Müğənni Natavan Həbibi bir neçə dəfə təxirə düşən konsertindən imtina etdi.

Bu barədə portalımıza müğənni özü məlumat verib.

Xatırladaq ki, iyun ayına keçirilməsi planlaşdıralan konsert 3 dəfə təxirə düşərək, sonuncü dəfə iyulun 20-nə keçirilmişdi. Lakin həmin tarix yetişədə, biletlərin satışa çıxarılmadığı bəlli oldu. Problemlərdən bezən müğənni təşkilatçı Nahid Emiloğlunun təşəbbüsü olan konsert layihəsindən imtina etmək məcburiyyətində qalıb. Səbəbkar kimi o, elə sözügedən təşkilatçını görür: «Dəfələrlə bəhanələr gətirməklə konsertin vaxtını uzatdı. Bu, xeyriyyə məqsədi daşıdığı üçün razılığımı bildirmişdim. Amma gördüm ki, danışıqlar öz axarı ilə davam etmir. Hər dəfə təyin olunan tarixdə bir sıra problemlər çıxdı. Sonuncu isə öyrəndim ki, texniki məsələlər qaydasında deyil. Ona görə də, fikrimi açıq şəkildə bildirməklə, təşkilatçıya konsertdən imtina etdiyimi bildirdim».

Xatırladaq ki, Natavan Həbibi xeyriyyə konsertini Nahid Emiloğlunun təşəbbüsü ilə keçirilən «Sən bir nəğməsən» tele-layihəsinin 16 iştirakçı ilə Yaşıl Teatrda oxumalı idi.

Sonda müğənni noyabrda keçiriləcək öz solo konsertinə hazırlaşdığını bildirdi.