QÜSURSUZ MANEVR QABİLİYYƏTİNƏ SAHİB OLAN ƏLLƏR



İnsan bədəni tamamilə qüsursuz bir sistemə sahib olaraq yaradılmışdır. Bu sistem düşünə bilən və öyüd ala bilən insanlar üçün çox əhəmiyyətli dəlillərlə doludur. Bu dəlillərin yaradılış məqsədi isə insanı düşünməyə sövq etməkdir. Çünki hər bir insana dünyada yaşaması üçün müəyyən bir vaxt verilmişdir. Bu müddətin nə vaxt bitəcəyini və nə vaxt ölümün gələcəyini isə heç kəs bilməz. Allah tərəfindən hamı üçün ayrı-ayrı təyin olunmuş olan bu qısa müddət içində bir çox təfərrüatla qarşılaşan insan çox vaxt Allahın xüsusi olaraq yaratdığı bu dəlilləri düşünmədən üzərindən keçir. Halbuki insana düşən ona verilmiş məhdud müddət içində gördüyü hər şeydən öyüd alıb düşünməkdir. Çünki ancaq bu düşünmənin nəticəsində, insan Allahın bənzərsiz yaradışını görə bilər və Allahın göydən yerə hər şey üzərindəki hakimiyyətini təqdir edə bilər. Allah insanın öz yaradılışını düşünməsi lazım olduğuna bir ayədə belə diqqət çəkməkdədir:

Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı? (Məryəm Surəsi, 67)

İnsanın gündəlik həyatında heç düşünmədən etdiyi bir çox hərəkət vardır. Bunları edərkən nə bir sazlama edir, nə də necə edəcəyini düşünür. Məsələn bir stəkanı götürmək üçün heç düşünmədən əlimizi uzadarıq və stəkanı tutarıq. Yemək yeyərkən çəngəli heç düşünmədən ağızımıza apara bilərik. Kitab oxuyarkən səhifələri asanca anlayar və kağızı cırmadan çevirə bilərik. Geyinərkən, avtomobil sürərkən lazımlı olan cəldliyi göstərməkdə heç çətinlik çəkmirik . İş həyatımızda heç çətinlik çəkmirik. Qısacası həyatımızın hər anında əllərimizi heç düşünmədən istədiyimiz kimi istifadə edə bilirik. Bunlar gündəlik həyatda əllərimizi istifadə edərək etdiyimiz hərəkətlərdən yalnız bir neçəsidir. Heç düşünmədən, hər hansı bir sazlama etmədən etdiyimiz bu hərəkələr zamanı həqiqətdə əlimizdə son dərəcə qüsursuz bir sistem işləməkdədir. Bu elə qüsursuz bir sistemdir ki, işlədiyini hiss etmirik belə.

Bu zaman ağla, "ələ qüsursuz işləmə qabiliyyətini verən nədir?" sualı gələcəkdir. Əlimizə üstün hərəkət qabiliyyətini verən əldəki çox yaxşı yerləşdirilmiş əzələlərdir. Bir-birləri ilə tam bir uyğunluq içində hərəkət edən bir çox əzələ ələ çox funksiyalı olma xüsusiyyətini verir.

Bir-birindən çox fərqli istifadə sahələrində ola biləcək ən çox səmərə ilə əlimizi istifadə edə bilərik. Bir cisimi çox qüvvətli və ya çox həssas qavramaq lazım olduqda asanlıqla bu hərəkətləri edə bilərik. Məsələn, əlimizi yumruq halına gətirmədən təyin etdiyimiz hər hansı bir hədəfə 45 kiloqram ağırlığına uyğun bir güclə zərbə endirə bilərik. Bu gücə baxmayaraq baş barmaq və işarə barmağımızın arasına götürdüyümüz, millimetrənin onda biri incəliyində bir cisimi məsələn bir kağız parçasını da asanlıqla hiss edə bilərik.

Görüldüyü kimi bu iki əməliyyat da bir-birindən tamamilə fərqli əməliyyatlardır. Biri çox incə bir nizam tələb edərkən, digəri tam əksinə böyük bir güc tələb etməkdədir. Biz hər iki əməliyyatı edərkən də bir an belə düşünmərik. Ağır cisimə daha çox güc, yüngül cisimə daha az güc sərf etmək lazım olduğu ağılımıza belə gəlməz. Çünki əllərimiz bu əməliyyatların hamısını edə biləcək qədər əhatəli xüsusiyyətlərə sahib olaraq yaradılmışdır.

Bu mükəmməlliyin ən əhəmiyyətli dəlillərindən biri barmaqların uzunluğudur. Əldəki bütün barmaqlar, funksiyalarına görə ən uyğun uzunluğa sahibdirlər. Bundan başqa yerləşdikləri yerlər ən uyğun yerlərdir. Barmaqların bir-birləri ilə olan uyğunluqları da son dərəcə əhəmiyyətlidir. Bu əhəmiyyəti belə bir nümunə ilə açıqlaya bilərik. Baş barmaq, uzunluğu səbəbi ilə digər barmaqların üzərinə asanlıqla əyilə bilər. Bu, baş barmağın digər barmaqları dəstəkləməsini və qol gücünün artmasını təmin edir. Buna görə normal baş barmağa sahib bir əlin atdığı yumruğun gücü, normaldan daha qısa bir baş barmağı olan əlin atdığı yumruğun gücündən daha çoxdur.

Əlinizə baxın və dırnaqlarınızı nəzərdən keçirin. Bəzən lazımsız bir şey olaraq düşünülən dırnaqların həqiqətdə son dərəcə əhəmiyyətli vəzifələri vardır. Yerə düşmüş kiçik bir cisimi dırnaqlarımız olmadan götürməyə çalışdığımızı düşünək. Bu cür vəziyyətlərdə tutma əməliyyatında barmaqlar qədər dırnaqlar da əhəmiyyətli bir vəzifəyə sahibdirlər. Barmaqlar cisimləri tutarkən son dərəcə həssas bir təzyiq tətbiq edirlər. Dırnaqların vəzifəsi isə bu təzyiqin nizamlanmasıdır. Bundan başqa əlimizdəki barmaq izlərini meydana gətirən nahamarlıq və dırnaqlar da kiçik cisimləri daha rahat tutmağımızı təmin edirlər.

Bura qədər izah edilənlərdə görüldüyü kimi əllər son dərəcə dəqiq və qüsursuz bir yaradılış nümunəsidir. Toxunmaq həssaslığı, manevr qabiliyyəti, dəyişik işlər edə bilmə qabiliyyəti kimi bir çox funksiya əllərimizdə mövcuddur. Bu mükəmməllik tibb və elm dünyasını, insan əlini tətqiq etməyə və bir oxşarını düzəltməyə yönəltmişdir. Bu məqsədlə düzəldilən robot əllər; güc baxımından insan əli ilə eyni qabiliyyətə sahibdirlər, ancaq insan əlində olan və əlimizə qüsursuz olma xüsusiyyətini verən quruluşlar bu robot əllərdə mövcud deyil.

Bütün bu məlumatlardan gəlinən nəticə insan əlinin xüsusi bir yaradılış ilə var edilmiş bir orqan olduğudur. Allah əlləri xüsusi olaraq yaratmışdır. Rəhman olan Allah yaratdığı hər şeyi ən gözəl yaradandır. İnsan əlindəki qüsursuz yaradılış da bunun dəlillərindən yalnız biridir . Allah yaratma sənətindəki qüsursuzluğa bir ayədə belə diqqət çəkməkdədir.

Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk Surəsi, 3-4)

Əldəki mükəmməl yaradılışdakı başqa bir əhəmiyyətli məsələ, əlin göz ilə birgə işləyən bir orqan olmasıdır. Bu əməliyyatlar da son dərəcə ardıcıl bir şəkildə yerinə yetirilir. İnsan əli ilə robot əllər arasında burada bir müqayisə aparılarsa, insan əlinin yaradılışındakı üstünlük çox açıq bir şəkildə görüləcək. Robot əllərin xüsusiyyəti ya görmə ya da toxunma xüsusiyyətini əsas götürərək hərəkət edə bilmələridir. Robot əllərə edəcəkləri hər əməliyyat üçün fərqli əmrlər verilməsi lazımlıdır. Ayrıca robot əllər fərqli fərqli funksiyaları da yerinə yetirə bilməzlər. Məsələn piano çala bilən bir robot əl, çəkic tuta bilməz. Çəkic tutan bir robot əl isə yumurtanı qırmadan tuta bilməz. Gərgin araşdırmalar nəticəsində yeni yeni istehsal edilən bəzi robot əllər, yalnız 2-3 əməliyyatı bir yerdə edə bilməkdədir amma bu, insan əlinin qabiliyyətləri ilə müqayisədə son dərəcə sadə bir iş olaraq qalmaqdadır.

Bütün bunlardan başqa; insanda iki əlin eyni anda, mükəmməl bir uyğunluq içində işləməsi də əlavə olunduqda, əldəki yaradılışın qüsursuzluğu daha dəqiq ortaya çıxmaqdadır.

Allah, əli insanlar üçün xüsusi olaraq yaratmışdır. Hər xüsusiyyəti ilə Allahın yaratma sənətindəki qüsursuzluğu və bənzərsizliyi bizlərə göstərir.
(məqalə harun yahya)