4 sonuçtan 1 ile 4 arası

"Toppuş bacı" arıqlayandan təklifləri azalıb

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    "Toppuş bacı" arıqlayandan təklifləri azalıb


    Bu yaxınlara kimi Azərbaycan şou məkanında ən ağır çəkililər siyahısında birinci olan "Toppuş bacı" liderliyi əldən verib. Buna o qədər də təəssüflənməyən əməkdar artist Tünzalə Əliyeva həyat tərzini əməlli-başlı dəyişib.
    Son günlər iradəsi və görünüşü ilə hamını təəccübləndirən Tünzalə xanım çəkisini 55 kiloqram azaldıb. Bu barədə Azeri.net-ə açıqlama verən əməkdar artist köhnə geyimlərindən artıq istifadə etmədiyini söylədi.

    Əvvəlcə köklüyünə fikir verməyən Tünzalə xanım sonradan çəkisindən utanmağa başlayıb. "Son vaxtlar isə elə kökəlmişdim ki, lap xəcalət çəkirdim, 164 kiloqram. Sonra özüm də hiss etdim ki, bədənimdəki artıq ətlər mənim yol getməyimə maneçilik törədir. Cavan qızın bu qədər kökəlməsi normal hal deyil."

    Pəhriz saxlamağa ürək eləyən Tünzalə "SOY production"un rəhbəri Oqtay Əliyevin arıqladığını gördükdə, həvəsə düşüb. "Çal-çağır şou" verilişinin aparıcısı Dilarə xanımın təkidi ilə həkimə müraciət edən "Toppuş bacı" qan analizi verdikdən sonra 9 aylıq menyu ilə qidalanmağa başlayıb.

    Un məmulatları, ağ qənddən ümumiyyətlə imtina etməli olan aktrisa, yalnız qara qənddən istifadə edir, həftədə 3 dəfə quzu, mal əti, balıq yeyir. Mətbəxindən soğan və kartofu yığışdıran Tünzalə xanım qara çaydan da imtina etməli olub. Yalnız yaşıl çay, kofe və kakao içən aktrisa 1-ci həftəni çox çətinliklə də olsa başa vurmağa müvəffəq olub. Aclığa tab gətirməyəndə başını meyvə ilə qatan Tünzalə səhər yeməyində kələm salatından istifadə edir.

    İndi özünü rahat və çox xoşbəxt hiss edən aktrisa deyir ki, əvvəllər ondan yaşca böyük olanlar ona "xala" deyə müraciət edirdilər.

    25 yaşlı aktrisa atdığı 55 kq çəki ilə kifayətlənmək fikrində deyi. İndi yalnız arıqlamaq barədə düşünən "Toppuş bacı" çəkisini 80 kq-a çatdırmaq niyyətindədir.

    Arıqlamaqla həyat tərzini dəyişən əməkdar artist pəhrizlə barəbər idmanla da məşğul olur.

    Artıq hər şeyə münasibətini dəyişən aktrisaya da münasibət dəyişib. Dediyinə görə, rejissorlar tərəfindən edilən təkliflər azalıb.

    Əvvəl qardaşı ilə kirayədə yaşayan aktrisa indi valideynlərini də yanına gətirib. Əsasən qadın toylarından qazanc əldə edən Tünzalə xanım elə onun da hesabına valideynlərinə baxdığını dedi.

    Azeri.net əməkdaşının "İndiyə kimi tamaşaçılar sizi "Toppuş bacı" kimi tanıyıblar, arıqlayandan sonra hansı ləqəbi seçəcəksiniz?" sualına Tünzalə xanım bu barədə düşünmədiyini və çox güman ki, "arıq Toppuş bacı" ləqəbindən istifadə edəcəyini söylədi.
    [

  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: "Toppuş bacı" arıqlayandan təklifləri azalıb

    Tunzale Azerbaycan televiziyasinin yarashigidir men onu cox isteyirem
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: "Toppuş bacı" arıqlayandan təklifləri azalıb

    ariqlayandan sonra ere de geder insallah.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: "Toppuş bacı" arıqlayandan təklifləri azalıb

    men onu 2 defe gormushem amma shirin sheker xanimdi Ariglamag yaxshidi.Halaldi

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.