İnsanın daxilindəki ordu



Hər gün vücudumuzun dərinliklərində fərqinə varmadığımız bir döyüş gedir. Döyüşün bir cinahında vücudumuza girib onu ələ keçirmək istəyən bakteriya və viruslar, digər cinahında isə vücudu bu düşmənlərdən qoruyan müdafiə hüceyrələridir.

Düşmənlər hədəf seçdikləri nahiyəyə doğru yönəlirlər. Ancaq həmin nahiyənin güclü, nizam-intizamlı əsgərləri düşmənə mü*qavimət göstərirlər. Döyüş meyda*nına əvvəlcə düşməni udaraq zərər*sizləşdirən əsgərlər (fotositlər) gəlir. Fəqət, bəzi hallarda döyüşün miqyası bu əsgərlərin bacarığını üstələyir. Bu zaman meydana başqa əsgərlər (makrofajlar) girir. Onların meydana girməsi hədəfə götürülən nahiyədə bir ''həyəcan siqnalı'' vəziyyətinin əmələ gəlməsinə səbəb olur və başqa əsgərlər də (yardımçı ''T'' hüceyrələri) döyüş meydanına çağırılır.

Onlar silahdaşlarını çox yaxşı tanıyan əsgərlərdir. Həmin dəqiqə öz yoldaşları ilə düşməni bir-birindən ayırd edirlər. Və vaxt itirmədən vəzifəsi silah hazırlamaq olan əsgərlərə (''B'' hüceyrələri) xəbər göndərirlər. Bu əsgərlər də qeyri-adi qabiliyyətə malikdirlər. Düş*məni görmədən belə zərər*sizləşdirə bilən silahlar istehsal edirlər. Bundan başqa, istehsal etdikləri silahları daşıyaraq lazım olan yerə aparırlar. Ancaq bu səfərdə həm özlərinə, həm də tərəfdarlarına zərər vermədən çətin bir vəzifənin öhdəsindən gəlirlər.

Daha sonra isə vurucu dəstələr meydana girir (öldürücü ''T'' hüceyrələri).



Müdafiə hüceyrələrinin son dərəcə nizamlı və əmrəmüntəzir zənciri vardır. Heç biri bir an belə əmrlərdən çıxmaz.

Bunlar daşıdıqları zərərli maddəni düşmənin ən güclü və gur yerinə ataraq onlardan qurtulmağa müvəffəq olurlar. Qələbənin qazanıldığı döyüş meydanına başqa bir əsgər qrupu gəlir və bütün döyüşçülər qərargahlarına göndərilir. Son olaraq döyüş meydanına gələn əsgərlər (yaddaş hüceyrələri) eyni vəziyyətlə təkrar qarşılaşma vaxtı istifadə etmək üçün düşmənə aid bütün məlumatları yaddaşlarına salırlar.

Yuxarıdan bəhs edilən mükəmməl ordu insan bədənindəki müdafiə sistemidir. Təsvir edilənlərin hamısı gözlə görülməyəcək qədər kiçik hüceyrələr tərəfindən həyata keçirilir.

Bəs neçə adam bədənində belə nizamlı və mükəmməl bir ordu daşıdığının fərqindədir? Dörd bir tərəfinin ciddi şəkildə xəstələnməsinə, hətta ölməsinə səbəb ola biləcək mikroblarla əhatə olunduğunu neçə nəfər anlayır?



Həqiqətən də nəfəs alınan havada, içilən suda, yeyilən yeməkdə, toxunulan hər yerdə insan üçün olduqca təhlükəli mikroblar var. İnsanın özü bütün bunlardan xəbərsizkən, vücudundakı hüceyrələr onu bəlkə də ölümə sürükləyən bir xəstəliyin pəncəsindən qurtarmaq üçün var gücləri ilə döyüşürlər.



Müdafiə hüceyrələrinin vücud hüceyrəsi ilə düşmən hüceyrəni ayırd edəcək qabiliyyəti, ''B'' hüceyrələrinin görmədikləri düşməni belə neytrallaşdıran silah hazırlaya, özlərinə və vücud hüceyrəsinə dəymədən lazım olan yerə qədər apara bilməsi, siqnal alan hüceyrələrin heç etiraz etmədən vəzifələrini layiqincə yerinə yetirməsi, hər birinin nə etmək lazım olduğunu bilməsi, işləri bitdiyi zaman sakitcə yerlərinə qayıtması, yaddaş hüceyrələrinin yaddaşlarının bu cür güclü olması bu sistemə qeyri-adilik qazandıran xüsusiyyətlərdən sadəcə bir neçəsidir.

Elə bu səbəblərə görə də müdafiə sisteminin əmələgəlmə prossesini açıqlayan əsər indiyə qədər heç bir təkamülçü tərəfindən yazılmamışdır.

Müdafiə sistemi olmayan, ya da tam fəaliyyət göstərməyən bir insanın yaşaması olduqca çətindir. Çünki o, bu vəziyyətdə ətrafdakı bütün mikrob və viruslara qarşı müdafiəsiz qalır. Bu üzdən, insanın müdafiə sistemi olmadan növünü davam etdirməsindən söhbət gedə bilməz.

Bu vəziyyət də bizə müdafiə sistemi kimi son dərəcə mürəkkəb bir sistemin ancaq bircə dəfəyə, bütün elementləri ilə birlikdə yarandığını qəbul etməyə imkan yaradır.
(harun yahya Allah ağılla bilinir)