DİŞLƏRİN ÇIXMA MƏRHƏLƏSİNDƏKİ MÖCÜZƏ



Dişlər çıxarkən milyonlarla hüceyrə əvvəl kalsium yığıb, ardından yan-yana düzülərək böyük blok meydana gətirirlər. Bu blokun şəklini yenə də bloku tikən hüceyrələr təyin edirlər. Bu nöqtədə böyük bir yaradılış möcüzəsi görülür. Məsələn: alt damaqda olan hüceyrələr özlərindən uzaqda olan üst damaqdakı hüceyrələrin necə şəkil düzdüklərini sanki çox yaxşı bilirlər. Hər iki hüceyrə qrupu da çıxardığı nəhəng bloku özünə qarşı gələcək blokla bir-birlərinə ən uyğun şəkildə çıxarırlar. Beləliklə, çənə sümüyü bağlandığı zaman üst damaqda olan azı dişi ilə alt damaqda olan azı dişləri bir-birlərinə ən uyğun şəkildə düzülürlər. Bu düzülüşdə hər hansı bir uyğunsuzluq olması insan üçün narahatlıq törədən vəziyyətlər meydana gətirər. Ancaq bu reallaşmır və 32 kalsium blokundan ibarət olan kompleks quruluş bir-birlərinə ən uyğun şəkildə düzülür.

Aydındır ki, bədəndəki bütün hüceyrələrə olduğu kimi dişləri meydana gətirən hüceyrələrə də sahib olduqları xüsusiyyətləri verən üstün güc sahibi Allahdır. Hər xüsusiyyətiylə Allahın yaratma sənətindəki qüsursuzluğu və nümunəsizliyi bizlərə göstərir.
(məqalə harun yahya)