Səbr istəyirəm borca- ayları ağır da olsa ötürüb bircə günün bircə saatının bircə dəqiqəsində olsa belə sənin gözlərinə baxacağım ana qədər səbr edə bilmək üçün...
Səbr istəyirəm borca- “Salam, necəsən?” deyib əlini əlimə uzatdığında əllərimi bir saniyəliy olsa belə sənin əlində saxlayıb cəmi bir saniyəlik özümü dünyanın ən xoşbəxti hiss edə biləcəyim günə qədər səbr edə bilmək üçün...
Səbr istəyirəm borca- “Mən onu itirmək istəmirəm”, “Mən təkcə onun olmaq istəyirəm” deyə səslənən cümlələrimin “Mən səni itirmədim”, “Mən təkcə səninəm” deyən cümlələrimə çevriləcəyi günə qədər səbr edə bilmək üçün..
Səbr istəyirəm borca- Sənin yalnız mənim olacağına inandığım və o günə qovuşmağa səbr edə bilmək üçün..
Səbr istəyirəm borca- bir axşam yastığımı qucaqlayıb sənsizliyin atəşinə göz yaşı tökdüyümdə “Mən sənsiz darıxıram” deyə yazılan bir mesajının telefonuma gəlib həmin anda məni diksindirəcəyi dəqiqələrin gerçəkləşməsini gözləməyə səbr edə bilmək üçün...
Səbr istəyirəm borca- “Mən də artıq sənin kimi diqqətliyəm. Həm də təkcə bu dünyada sənə qarşı yalnız. Çünki, səni sevirəm” deyən zəngini gözləyərək o zəngin reallaşacağı günə qədər səbr edə bilmək üçün...
Səbr istəyirəm borca- “Mən səni tanıdığım andan bəri hər kəsə ən əsası da aramızı vurmağa çalışdığını hiss etdiyim və hisslərimdə yanılmadığım o insana belə qısqanmışam” deyən sözlərini dinləyəcəyim günə qədər səbr edə bilmək üçün...
Səbr istəyirəm borca-“Özünə yaxşı bax” deyə gələn mesajlarına “Niyə” deyə gedən sualıma “ay dəcəl” yox, “çünki, mən səni sevirəm və sən mənə bir ömür boyu lazımsan” cavabını alacağım günə qədər səbr edə bilmək üçün...
Səbr istəyirəm borca- bir gün gözlərimə baxıb “Səni sevirəm və bunu səndən gizlətməyə artıq səbrim çatmır” deməyinin şahidi olmaq üçün...





















