsun