ELASTİK VƏ MÖHKƏM QURULUŞA MALİK: SKELET


Skelet öz-özlüyündə bir yaradılış möcüzəsidir. Sümüklər və onların birləşmələri bütün bədən üçün dayaq rolunu oynayır. Qoruyucu funksiyası isə ayrı-ayrı sümüklərin birləşməsi olub, müxtəlif orqanların mühafizə olunması ilə həyata keçirilir. Belə ki, ürək və ağciyərləri- döş qəfəsi, onurğa beyninin- onurğa, baş beyini kəllə qutusu sümükləri qoruyur. İnsan orqanizmində heç bir mexanizmin təqlid edə bilməyəcəyi üstün hərəkət qabiliyyəti vardır. Bədənin daşınması və qorunması kimi əsas vəzifəni üzərinə götürən sümüklərimiz, bu işi rahatlıqla yerinə yetirə biləcək bacarıqda yaradılmışdır. Hətta bu istiqamətdə geniş müdafiə payı və orqanizmin qarşılaşa biləcəyi ən çətin vəziyyətlər də nəzərə alınmışdır. Onurğanın omba şöbəsi şaquli vəziyyətdə bir ton ağırlığında yükü qaldırmaq bacarığına malikdir. Belə ki, hər addım atdığımızda onurğanın bu şöbəsinə bədənimizin üç misli ağırlığında yük yüklənir. Bu vəziyyətdə sümükləri belə dözümlü və qüvvətli edən nədir?

Bu sualın cavabı sümüklərin bənzərsiz yaradılışında gizlənir. İnsanların binalarda və körpülərdə istifadə etdikləri qəfəs quruluşu sümüklərin quruluşu əsasında inşa edilmişdir. Ancaq aralarında əsas bir fərq vardır: sümük daxilində olan sistem insanın inşa etməkdə olduğu sistemdən daha çox üstün və mürəkkəb quruluşa malikdir. Bunun nəticəsində sümüklər həm son dərəcə möhkəm, həm də insanın rahatlıqla hərəkət edə biləcəyi şəkildə yaradılmışdır. Əgər bunun əksi yəni, sümüklərin daxili də xarici kimi sərt quruluşa malik olsaydı həm insanın daşıması üçün çətin, həm də azacıq zərbədən sümüyün çatlaması və qırılmasına səbəb olardı.

Sümüyün başqa bir xassəsi isə bədənin ayrı- ayrı şöbələrində elastik olmasıdır. Məsələn, döş qəfəsi və ağciyər kimi həyatı orqanları qoruyarkən bir tərəfdən də ağciyərin hava ilə dolmasını və boşalmasını təmin edəcək şəkildə genişlənir və yığılır. Sümüklərimizdə olan bu mükəmməl sistem bizim rahat yaşamağmızı, çətin hərəkətləri asanlıqla yerinə yetirməyimizi təmin edir. Bu, insanın rahat həyat yaşaması üçün əsas şərtlərdəndir. Beləki, insan bu qədər qüsursuz yaradılış qarşısında şübhəsiz Allahı tanıması və ona təvəkkül etməsi lazımdır. Skeletin hərəkət qabiliyyəti də üzərində düşünülməsi lazım olan detallardandır. Hər addımımızı atdığımızda onurğamızı əmələ gətirən fəqərələr bir- birinin üzərində hərəkət edirlər. Belə olduqda fəqərələr arasında sürtünmə və aşınma meydana gəlməlidir. Ancaq buna baxmayaraq fəqərələr arasında fəqərələrarası disk adlanan qığırdaq toxuması buna imkan vermir. Bu disklər amortizator funksiyası daşıyır. Bundan əlavə hər addım atdığımızda bədən ağırlığımıza görə yer bizə əks reaksiya qüvvəsi ilə təsir edir. Bu qüvvə onurğanın sahib olduğu amortizatorlar və “qüvvə paylayıcı” nın qıvrımlı şəkli sayəsində orqnizmə zərər vermir.

Sümükləri bir-birinə bağlayan oynaqlar sürüşkən quruluşa malikdir. Ancaq belə olduğu halda ömür boyu yağlanmaya ehtiyac hiss etmirlər. Bu sistem heç bir mexanizmin əldə edə bilməyəcəyi quruluşa malikdir.

Oynaqların sürtünmə yerləri incə və məsaməli qığırdaq toxuması ilə örtülmüşdür və bu təbəqənin alt səthində həlməşiyəbənzər oynaq mayesi yerləşir. Sümük oynağın hər hansı yerinə təzyiq göstərərsə, onda bu maye məsamələrdən xaricə fışqıraraq oynaq səthinin “yağ kimi”sürüşməsini təmin edir. Baş verən proseslərin hamısı insan orqanizminin mükəmməl yaradılışını göstərən dəlillərdəndir. İnsan bu mükəmməl yaradılış sayəsində bir-birindən fərqli olan hərəkətləri sürətlə və asanlıqla yerinə yetirə bilir.

Hər şeyin bu qədər mükəmməl olmadığını məsələn, ayağımızın yalnız bir sümükdən əmələ gəldiyini düşünək. Hərəkət etmək problem olacaq və kobud bədən quruluşuna malik olacaqdıq. Hardasa əyləşmək çətinləşəcək, hər hansı hərəkəti etmək üçün ayağımızı məcbur etsək onda da asanlıqla qırılacaqdı. Halbuki, insan skeleti bədənin istənilən hərəkəti yerinə yetirmək qabiliyyətində yaradılmışdır. Skeletin sahib olduğu bütün xüsusiyyətləri Allah yaratmışdır və yaratmaqda da davam edir. Allah qüsursuz quruluşda yaratdığı insanı düşünməyə dəvət edir. İnsana düşən isə bu gerçəyi düşünmək və hər şeyin Allah tərəfindən yaradıldığını bilib şükür etməkdir. Bunu etmədiyi təqdirdə isə böyük itki ilə üzləşəcəkdir.

Sümükləri ilk dəfə yaradıb, sonra da onlara ət geydirən Allah, bunu bir dəfə daha etməyə qadirdir. Bu gerçək Quranda belə ifadə edilir: İnsan bizim özünü bir damla sudan yaratdığımızı görmürmü? İndi o, açıq-aşkar düşmən kəsilmişdir. Öz yaradılışını unudaraq bizə örnək verdi, dedi ki:

Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. (Yasin Surəsi, 77-79)
(məqalə harun yahya)