2 sonuçtan 1 ile 2 arası

Paris Hilton və Lady Gaga Bakıya gələcək

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Paris Hilton və Lady Gaga Bakıya gələcək

    Ölkəmizdə səfərdə olan “MTV”nin Avrasiya üzrə regional direktoru Metyu Qoldsteyn mətbuat konfransı keçirib. Metyu Qoldsteyn jurnalistlərə təmsil etdiyi kanalın xətti ilə Azərbaycanda üçillik festival reallaşdırılacağını bəyan edib. Nəzərdə tutulan festival çərçivəsində dünya musiqisinin ən populyar simaları Bakıya gətiriləcək.


    Pussycat Dolls” qrupunun üzvləri ölkəmizdə konsert layihəsi reallaşdıracaq. Oktyabrın 31-də isə festival çərçivəsində beynəlxalq moda festivalı baş tutacaq. “Moda festivalına Gürcüstandan, Rusiyadan, Amerikadan mütəxəssislər, dizaynerlər dəvət olunacaq. Dünyanın ən məşhur brendləri burada təmsil olunacaq. Bundan əlavə Azadlıq meydanında böyük konsert layihəsi reallaşdırmaq istiqamətində danışıqlar gedir", - deyə Metyu Qoldsteyn bildirib.

    Festival müddətində dünya ulduzları, MTV-nin əhatə dairəsində olan musiqiçilərlə görüşün də keçirilməsi nəzərdə tutulur. Paris Hilton, Demi Mur və Eşton Ketçer, Lady Gaga, Meray Kerri, Rihanna, Tomas Anders, «Rokset», «Skorpions», «Backstreet boys» qruplarının və dünyanın məşhur DJ-lərinin Azərbaycana gəlişi gözlənilir.

    Metyu Qoldsteyn sentyabrın axırlarında-oktyabrın əvvələrində Azadlıq meydanında möhtəşəm bir konsert təşkil edəcəklərini bildirib: "Konsertə giriş 5 manat olacaq. Bu konsert MTV telekanalı vasitəsilə dünyanın 168 ölkəsində yayımlanacaq. Təəssüflər olsun ki, amerikalıların 90 faizi Azərbaycan haqqında heç nə bilmirlər. Bu konsertdən sonra sizin ölkəni bütün dünya tanıyacaq. Bunun nəticəsi olaraq Azərbaycana 40-60 min turistin cəlb edilməsini planlaşdırmışıq".

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Paris Hilton və Lady Gaga Bakıya gələcək

    Ex..Bu qədər işdən sonra yəni yenəmi bizim Vətənimizi taniyan olmayib,gör nə gündəyik ki,Respublikamiz 1-2 krasotkalara görə taninmiş olacaq...Əsasən də Ledi Gagadi nədi o.xi xi..Day deyin ki, fikrinizdəki bilet puludu daa özü də 5 manata ehtiyac üzündən..Hökümət başçisi olsaydim əla cavab verərdim bu populyar simalarin sponsorlarina,deyərdim ki,işinizlə məşqul olun..!!! Hələ Ledi Gagaya bax daa Gəlee gəl!! Yerdə qalib yəqin bir az ,onu da sən süpür apar bəzi sarsağlarin əlindən...

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.