Müğənni və bəstəkar Elza Seyidcahan çox varlı biznesmenin həyat yoldaşı olacaq.

Bu hadisə filmdə baş verəcək.

Əməkdar artist Lent.az-a eksklüziv açıqlamasında bəstəkar, müğənniliklə bərabər özünü həm də aktrisa kimi sınayacağını bildirib. Gülşən adlı obrazı canlandıracaq müğənni “Şeytan” adlı filmdə biznesmenin ikinci həyat yoldaşı olacaq.

Sənətçi onu da deyib ki, hazırda filmin sınaq çəkilişləri gedir.

Nəzrin

LENT