Sayfa 1/2 12 SonSon
11 sonuçtan 1 ile 10 arası

Narın möcüzəvi faydalar

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Narın möcüzəvi faydalar

    Nar suyundakı antioksidan miqdarı, yaşıl çay, qırmızıcıq və portağal sununa görə 3 qat daha çox. 1 stəkan nar suyu, 10 stəkan yaşıl çay və 4 stəkan qırmızıcıq sununa əvəzdir

    * müalicədə dəstək təmin edər
    *Turş nar isə mədə yanmalarına qarşı faydalıdır

    *Təzyiqimizi müsbət bir şəkildə nizamlar
    *Ürəyimizi qoruyar nizamlı işinə dəstək olar

    *İnfeksiyaya qarşı bədən müqavimətini qoruyar və artırar
    *Enerji verər, yorğunluğu aradan qaldırar

    *İmmunitet sistemini gücləndirər xəstəliklərə qarşı qoruyar

    *Xolesterol və qan şəkərimizi tənzimliyir artmasına mane olar
    *Bağırsaq parazitlərinin düşmənidir, yaxşı bakteriyaların artmasını təmin edər
    *Boğaz ağrılarına və ağciyərlərə faydalıdır.
    *Öskürəyə də yaxşı gəlir
    *Suyu pərdəsiylə birlikdə çıxarılıb bal ilə məlhəm konsistensiyasına gələnə qədər bişirilib diş ətlərinə sürtüldüyündə diş əti tahrişine yaxşı gəlir
    *Dəridə müsbət qatqısı vardır, hamar görünüş təmin edər
    *Dəri infeksiyalarını yox edər

    Xəbərdarlıq: Zaman zaman mədədə qabarıqlıq və qaz meydana gətirdiyi üçün qızdırmalı xəstəliyi olanlara yaxşı gəlməyəcəyi ifadə edilmişdir. Kiçik uşaqlar və hamilələrin də çox istehlak etməməsi tövsiyə edilir
    Nar şirəsi orqanizmi dəri və prostat xərçəngindən qoruyur, damar tutulmasını 44 faizə endirir.Hətta nar şirəsini içdikdən 48 saat sonra belə, orqanizmə təsir göstərir. Qanın antioksidantlığını artırmaq qabiliyyəti yaşıl çayla müqayisədə 2-3 dəfə çoxdur. Nar diş xəstəliklərini müalicə edir, həmçinin dərini zərərli təsirlərdən qoruyur.
    Nar şirəsi immunitet sistemini gücləndirir, tərkibindəki bəzi maddələr sayəsində xolesterol və şəkəri nizamlayır, ürəyi möhkəmləndirir.
    Nar qabığı ishalın və bağırsaq qurdlarının qarşısını alır, qanlı ishal zamanı istifadə edilir. Meyvəsinin qabığından hazırlanan ekstrakt virusları və mikrobları öldürür. Nar C vitamini, həmçinin dəmir və kalium mineralları baxımından da zəngindir.
    [

  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Narın möcüzəvi faydalar

    Allah insaf versin sənə ..nar istədim e..
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Narın möcüzəvi faydalar

    sekilleri yerlesdire yerlesdire neler cekdim Allah bilir.dusum birdene alim yariya bolum yarisi senin yarisi menim tez ye gelecekler sene qalmiyacaq
    [

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Narın möcüzəvi faydalar

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    sekilleri yerlesdire yerlesdire neler cekdim Allah bilir.dusum birdene alim yariya bolum yarisi senin yarisi menim tez ye gelecekler sene qalmiyacaq
    oldu
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Nar haqqında bilmədikləriniz


    Bu nar- Punicaceae fəsiləsindəndir. Onun ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində becərilmişdir. Narın müalicəvi xassəsi eramızdan hələ çox-çox əvvəl assuriyalılara, misirlilərə, yəhudilərə, yunanlara və romalılara məlum idi.
    Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər. Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur. Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur.
    Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir.
    Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır. Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.
    Azərbaycan Dövlət Tibb İnstitutunda cır nar meyvəsinin şirəsinin antidiabetik təsiri həm eksperimental, həm də klinik cəhətdən öyrənilmiş və müsbət nəticələr əldə edilmişdir. Nar şirəsilə 10-12 gün davam etdirilən müalicə nəticəsində xəstələrin hamısında ürək yanğısının azalması, ağızda quruluğun və acılıq hissinin itməsi, başağrısının kəsilməsi kimi müsbət dəyişikliklər müşahidə edilmişdir.
    Xalq təbabətində nar meyvəsinin qabıqlarından “nar qəzəli” adı ilə, eləcə də nar ağacının gövdə və budaqlarının qabıqlarından toz formasında və sulu bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə edilir.
    Şəki rayonunda narda iştah artırmaq üçün “nardaşa” adlanan şərbət hazırlanır. Həmçinin cır nardan “narşərab” hazırlanır ki, bu da həzmetmə prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir.
    Nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında istifadə olunur. Nar şərbəti döş ağrıları zamanı, öskürək dərmanı kimi də qəbul etmək olar.
    Şirin nar meyvəsinin şirəsini böyrək xəstəliklərində, eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir.
    Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur.
    Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır.
    Xalq təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi işlədilir. Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla bərabər miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.
    Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina, diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər.
    [

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Narın möcüzəvi faydalar

    cox sag ol deyerli melumat ucun
    [

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Narın möcüzəvi faydalar

    narin baha olan vaxti gosterdiyi shekile bax.yadima dushdu lap

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Narın möcüzəvi faydalar

    sende agla mende aglayim..arada bazara cix eve bir seyler al
    [

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Narın möcüzəvi faydalar

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    sende agla mende aglayim..arada bazara cix eve bir seyler al
    YOX AGLAMIRAM.CUNKI ELE DUNEN NAR GETIRDILER.ISTESEN BUYUR GEL QONAGIMIZ OLA BILERSEN.NAR QONAGLIGIDI.DUNEN TRIVOQA VERMISHDIM

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Narın möcüzəvi faydalar

    Gece vaxtdi nar istedin..ok axsam gelerem nar yemeye indi isim
    [

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.