Qulaqdakı ali quruluş



Heç ağlınıza gəlmişdimi? -siz bir musiqi, ya da bir söhbəti dinləyərkən böyük bir möcüzə baş verir. Havada yayılan səs titrəmələri saniyədə 350 kilometr sürətlə qulağınıza çatır və o ana qədər sadəcə fiziki hərəkət olan titrəmələr qulağınızda baş verən inanılmaz dərəcədə qarışıq proseslər sayəsində ''səs''ə çevrilir.

Eşitmə prosesi yuxarıda bildirdiyimiz kimi, havada yayılan titrəmələrlə başlayır. Titrəmələr qulaq seyvanına çatdıqda ''eşitmə'' dediyimiz proses də başlayır.

XVIII əsrin əsas elm səviyyəsi çərçivəsində düşünən &Ccedilarlz Darvin təkamül nəzəriyyəsində qulaq seyvanı işə yaramayan və həyat qabiliyyətini itirmiş bir orqan kimi təsvir edilmişdir. Lakin dövrümüzdə elmi araşdırmalar qulaq seyvanının səsləri topladığını və istiqamətləndirdiyini, onun içindəki qıvrımların da səsi istiqamətləndirmək üçün ən uyğun akustik quruluşa malik olduğunu göstərmişdir. Qulaq seyvanının ''konka'' adı verilən hissəsi bir növ meqafon vəzifəsini yerinə yetirir və səs dalğalarını xarici qulaq yolunda artırır. Bu şəkildə səs dalğalarının tezliyi təxminən 17 hers artır[14].

Qulaq pərdəsindəki həssaslıq

Beləcə, gücləndirilən səs xarici qulaq yoluna girir. Məlum olduğu kimi, xarici qulaq yolunda sistemli şəkildə qulaq mayesi ifraz olunur. Bu zəhərli mayenin əsas ''vəzifəsi'' bakteriyaları və böcəkləri qulaqdan uzaqlaşdırmaqdır. Yəni bu, qulağı qoruyan xüsusi mayedir. Bundan başqa, bu mayenin qulağın içinə deyil, çölünə axmasının lazım olduğu da düşünülmüş və xarici qulağın üzərindəki hüceyrələr çölə doğru spiralvari şəkildə düzülmüşdür. Əks halda maye qulağımıza dolar və bizi kar edə bilər.

Xarici qulaq yolundan keçən səs titrəmələri qulaq pərdəsinə çatır. Qulaq pərdəsi elə həssasdır ki, molekul ölçüsündəki titrəmələri belə qəbul edir. Bunun sayəsində bizdən metrlərlə uzaqda fısıldayan bir insanı asanlıqla eşidə bilirik. Ya da iki barmağımızı bir-birinə yavaşca sürtərkən yaranan titrəməni eşidirik[15].

Ancaq burada mühüm bir məsələ vardır. Bu qədər kiçik titrəmələrə həssas olan qulaq pərdəsi bir tərəfdən də özünü qidalandıran damarlardakı qanın təzyiqinin yaratdığı böyük titrəmələrlə qarşı-qarşıyadır. Qulaq pərdəsini qidalandıran kapilyarlarda hərəkət edən qan hüceyrələri bir tunelin içində yuvarlanan qayaların çıxardıqları səs qədər titrəmə əmələ gətirirlər. Amma biz bu səsi heç vaxt eşitmirik. Bəs bu necə olur?

Bu, vücudda yaradılmış qeyri-adi bir sistem sayəsində mümkün olur. Belə ki, qulaq pərdəsinə qan damarlarından gələn parazit səs sinir sistemi vasitəsilə bayırdan gələn səslərdən ayrılır. Eynilə bir lent yazısındakı lazımsız səs-küyü təmizləyən müasir kompüterlər kimi, sinir sistemi də qan damarlarının qulaq pərdəsinə ötürdüyü titrəmələri təmizləyər. Bunun sayəsində bütün həyatımız boyu qan damarlarımızın təzyiqindən əmələ gələn səsləri eşitməkdən qurtuluruq.

Orta qulaqdakı mexanizm

Qulaq pərdəsi qəbul etdiyi titrəmələri gücləndirərək orta qulaq nahiyəsinə ötürür. Burada zindan, çəkic və üzəngi adlandırılan, bir-birilə çox həssas tarazlıqda əlaqə quran 3 kiçik sümük var. Bu sümüklər də pərdədən aldıqları titrəmələri yüksəldirlər.

Həmçinin bu sistem həddən artıq yüksək səsləri azaltmağa qadirdir. Bu xüsusiyyət zindan, çəkic və üzəngi sümüklərinə nəzarət edən və bədənin ən kiçik ölçülü iki əzələsi tərəfindən təmin olunur. Bu əzələlər həddən artıq yüksək səsləri iç qulağa keçməzdən əvvəl yüngülləşdirirlər. Bu səbəbdən də bizi şoka sala biləcək yüksək səsləri daha aşağı tonda eşidirik.

Bu əzələlər bizim nəzarətimiz xaricində, avtomatik olaraq reaksiya verirlər. Belə ki, yatarkən yanımızda böyük gurultu olsa belə, bu əzələlər həmin an sıxılır və iç qulağa gedən titrəmənin şiddətini aşağı salır. Əgər belə bu əzələlər həmin an sıxılır və iç qulağa gedən titrəmənin tezdiyini aşağı salır. Əgər belə bir mexanizm olmasaydı, yüksək səslər asanlıqla iç qulağı zədələyə bilərdi və karlığa səbəb olardı. Ancaq hər şey ideal şəkildə planlaşdırılmış və qulaq həm alçaq səsləri eşidə, həm də həddən artıq yüksək səslərdən qoruna biləcək bir mexanizmlə yaradılmışdır.

Amma bu cür qüsursuz quruluşa malik olan orta qulağın mühüm bir tarazlığın qorunmasına ehtiyacı vardır. Bu tarazlıq orta qulaqdakı hava təzyiqi ilə qulaq pərdəsinin o biri üzündəki, yəni atmosferdəki hava təzyiqinin bərabər olmasının zəruriliyindən ibarətdir. Hərçənd bu tarazlıq da düşünülmüş və orta qulaqla bayır arasında hava ''alış-verişini'' təmin edən bir ''havalandırma kanalı'' yaradılmışdır. Bu kanal orta qulaqdan ağzımıza qədər uzanan içi boş borudur.

Titrəyən tükcük və səsin əmələ gəlməsi



Bir nöqtəyə diqqət edək: bura qədər bildiklərimizin hamısı, xarici və orta qulaqda meydana gələn titrəmələrdən ibarətdir. Titrəmələr müntəzəmdir, amma hələ ortada mexaniki hərəkətdən başqa bir şey -yəni səs yoxdur.

Bu mexaniki hərəkətlərin səsə çevrilməsi iç qulaq adı verilən nahiyədə olur. İç qulaqdakı ən mühüm hissə içi maye ilə dolu olan spiralvari bölmədir. Malik olduğu formaya görə bu hissə ''ilbiz'' adlandırılır.

Titrəmələr ilbizin içindəki mayedə dalğalanma əmələ gətirir. İlbizin iç divarında isə bu cür dalğalanmalardan ehtizaza gələn kiçik tükcüklər var ki, onlar mayedəki dalğalanmalara görə nəzərə çarpmayan şəkildə hərəkətlənirlər. Əgər güclü səs gəlirsə, daha çox tükcük daha güclü əyilir. Bayırdan gələn hər səs tezliyi bu tükcüklər üzərində bir cür təsir əmələ gətirir.

Bəs bu tükcüklərin hərəkətinin mənası nədir? Cavab çox maraqlıdır: bu tükcüklər əslində ilbizin iç divarını təşkil edən təxminən 20 min hüceyrənin üstündə olan manivelalardır. Tükcüklər bir titrəmə qəbul edərkən hərəkətə gəlirlər və bu hərəkət onların üzərində yerləşdikləri hüceyrələrin qapılarını açır. Bunun sayəsində hüceyrələrə ion girişi baş verir. Tükcüklər əks tərəfə əyildikləri zaman hüceyrə qapıları bağlanır. Bu müntəzəm hərəkət hüceyrələrin kimyəvi tarazlıqlarını da müntəzəm olaraq dəyişdirir və onların elektrik siqnalları vermələrini təmin edir. Öz növbəsində, elektrik siqnalları sinirlər vasitəsilə beynə çatdırılır və beyin də onları qəbul edərək səs halına gətirir. Beynin isə bunu nə cür etdiyi -bir parça ətdən ibarət orqanın aldığı elektrik siqnallarını necə insan səsinə, göy gurultusuna, ya da musiqiyə çevirdiyi əsla izah olunmayan sirdir.

Aparılan araşdırmalar tükcüyün bir atom radiusu qədər hərəkət etməsinin hüceyrədəki reaksiyanın başlaması üçün kifayət etdiyini göstərmişdir. Bu mövzunu araşdıran mütəxəssislər tükcüyün belə həssaslığını izah etmək üçün maraqlı bir nümunə verirlər: tükcüyün Eyfel qülləsi ölçülərində olduğunu düşünsək, onun bağlı olduğu hüceyrədəki təsir qüllənin başının sadəcə olaraq 3 santimetr tərpənməsi ilə başlaya bilər[16].

Tükcüklərin bir saniyədə nə qədər tərpəndiklərini öyrənmək də çox maraqlıdır. Bu, səsin tezliyinə görə dəyişir. Əgər tezlik yüksəkdirsə, tükcüklərin tərpənmə sayı inanılmaz rəqəmlərə çatır. Məsələn, 20 min hers tezlikli səs eşitdiyimiz zaman tükcüklər saniyədə 20 min dəfə tərpənmiş olurlar.

Qısacası, belə deyək ki, dinlədiyimiz bir piano səsi həqiqətdə iç qulaq ilbizindəki tükcüklərin hər nota görə fərqli hərəkət etmələrindən, hər belə hərəkət nəticəsində tükcüklərə bağlı hüceyrələrdə fərqli ion tarazlıqlarının yaranmasından və bu kimyəvi proseslərin elektrik siqnalları əmələ gətirmələrindən ibarətdir. Hüceyrələr bu inanılmaz prosesləri həyatımız boyu hər saniyə heç yorulmadan, nizamla yerinə yetirirlər...

Bura qədər araşdırdığımız bütün məlumatlar bizə eşitmə orqanı olan qulağımızın qeyri-adi bir düzənə malik olduğunu göstərir. Qulağın iç-içə olan onlarla mürəkkəb mexanizmin harmoniya içində çalışması ilə funksiyanı yerinə yetirən qüsursuz bir sistemi vardır. Müasir elm və texnologiya isə bu sistemi təqlid etmək bir yana, hətta çalışma prinsiplərini bütün təfərrüatı ilə həll etməyə belə müvəffəq olmamışlar.

Əlbəttə, belə mürəkkəb bir düzənin təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, təsadüflərlə ortaya çıxması mümkün deyil. Hər plan onu cızan düşüncəli bir plan qurucusunun varlığını göstərir. Qulaqdakı üstün düzən bu orqanı qüsursuz yaradan Allahın varlığını və hakimiyyətini isbat etməkdədir.

Bu həqiqət qarşısında insanın vəzifəsi ona belə bir orqan və eşitmə duyğusu verən Allaha şükr edən qullardan olmaqdır. Necə ki, Allah Quranda insanlara deyir: ''De ki ''Sizi yoxdan ya**ra*dan, sizə qulaq, göz və qəlb verən Odur. Nə az şükr edirsiniz?!'''' (''Mülk'', 67/23).
(harun yahya Allah ağılla bilinir)

14. Color Atlas of Human Anatomy, Harmony Books, New York, 1994, s. 70
15. Color Atlas of Human Anatomy, Harmony Books, New York, 1994, s. 71
16. Color Atlas of Human Anatomy, Harmony Books, New York, 1994, s. 71