Populyar müğənni Xumar Qədimova özünü şou-biznes nümayəndəsi saymır.

Xumar Qədimova bunu Day.Az saytına müsahibəsində bildirib. «Mən özümü şou-biznesdə görmürəm. «Ulduz» sözünü sevmirəm və bu üzdən də özümü onların arasında görmürəm», - deyə Xumar Qədimova bildirib: «Onların hamısı qeyri-səmimidir. Mən onların arasında boğuluram».

Müğənni hazırda tək olduğunu etiraf edib. O, bunun səbəbini hələ ki axtardığı insanı tapmaması ilə izah edib. Amma bu, indiyədək onun sevməməsi anlamına gəlməməlidir. Xumar Qədimova sevib, özü də bir neçə dəfə: «Mən həyatda bir dəfə sevməyin mümkünlüyü haqda deyilənlərlə razı deyiləm! Bu, yalandır! Mən həyatımda bir neçə dəfə sevmişəm. Hər dəfə də sanki birinci və sonuncu dəfə sevmişəm».