2 sonuçtan 1 ile 2 arası

Aygün Kazımova - Ürəyimdə bir nisgil var

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Aygün Kazımova - Ürəyimdə bir nisgil var

    Aygün Kazımova: «Soyunmaqla məşhur olmaq istəyənlər elə bilirlər ki, mənim uğur qazanmağımın səbəbi açıq-saçıq geyinməyim olub»

    Təxminən bir illik fasilədən sonra yenidən iş başına keçən Aygün Kazımova çox məşğuldur.Təzə mahnılar lentə yazdırır, dalbadal klip çəkdirir, konsert üzərində işləyir, Hollivuda beynəlxalq festivala hazırlaşır. Bütün yaradıcı işləriylə bahəm «Gündəlik Azərbaycan»a müsahibə verməyə də vaxt tapan müğənni ilə söhbətimizə kövrək notlardan başladıq. Novator sənətçi kimi tanınan Aygünün iç dünyasına «İstərəm» adlı qəmli mahnıya çəkdirdiyi klipdən körpü saldıq. Müğənni müsahibə zamanı şou-biznesdə baş verənlərə də münasibət bildirdi, bəzi həmkarlarının bostanına daş da atdı.



    - Heç bir ümmət əvvəlcədən nə əcəlini qabaqlaya bilir, nə də onu yubada. Klipin titrində yazılan bu kəlmə ilə razısız?

    - Təbii, razıyam. Həyat yalnız şənlənməkdən, sevinməkdən, gülməkdən ibarət deyil. Hər bir insanın qəlbinin dərinliklərində ağır anları, hansısa yaşadığı itkiləri var. Mənim də ürəyimdə bir nisgil var. Kiçik yaşımda valideynlərimi itirmişəm. Dünyada ən çox sevdiyim insanlardan ayrı düşmüşəm. Çox ağır günlər yaşamışam. İnanın ki, bu mahnını ifa edəndə həmin anları yenidən yaşadım. Bu mahnını öz qəlbim üçün oxudum.

    - Tamaşaçı sizi şıltaq, gülərüz, daima şən əhval-ruhiyyəli bir müğənni kimi tanıyır. Bəs Aygünün iç dünyasında nələr var?

    - «İstərəm» mahnısına çəkilən klipin mövzusu elə mənim iç dünyamdan xəbər verir. Aygünün tamaşaçıya görünməyən tərəfində valideyn nisgili, sağalmayan yaraları var. Bu mahnının sözləri elədir ki, burada başqa mövzuya toxunmaq mümkün deyil. Əslində, bu itki həmişə mənim iç dünyamı göynədib. Sadəcə, istəməmişəm bu notlara toxunub, tamaşaçılarımın ürəyini ağrıdım. Digər tərəfdən də, mən yeni səhnəyə çıxan müğənni deyiləm ki, belə şeylər danışıb, özümə diqqəti cəlb edim və yaxud da… Nə isə…



    «Təki anam sağ olaydı»



    - Valideyn nisgili yaşayan Aygün Kazımova özü övladına layiqli ana ola bilirmi?

    - Tanınmış insanların əksəriyyəti övladlarına çox vaxt ayıra bilmirlər. Təbii ki, İlqarə də müğənni qızıdır, yaxşı bilir ki, mən günümün çox hissəsini sənətimə həsr edirəm, mahnılar yazdırıram, klip çəkdirirəm, konsert verirəm, qastrola gedirəm və sairə. Əsas odur ki, az müddət də olsa, övladına çox şey verə biləsən, uşağına yaxın olasan, onunla həm ana, həm də dost münasibəti qurasan. Uşağa nə qədər qayğı göstərsən də, yenə azdır. İlqarənin də mənə həmişə ehtiyacı var. Ürəyimdən bir istək keçir: təki mənim anam sağ olaydı, amma həmişə səfərdə olaydı…

    - Kədərli anlarınızda nəylə təskinlik tapırsınız?

    - Uğurlarımla…

    - Bir dəfə demişdiniz ki, estrada səhnəsində özümdən sonra İlqarəni görürəm.

    - Elədir. İlqarə çox istedadlıdır, yüksək musiqi duyumu var. Amma hələ seçim qarşısındadır. Gah deyir modelyer olacağam, gah deyir müğənni, gah da deyir stilist. Mən onun seçiminə qarşı çıxa bilmərəm. Əgər müğənni olmaq istəsə, ona əlimdən gələn köməyi edəcəyəm.



    «Soyunmaq asandır, koftanı çıxartdın, oldun lüt»



    - Aygün xanım, bu gün Azərbaycan estrada səhnəsində çatışmayan nədir?

    - Estrada səhnəsində çox şey çatışmır. Bədbəxtçiliyimiz bilirsiz nədədir? Bir çox müğənnilərimiz var ki, Avropa şou-biznesi ilə ayaqlaşdıqlarını zənn edirlər. Əgər özlərini Avropa səhnəsində çıxış edən müğənnilərə tay tuturlarsa, onların dediklərini təkrarlayırlarsa, heç olmasa, bu, onların sənətlərində də özünü göstərsin də. Tək elə sözlə deyil ki, dedin, qurtardı. Soyunmaq asandır, koftanı çıxartdın, oldun lüt. Soyunmaqla nəyəsə nail olmaq mümkün deyil axı. Ucuz reklam arxasınca qaçanlar, sənəti olmayanlar məhz soyunmaqla gündəmə gəlirlər. Səhnəyə çıxırlar, heç mikrofonla düzgün rəftar eləməyi də bacarmırlar. Bilmirlər ki, çiçəyi tamaşaçıdan necə almaq, səhnədə hansı rakursdan dayanmaq olar. Heç belə şeylərdən xəbərləri də yoxdur. Onlar elə bilirlər ki, getdin səsyazma studiyasına, çıkıtı-çıkıtı yazdın, diski qoyub toyda oxudun, vəssalam! Mən demirəm ki, toya getmək pisdir. Toy bir məktəbdir. Amma əgər professional müğənnisənsə, hər səhnəyə hazır olmalısan, hər tamaşaçı auditoriyasıyla işləməyi bacarmalısan. Yəni bütün bunlar peşəkar müğənnidə cəmləşməlidir. Təəssüflər olsun ki, bu gün şou-biznesin əsasını söz-söhbət, atmaca, qeybət təşkil edir. Çox az sayda müğənnilər var ki, onlara hərtərəfli inkişaf etmiş sənətçi demək olar.

    - Sizcə, «Şou-biznes haqqında qanun» qüvvəyə minsə, bir faydası olacaq? Yoxsa, əksər qanunlar kimi elə sənəddə öz əksini tapacaq?

    - İnanın mənə, vaxt gələcək, indi efirdə görünən o müğənnilərin heç biri sənətdə olmayacaq. Hansı səviyyəyə layiqdirlərsə, elə orada da qalacaqlar. Onlar üçün ekran, böyük səhnələr əlçatmaz olacaq. Bunu mən sizə deyirəm, görəcəksiniz. Bilirsiz, tək əldən səs çıxmaz. Mətbuat bir tərəfdən, biz bir tərəfdən, qanun da bir tərəfdən səhnəni belələrinin əlindən təmizləyəcək.



    «İndi o müğənni mənə salam vermir»



    - Son zamanlar fəxri adlarla bağlı söz-söhbətlər tükənmir. 3-5 il səhnədə olan insanlar ad alır, ömrünün uzun ilini sənətə həsr edənlər dövlətin diqqətindən kənarda qalır. Sizcə, sənətçinin fəxri ada ehtiyacı var?

    - Əlbəttə, var. Mədəniyyət və incəsənətə öz töhfəsini verən sənətçi əməyinin qiymətini alır. Bunun nəyi pisdir ki? Amma fəxri ad hərəyə bir cür lazımdır. Kimisi fəxri adı almaq istəyir ki, başqalarının yanında özünü dartsın, kimisi isə gördüyü işin, əziyyətin bəhrəsini görüb, sevinir. Daha da ruhlanır, həvəslənir. Elə müğənnilər tanıyıram ki - elə siz də onları yaxşı tanıyırsınız - mən münsiflər heyətində təmsil olunub, onun ifasını dəyərləndirmişəm, ona müsabiqədə yer vermişəm. İndi o müğənni mənə salam vermir. Görün, nə vəziyyətdir də.

    - Konkret hansı müğənnidən söhbət gedir?

    - Adını məndən də yaxşı bilirsiniz. Belə adamları sağlam adam kimi qəbul eləmirəm. Mənə elə gəlir ki, onların beyinlərində problem var. Atalar məsəli var, meyvə nə qədər bar versə, başını aşağı salar. Nə vaxt görmüsüz ki, istedadlı, layiqli adam belə hərəkət etsin? Yalnız kompleksli insanlar özlərini bu cür aparırlar. İstedadlı, özünə güvənən, sənətinə arxalanan insanlar sadə olurlar. Baxın da, bütün tarixi salın yadınıza, ömür boyu belə olub.



    «Sənin az qala 50 yaşın var, boyun bu boydadır»



    - Sizcə, bu kompleks nədən yaranır?

    - Bütün komplekslər insanlarda uşaqlıqdan qalır. Ola bilər, onlar uşaqlıqda kollektivdə qəbul olunmayıblar, onlarla heç kim hesablaşmayıb, saya alınmayıblar. Böyüyə-böyüyə bu hiss də onların içində böyüyüb, inkişaf edib. Məsələn, səhnədə bir balacaboy insan var, o gün mənim yanımda balacaboy uşağa irad tutdu. Qayıtdı ki, «bunun boyuna bir bax». Əşşi, sənin az qala 50 yaşın var, boyun bu boydadır. Onunsa 12 yaşı var, hələ böyüyəcək. Görün, nə qədər sağlam olmayan bir fikir, təfəkkürdür. Vallah, mənim o insana yazığım gəlir. Bilirsiz, hərə bir cür yolla sənətə gəlir. Onlar elə düşünürlər ki, mənim uğur qazanmağımın səbəbi açıq-saçıq geyinməyim olub. Ona görə də səhnədə soyunurlar. Amma bu, yanlış fikirdir.

    - Niyə Aygün Kazımovanı belə tanıyırlar?

    - Bu, hamının fikri deyil ki, məhz soyunmaqla məşhur olmaq istəyənlər belə fikirləşirlər. Soyunurlar ki, gündəmə gəlsinlər, populyar olsunlar. Zeynəb Xanlarova bir dəfə telekanallardan birində dedi ki, «Aygün neyləsə, ona yaraşır». Mən təbiətcə beləyəm, heç vaxt rola girmirəm. Onlarsa rola girirlər. Etdikləri hərəkət özlərinki deyil deyə, həmin anı yaşaya bilmirlər, süni alınır. Bəziləri gecə-gündüz danışır ki, plastik əməliyyat etsəm, belə olacaq, elə olacaq. Elə müğənnilər var ki, onlara plastik əməliyyat da kömək eləmədi. Bunu bütün millət gördü. Həmin insanları doğulanda əməliyyat etdirmək lazım idi, bəlkə böyüyəndə normal xarici görünüşləri olardı.



    «Həyatda hər şeyim var»



    - Səhnə gözəllik tələb edir ki?

    - Əlbəttə! Gözəllik uğurun 50 faizidir.

    - Sizin gözəlliyiniz də var, istedadınız da. Sənətdə çoxlarının həsəd apara biləcəyi uğuru qazanmısız. Bəs qadın səadətinə çatmısız?

    - Allahımdan çox razıyam, qurban olduğum mənə hər şey verib. Elə bil məni seçib. Səs, istedad, xarici görkəm verib. Həyatda hər şeyim var, bunun üçün də ilk növbədə Allahıma, sonra isə pərəstişkarlarıma borcluyam.

    - Bəs qadın xoşbəxtliyiniz necə?

    - Əlbəttə, bir qadın kimi də özümü xoşbəxt hesab edirəm. Amma şəxsi həyatımla gündəmə gəlməyi sevmirəm. Qoy tamaşaçıları mənim sənətim, yaradıcılığım, gördüyüm işlər maraqlandırsın. Şəxsi həyatım özümə məxsusdur.

    Mənbə: Gündəlik Azərbaycan
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    aygun kazimova yeri gelende roya onun reytingini sifira endridi o bir atalar sozu var ey her asiqin oz dovrani var dovran royanindir aygun royanin cavabini vere bilmir roya duz deyir aygun soyunmaq var soyunmaq var daha onu kimi yox bir az da aygunun konserti haqAygün Kazımova iyunun 20-də Tofiq Bəhramov adına Stadionda verdiyi konsertdə stadionu doldura bilməyib ("OLAYLAR" İA). Qeyd edək ki, bir saatdan artıq konserti gecikdirən müğənni konsertdə 20 hit oxuyub. Söz verdiyi kimi Namiq Qaraçuxurlu ilə duet də səsləndirib. Bununla yanaşı müğənni N.Qaraçuxurlu ilə çəkdirdiyi "Sevgisiz sevgilər" klipini də stadiondakı konsertdə təqdim edib. Onu da bildirək ki, konsertdə kifayət qədər boş yer olub. Bir qrup insan isə biletsiz içəri keçə bilib.qda
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.