Sayfa 1/2 12 SonSon
12 sonuçtan 1 ile 10 arası

Azərbaycan şou-biznesinin ən zövqsüz simaları hansılardır?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Azərbaycan şou-biznesinin ən zövqsüz simaları hansılardır?

    Modelyer Xəyalə Hüseynova: "Brilliant Dadaşova, Nazpəri Dostəliyeva yaşlarına uyğun geyinmirlər, Aygün Kazımova silikonlarla özünü ..."

    Hər zaman qalmaqallarla yanaşı, fərqli səhnə geyimləri ilə diqqət çəkməyə çalışan müğənni və aktrisalarımız hər zaman dəblə ayaqlaşmağa çalışırlar. Düzünü deyək ki, bu, onlarda heç də hər zaman uğurlu alınmır. Modelyer Xəyalə Hüseynova şou-biznes nümayəndələrinin geyimlərində olan çatışmazlıqlarla bağlı Milli.Az xəbər portalına danışdı.

    «Elnur geyimlərində qadın rənglərindən çox istifadə edir»

    O, sənət adamlarının hətta adi günlərdə belə həddən artıq dəbdəbəli geyinməkdə və kosmetik vasitələrdən ifrat istifadə etdiklərini önə çəkdi: «Düşünürəm ki, bəzi sənətçilərimizin zövqünü maarifləndirmək lazımdır. Bilirsiz, Nura Surini Avropanın öndə gedən ulduzları ilə müqayisə eləmək olar. Çünki bu xanım adi günlərdə olduqca sadə və düzgün geyinir. Nuranın zövqünü yüksək qiymətləndirirəm. İradə İbrahimova ilə Tünzalə Ağayevanı da zövqlü müğənnilər sırasına aid etmək olar».

    «Məleykə Əsədova fərli makiyaj etməyi bacarmır, gözünün quşunu qaşına qədər uzadır»

    X.Hüseynova aktrisa Məleykə Əsədovanın istər geyimlərində, istərsə də kosmetik vasitələrdən istifadə qaydalarında xeyli qüsur gördüyünü deyir: «Məleykə xanım fəxrlə deyir ki, makiyajımı özüm edirəm. Onun makiyajı baş ucalığıdır ki? Gör Məleykə nə gündədir?! Gözünün quşunu qaşına qədər uzadır, fərli makiyaj etməyi bacarmır. O qadın nə geyimlərini, nə də makiyajını düzgün seçmir. Az qala 40 ildir ki, eyni saç düzümündədir».

    «Elza Seyidcahanın qeyri-adiliyi zövqünün pis olmağındadır»

    Şou-biznesin avanqard geyimli müğənnisi Elza Seyidcahan da modelyerin qınağına tuş gəldi: «Elzan Seyidcahanı hər zaman qeyri-adi zövqə malik müğənni kimi təqdim edirlər. Onun qeyri-adiliyi zövqünün pis olmağındadır. Elza xanım rəngləri, parçaları çox qarışdırır, bir-birinə calayır. Mən onun geyim tərzini qəbul etmirəm».

    «Zülfiyyə Xanbabayeva artıq çəkisi gözə girməsin deyə boş geyimlərə üstünlük verir»

    Xalq artisti Zülfiyyə Xanbabayevanın geyim tərzi isə modelyerin ürəyincədir: «Zülfiyyə xanım da avanqard stildə geyinir, amma onda olduqca uğurlu alınır. Onun ən çox sevdiyi rənglər ağ-qaradır. İndi arıqladığına görə rəngləri çoxaldıb… Zülfiyyə xanım boş geyimlərə üstünlük verir ki, artıq çəkisi gözə girməsin. Bu xanımın modadan başı çıxır».

    «Brilliant Dadaşova qocalsa da, yaşına uyğun geyinmir»

    X.Hüseynova deyir ki, Zülfiyyə Xanbabayeva kimi Brilliant Dadaşovanın da zövqü yaxşıdır. Amma: «Düşünürəm ki, Brilliant Dadaşovanın yaşı çoxalıb, artıq bir qədər qocalıb. Amma buna baxmayaraq o, yaşına uyğun geyinmir. Etiraf etməliyəm ki, bədən ölçüləri yaxşıdır. Seçdiyi geyimlər isə əksinə, Brilliant xanımın yaşını büruzə verir. Artıq yaşlaşıb də…»

    «Zamiq kişiyə xas geyinmir, çox bəzənir»

    Kişi müğənnilərin geyim tərzi ilə bağlı fikirlərini söyləyən modelyer «Azərbaycan şou-biznesində olan kişilərin geyim zövqlərində fərqli-fərqli qüsurlar var» -deyir: «Məsələn, Zamiq kişiyə xas geyinmir. O mənada ki çox bəzənir. Elnur da geyimlərində qadın rənglərindən çox istifadə edir. Bununla belə, barmaqla sayılacaq zövqlə geyinən sənət adamları da var. Namiq Qaraçuxurlu pis geyinmir. Murad Dadaşovun kostyumları çox maraqlı və dəbə uyğun olur».

    «Aygün Kazımova silikonlarla özünü pis günə qoydu»

    Hər zaman birincilik arzusunda olan xalq artisti Aygün Kazımovanın da geyim tərzi modelyerin ürəyincə deyil: «Aygün Kazımovanın zövqü belə də… Aygün silikonlarla özünü pis günə qoyub. Mənə elə gəlir ki onun silikonlara ehtiyacı yoxuydu. Düzdü sonra bəzi slikonlarını ixtisar elədi… Aygün Kazımovaya idman stili yaraşdırmıram. Çünki qabaritli xanımdır».

    «Rəqsanə əvvəllər bədən quruluşuna uyğun geyinmirdi»

    «Rəqsanə çox dəyişib, artıq dəblə ayaqlaşır»- deyə söyləyən X.Hüseynova: «Yadıma gəlir, o, əvvəllər heç bədən quruluşuna uyğun geyinmirdi. İnsan nəyisə geyinəndə, kənardan gərək özünə baxsın»- söylədi: «Nazpəri Dostəliyeva da yaşına uyğun geyinmir. Bilirsiz, müğənnilərimiz nəyi əldə əsas tuturlar? Mən müğənniyəm, müğənni də allı-güllü geyinər. Onsuz da camaat məni bu geyimlərdə də qəbul edəcək. Onlar dəbi fikirləşmirlər. Düşünürlər ki, fərqlənim, insanlar deyəcəklər ki, müğənnidirsə buna olar».

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Azərbaycan şou-biznesinin ən zövqsüz simaları hansılardır?

    Şou-biznes adamlarinin heç biri normal geyinmir onsuz da,bir az Royadi onu da qaralayiblar,şəxsi həyati önəmli deyil amma geyim tərzi super, yaşina uyğun geyimi var.O ki,qaldi Rəksanə xanim,o bərbad gündədi ,nə geyimi var,nə də kosmetikasini yeri yerində işlədə bilmir,elə bil 15 20 yaşi var...Amma bir müğənnimiz var Rəhim Rəhimli superdi,mahnisi ilə bir yerdə-- Quzu kəsərəm-- klipi də əladi... Plastik əməliyyatdan sonra da lap krasavçik olub...

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Azərbaycan şou-biznesinin ən zövqsüz simaları hansılardır?

    [

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Azərbaycan şou-biznesinin ən zövqsüz simaları hansılardır?

    Alıntı nauthly_girl Nickli Üyeden Alıntı
    Şou-biznes adamlarinin heç biri normal geyinmir onsuz da,bir az Royadi onu da qaralayiblar,şəxsi həyati önəmli deyil amma geyim tərzi super, yaşina uyğun geyimi var.O ki,qaldi Rəksanə xanim,o bərbad gündədi ,nə geyimi var,nə də kosmetikasini yeri yerində işlədə bilmir,elə bil 15 20 yaşi var...Amma bir müğənnimiz var Rəhim Rəhimli superdi,mahnisi ilə bir yerdə-- Quzu kəsərəm-- klipi də əladi... Plastik əməliyyatdan sonra da lap krasavçik olub...
    Samir Baqirovu da yazda.O yetimde zovqludu.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Azərbaycan şou-biznesinin ən zövqsüz simaları hansılardır?

    Düz deyirsən o da qəşəng zövqə malik xanimdir.

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Azərbaycan şou-biznesinin ən zövqsüz simaları hansılardır?

    Samirin Neyi Zovqludu?
    [

  7. #7
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Azərbaycan şou-biznesinin ən zövqsüz simaları hansılardır?

    Alıntı _SeDRiK_ Nickli Üyeden Alıntı
    Samirin Neyi Zovqludu?
    saclarini cox beyenirem.qesheng kesdirir.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Azərbaycan şou-biznesinin ən zövqsüz simaları hansılardır?

    Hmmm
    [

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Azərbaycan şou-biznesinin ən zövqsüz simaları hansılardır?

    Əslində nə olub ki ona?Onun kimi hündür müğənni heç yoxdu,səsi də pis deyil.Amma səhnə onu çaşdirib daa,çox təssüflər olsun.!

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Azərbaycan şou-biznesinin ən zövqsüz simaları hansılardır?

    Duzdu Sara Onsuzda Azerbaycan Sehnesine Ancaq Yolunu Azanlar Birde Casanlar Gelir
    [

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.