Sayfa 1/9 123 ... SonSon
85 sonuçtan 1 ile 10 arası

Eurovision-2010

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Eurovision-2010







    “Eurovision-2010” mahnı müsabiqəsi ilə bağlı Rusiya mətbuatında yayılan bukmeyker hesablaması maraqlı nəticə ortaya çıxarıb.
    Builki müsabiqənin favoriti sayılan Azərbaycana ən ciddi rəqib ölkə Ermənistan hesab olunur.
    Hesablamalara görə, Azərbaycan 23.5%-lik səsvermə ilə birinci yeri tutur. Ermənistan isə 20.5% səsvermə ilə güclü rəqib kimi ikinci yerdədir.
    Üçüncü güclü rəqib Ukrayna sayılır. Onun ardınca Türkiyə, sonra Rusiya gəlir.
    Ev sahibi Norveç isə bu il favoritlər siyahısına daxil ola bilməyib.
    Qeyd edək ki, bu il “Eurovision-2010”da 39 ölkə mübarizə aparacaq.
    Müsabiqəsevərlərin fikrincə, bu ilin ən ümidsiz ölkələri Xorvatiya, Sloveniya və Makedoniya hesab olunur.
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Eurovision-2010

    inshallah biz birinci olarig,ermeniler ise ozleri biler.kef elesinler 3 4 5 ci yerlerde. Azerbaycan ireliiiii

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Eurovision-2010

    Səfurə Əlizadə klip çəkilişi zamanı hovuzda boğulurmuş

    Gələn ay Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə ifa edəcəyi “Drip drop” mahnısının klip çəkilişləri zamanı ölüm təhlükəsi ilə üzləşib. APA-nın təmsilçinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, klipin müəyyən səhnələrinin çəkilişi ötən həftə sonu Kiyevdə beş ulduzlu oteldə baş tutub.

    Ancaq bu çəkilişlər Səfurə Əlizadəyə baha başa gəlib. Müğənni hovuzda aparılan çəkilişlər zamanı boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Hadisəni şərh edən Səfurə Əlizadə üzə bilmədiyini deyib: “Amma klipdə yer alacaq bir neçə səhnənin çəkilişi üçün hovuzda səkkiz saat qalmalı oldum və qəflətən boğulmaq təhlükəsi ilə rastlaşdım. Bu anı heç zaman unuda bilməyəcəyəm. Şoka düşmüşdüm. Məni təhlükədən qurtardığına görə, bütün yaradıcı heyətimizə minnətdarlıq bildirirəm. Yoxsa həyatımı itirə bilərdim”. Klipin rejissoru Rupert Ueynrayt bu hadisədən sonra Səfurə Əlizadənin ilk sözünün “mən hazıram, bu səhnəni bir daha çəkək” olduğunu bildirib: “Mən çox təəccübləndim, inana bilmirdim ki, Səfurə bu şokdan dərhal sonra çəkilişlərə davam etməyi istədi. Çoxsaylı sənətçilər bu təhlükədən sonra çəkilişdən imtina edərdi, ancaq Səfurə davam etmək istədiyini dedi. Səfurə hələ gəncdir, ancaq güclüdür. Onun uğur qazanacağına əminik”.
    [

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Eurovision-2010

    “Eurovision-2010” müsabiqəsinin iştirakçı siyahısı

    1. Azərbaycan – Səfurə Əlizadə


    2. Almaniya – Lena (Lena Meyer-Landrut)


    3. İsrail – Xarel Skaat


    4. Rusiya – Pyotr Naliç


    5. Moldova – Olya Tira və “SunStroke Project” qrupu


    6. Estoniya – “Malcolm Linkoln” qrupu


    7. Slovakiya – Kristina Pelakova


    8. Finlandiya – “Kuunkuiskaajat” qrupu – Yohanna və Syuzan


    9. Latviya – Aişa


    10. Serbiya – Milan Stankoviç


    11. Bosniya və Hersoqovina – Vukaşina Brayiç


    12. Polşa – Marçin Mroçek


    13. Belçika – Tom Days


    ARDI VAR...
    [

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Eurovision-2010

    14. Malta – Tea Qarret


    15. Albaniya – Yuliana Paşa


    16. Yunanıstan – “Yorqos Alkeos və dostları”


    17. Portuqaliya – Filipa Azevedo


    18. Makedoniya - Qjoko Taneşki


    19. Belarus – “Üç üstəgəl bir” qrupu


    21. Litva – “InCulto” qrupu


    22. Ermənistan – Yeva Rivas


    23. Danimarka – Şani vəç Neverqrin dueti


    26. Ukrayna – Alyoşa (Olyona Kuçer)


    27. Hollandiya – Seyneke


    28. Rumıniya – Pol Selinq və Ovi dueti


    29. Sloveniya – “Ansambel Roka Zlindra & Kalamari” qrupu


    31. Bolqarıstan – Miroslav Kostadinov


    32. Kipr – Con Liliqrin və “The Islanders” qrupu


    33. Xorvatiya – “Feminnem” qrupu


    34. Gürcüstan – Sofiya Nicaradze


    35. Türkiyə – “MaNga” qrupu


    36. Fransa – Cessi Matador


    37. Norveç – Didrik Solli-Tanqen


    39. Böyük Britaniya – Coş Dübovi.


    Bəzi iştirakçıların şəkli yoxdur.
    [

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Eurovision-2010

    tsk

  7. #7
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Eurovision-2010


    Hazırda Avropa turnesində olan “Eurovision-2010” təmsilçimiz Safura Əlizadə hər olduğu ölkədə zooparkları ziyarət etməyə çalışır.
    Müğənninin şəxsi saytına istinadən verilən məlumatına görə, bu dəfə o, Berlin zooparkını ziyarət edib.
    Təmsilçimiz Avropanın ən məşhur zooparkı olan “Zoologischer Garten Berlin” də olub, heyvanları əzizləyib.
    Qeyd edək ki, zoopark 1844-ci ildə açılıb, 35 hektar ərazisi var. Burada 1500-ə yaxın fərqli heyvan saxlanılır. Onların ümumi sayı 16 minə çatır.


    [

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Eurovision-2010

    yənə yanımızda çevrəmizdə sürünürlər şərəfsiz milleti
    [

  9. #9
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Eurovision-2010

    İki həftədən sonra Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision-2010" mahnı müsabiqəsinin Azərbaycan üzrə rəsmi fan-klubu olan “Ogae Azerbajian”nın rəsmi saytı fəaliyyətə başlayıb.
    Fan-klubun internet ünvanı [ -dır.
    Hal-hazırda yalnız inglis dilində fəaliyyətə başlayan rəsmi sayt yaxın günlərdə Azərbaycan və rus dilində işini davam etdirəcək.
    Məlumat üçün bilidirək ki, sayt yüksək səviyyədə hazırlanıb və gözəl üslubda tərtib olunub. Saytın səhifələrində Azərbaycanın tarixi haqqında məlumatları və “Eurovision-2010” xəbərlərini öyrənmək olar. Burada həmçinin təmsilçi Səfurə Əlizadənin mahnılarını dinləmək və fotosessiyasını izləmək mümkündür.
    [

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Eurovision-2010

    uğurlar
    [

Sayfa 1/9 123 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.