Xalq artisti Aybəniz Haşımova səhnəni ilk dəfə qızı Aynişanla bölüşəcək.

Ana və balanın çıxışı Aybəniz xanımın yaradıcılıq gecəsində baş tutacaq. A.Haşımovanın Milli.Az xəbər portalına bildirdiyinə görə, tədbir onun yaradıcılığının 32 illiyinə həsr edilib. Eyni zamanda yaradıcılıq tədbirində Aybəniz xanımın rəhbərlik etdiyi «Bülbüllər» qrupunun 10 yaşı qeyd ediləcək.

«Konsert yaxın aylara planlaşdırılıb və hazırda məşqləri başlamışıq. İfaçıları konsertdə Teymur Göyçəyevin rəhbərlilk etdiyi Kamera Orkestri müşayiət edəcək. Qızımla bir yeni mahnını duet şəklində ifa edəcəyik. Eyni zamanda münsifi olduğum «Xalq ulduzu» tele-layihəsindən bir neçə iştirakçı ilə birgə çıxışım planlaşdırılıb» - deyən sənətçi konsertdən öncə bir neçə həftəlik istirahət proqramı seçəcəyini bildirdi.