2 sonuçtan 1 ile 2 arası

Alim Qasımovun 150 min avroluq klipi

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Alim Qasımovun 150 min avroluq klipi

    “Mamedia” şirkəti Azərbaycanda ilk beynəlxalq musiqi layihəsini media nümayəndələrinə təqdim edib. Dünya şöhrətli DJ və bəstəkar Devid Vendettanın xalq artisti Alim Qasımovla birgə hazırladığı “İ’m your Goddes” mahnısına çəkilmiş klipi bu gün jurnalistlərə təqdim edilib.

    Klip sujet xəttindən tutmuş hər bir nüansınadək yüksək peşəkarlıqdan xəbər verirdi. Klipi ilk dəfə jurnalistlərlə izləyən xalq artisti Alim Qasımov klipdən mənmunluğunu və belə uğurlu alınacağından xəbərsir olduğunu bildirib.

    Layihənin prodüsseri Mübariz Abdullayev Devid Vendettanın Alim Qasımovun səsinin vurğun olduğunu və bu layihənin təklifinin də məhz dünya şöhrətli DJ tərəfindən gəldiyini bildirdi.

    Prodüsser Devid Vendettanın bu layihəyə 150 min avro vəsait xərclədiyini açıqladıqda isə Alim Qasımov heyrətini gizlədə bilmədi: “Mən də deyirəm bizim kliplər niyə bu gündədir? Sən demə hər şey puldan asılıdır! Bu qədər pulun xərcləndiyini heç ağlıma belə gətirməzdim”.

    Alim Qasımov bu layihədən maddi xeyir güdmədiyini də söylədi: “Bircə onu düşünürdüm ki, Baba Pünhanın sözlərini yaxşı ifa edim. Musiqimizin və Azərbaycanımın mənim vasitəmlə dünyada təbliğ olunması elə mənim qazancımdır.”

    Jurnalistlərdən yalnız xoş sözlər eşidən Alim Qasımov: “Bilsəydim tədbir belə yüksək səviyyədə keçəcək, Fərqanəni də özümlə gətirərdim. Belə alınacağını gözləmirdim”,- deyə bildirib.

    Klipin çəkilişlərinin bir hissəsi Mərakeşin Orzazate şəhərində çəkilib. Hansı ki, bu şəhərdə “Qladiator” və bir çox məşhur Hollivud filmləri çəkilib. Klipin digər hissəsi Bakıda çəkilib. Əslində çəkilişlər Bakıda nəzərdə tutulmayıb. İslandiyada vulkan püskürməsi nəticəsində yaranan kül buludu yaradıcı heyətin Fransaya uçmasına əngəl yaratdığından klipin Fransada nəzərdə tutulan çəkilişləri Bakıda reallaşıb. Çəkilişlər İçərişəhərdə – Qız qalasında və Kiçik Karvansarayda aparılıb. Məhz bunun nəticəsi olaraq Azərbaycanın görüntüləri Azərbaycan musiqisi ilə birlikdə bütün dünyaya yayılacaq.

    Klipi məşhur fransız klipmeykeri və rejissoru Lyuk Bessonla birlikdə çalışan Çarles Clodion ekranlaşdırıb.

    Qeyd edək ki, “İ’m your Goddes” klipi i-tunes-də satış rekordları qıraraq birinci olub. Bu ayın 6-dan etibarən isə klip dünyanın aparıcı musiqi kanallarında gündəlik rotasiyaya girəcək. Adətən, Vendettanın klipləri MCM, MTV, Viva, Europa 2 TV-də nümayiş etdirilir.


    [youtube:13h5p2ca]http://www.youtube.com/watch?v=csnbDuP_u94[/youtube:13h5p2ca]
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Alim Qasımovun 150 min avroluq klipi

    Mükəmməl bir klipdi əlavə şərhə ehtiyac yoxdu
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.