Dünyanın Ən Böyük Paylama Şəbəkəsi: Qan Dövranı Sisitemi



100 trilyon evdən ibarət bir şəhər təsəvvür edək. Sizcə bu şəhərdəki evlərin hər birinin istəklərini bir anda yerinə yetirən bir paylama şirkəti ola bilər? Bir çoxunuz buna “əlbəttə, ola bilməz” cavabını verəcəksiniz. Ancaq buna bənzər bir sistem hər insanın orqanizmində mövcuddur. İnsanın orqanizmindəki evlər hüceyrələrdir, paylama şirkəti isə saysız-hesabsız işçisi olan qan dövranı sistemidir. Qan dövranı sistemi işçiləri insan bədənindəki təxminən 100 trilyon hüceyrəni bir-bir gəzir. Bu sistemin ən vacib işçisi ürəkdir. Ürək çirkli və təmiz qanın bir-birinə qarışmadan orqanizmin müxtəlif yerlərinə pompalanmasını təmin edən dörd fərqli kamerası, təhlükəsizlik vəzifəsini görən qapaqcıqları ilə son dərəcə həssas qurulmuş bir nizama malikdir.

Ürəyi tədqiq etdikdə onun yalnız bir pompadan ibarət olmadığını, həm də bu pompanın vurduğu qanın istiqamətini müəyyən edən “qapaqcıqlar” olduğunu da görərik. Onlar ürək əzələlərinin vurduğu qanın lazımi anda və lazımi istiqamətdə hərəkət etməsini təmin edirlər. Habelə ürək böyük damarlar vasitəsilə bir tərəfdən ağciyərlə, digər tərəfdən də bütün bədənlə əlaqəlidir. Bədənə gedən damar özü də eyni zamanda müxtəlif qollara ayrılır, onlar da daha kiçik damarlara bölünür. Kapilyarlara qədər davam edən bu ayrılmadan sonra bu damarlar böyük damarlara birləşirlər və bütün bunlar yenidən ürəyə qayıdır. Ürəkdən də qanın tərkibindəki karbon-dioksidi vermək və əvəzinə oksigeni almaq üçün ağciyərə ötürülür.



Bütün bu qan dövranı sistemi, yəni ürək, damarlar və ağciyər birlikdə düşünülərsə, ortaya tam kompleks bir sistem çıxar. (Buraya vəzifəsi qanı təmizləmək olan böyrəkləri, qandakı şəkər nisbətini tənzimləyən mədəaltı vəzi, qanın kimyəvi tərkibini nəzarətdə saxlayan qaraciyəri və qandakı müdafiə sisteminin tərkib hissələrini əlavə etdikdə ortaya ehtişamlı bir quruluş çıxır.) Bu kompleks sistemin hissələrinin hamısı bir-birlərilə həmahəngdir və bir-birlərinə çox düzgün bir formada bağlanmışlar. Bir-birlərilə həmahəng olan bütün bu hissələr ortaq məqsədə xidmət edirlər. Əgər bir hissə belə əksik olsa, sistemdə axsamalar meydana gələcəkdir. Bu isə qan dövranı sisteminin sahibi olan insanın ölümü ilə nəticələnəcək hallara səbəb olar.

Heç bir ürək vurduğu qanı təmizləyəcək bir ağciyər olmadan tək başına hər hansı bir bədəni bir dəqiqədən artıq yaşada bilməz. Deməli, qan dövranı sistemi tək bir anda bütün hissələri ilə birlikdə yaradılmışdır. Bu da ürəkdəki və qan dövranı sistemindki qüsursuz yaradılışı göstərir və aləmlərin Rəbbi olan Allahın tayı-bərabəri olmayan yaratma sənətini göstərir.
(məqalə harun yahya)