Sayfa 2/2 İlkİlk 12
18 sonuçtan 11 ile 18 arası

Hər qida bir dərdə davadır

  1. #11
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Razyana kalsiumla zəngindir, dəridəki su ehtiyatını qoruyub saxlayır.

    Yaşıl çay hüceyrəqoruyucu maddələrlə zəngin olduğundan yaşlanmanın qarşısını alır. Su qidaların hüceyrələrə daşınmasına, tullantıların isə hüceyrələrdən xaric edilməsinə yardımçı olur.

    Sarımsaq qan dövranını normallaşdıraraq dərini təmiz saxlayır.

    Toyuq orqanizmdə gözəllik hormonlarını istehsal etmək üçün ehtiyac olduğu qədər proteinlə zəngindir.

    Zeytun yağından soyuq halda istifadə etdikdə erkən yaşlanmzatına malik olduğundan hüceyrənin təzələnməsinə xidmət edir.

    Şəkər və insulin dərini yaşlandırır. Ona görə də alma yeyin. Alma qanda şəkərin miqdarını sabit saxlayır və insulinin qalxıb-enməsinin qarşısını alır.

    Yorğun dərini canlandırmaq üçün banandan istifadə edə bilərsiniz. Bananı qabda əzin, 1 qaşıq süd, ya da qaymaq əlavə edib, üzünüzə yaxşıca yedirin. 20 dəqiqə gözlədikdən sonra bol su ilə yaxalayın. Dərinizin qısa müddətdə canlandığını, yumşaldığını və nəmləndiyini görəcəksiniz.

    Quruyan dərini canlandırmaq üçün iri bir pomidoru xırda-xırda doğrayın. İçinə iki qaşıq badam tozu əlavə edib, yaxşıca qarışdırın. Qarışığı üzünüzə yedirə-yedirə sürtüb, 10 dəqiqədən sonra yaxalayın. Sonra nəmləndirici krem vurun.

    Gözlərinizin altında qara halqanı yox etmək üçün alma əlverişlidir. İki dilim almanı gözünüzün altına qoyun və almadakı meyvə turşusunun qara halqanı azaltmasını gözləyin.

    Çatlayan dodaqlarınızı əvvəlcə yumşaq diş fırçası ilə ehmallıca fırçalayın. Sonra balla masaj edin.

    Əlləriniz sərtləşibsə, iki ədəd qaynanmış kartof, 1 stəkan süd, 5 damcı gül suyu və iki yumurtanı yaxşıca qarışdıraraq əllərinizə sürtün. 10 dəqiqə gözləyin. Gecə yatmazdan əvvəl ilıq zeytun yağı sürtün və rezin əlcək geyinin.

    Parlaqlığını itirmiş saçları canlandırmaq üçün 100 qram papatya dəmləyin. Soyuduqdan sonra içinə 1 yumurta sarısı əlavə edib qarışdırın. Qarışıqla saçınıza masaj edin. 10 dəqiqədən sonra yuyun.
    [
    Ya da
    [

  2. #12
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Böyürtkən insanı gözəlləşdirməklə yanaşı, yaddaş zəifliyini da aradan qaldırır.

    Bu bitki yabanı olsa da, mineral və vitaminlərlə zəngindir. Böyürtkənin suyu ishal zamanı faydalıdır. Təkcə meyvəsi deyil, yarpağı da şəfalıdır. Böyürtkən yarpağından dəmlənən çay ağız yaralarını yaxşılaşdırır, qurudulmuş yarpaqlarından hazırlanan sirop qanı təmizləyir. Böyürtkənin meyvəsi insanı acmağa qoymur, tərkibindəki təbii şəkər qandakı şəkərin normal qalmasını təmin edir, kosmetik vasitə kimi dərini gözəlləşdirir.
    [
    Ya da
    [

  3. #13
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Minerallarla zəngin olan badamın tərkibində çoxlu miqdarda karbohidrat, doymamış yağ, lif, fosfor, kalsium, kalium, maqnezium, sink, A, B, C və E vitaminləri var. Bu bitki sinirləri gücləndirməklə yanaşı, ana südünü artırır, körpələrin inkişafı üçün faydalıdır. Eyni zamanda böyrəyin, sidik yollarının iltihabdan təmizlənməsində istifadə edilə bilər. Badam xolesterolu aşağı salır, qandakı şəkərin miqdarını nizamlayır, zehni yorğunluğu aradan qaldırır, ağrıları azaldır, orqanizmi xərçəng xəstəliyindən qoruyur.
    [
    Ya da
    [

  4. #14
    Junior Member
    Üyelik tarihi
    Jun 2007
    Mesajlar
    10
    Bu güzel bilgiler ucun mende cox tesekkur edirem.
    Başbuğ Atatürk diyor ki: "Milleti taassubun pençesinden kurtarıp, O'nun Milliyetçilik vasfını uyandırmalı,
    O'na Türkçülük imanını aşılamalıyız."

    "Ben ve milletim Tanrı'nın kırbacıyız.Tanrı yoldan çıkan milletleri cezalandırmak için bizi gönderir."
    (Başbuğ Atilla)

  5. #15
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157

    gırmızı bibar

    GIRMIZI acı bibardakı 'capsaicin' maddesi..diz agrılarına yaxsı tesir gosterir. ABŞ NIN Boston sherinde ABŞ AGRI CEMİYYETİNİN İLLİK SEMİNARINDA MUTEXESSİSLER qırmızı bibarın oynaq infeksiyası ve agrılarına qarsı tesirli oldugunu ispatladılar .MUTEXESSİSLER qırmızı bibara acı xussiyyetini veren 'capsaicin' maddesinnnen (1 gr) iyne yolu ile verilen xestelerde siddetli agrınının azaldıgını gosterdiler ... ve Capsaicin maddesinin.. tesirrini 5 hefteye qeder gosteriredigin...tecrube etdiler
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  6. #16
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Soğan

    Soğanın faydaları

    Soğan ilk növbədə, xərçəng xəstəliyinin düşmənidir.

    Salatdan tutmuş çeşid-çeşid yeməklərədək, demək olar ki, hamısında soğandan istifadə edilir. Soyuqdəymə, bronxit zamanı meydana çıxan öskürəyin aradan qaldırılmasında soğan şəfaverici kimi tanınır. Hələ qədimlərdə 1 ədəd əzilmiş soğana azca su və bal qataraq dərman kimi istifadə edirlərmiş. Böcək sancması nəticəsində şişən nahiyəyə təzə kəsilmiş soğan dilimləri qoyulur ki, şiş yatsın. Soğan ürək-damar xəstəliklərinin də dərmanıdır.

    Soğanın tərkibindəki maddələr:

    Quru soğan - 36 kalori,
    Təzə soğan - 23 kalori,
    Protein - 1,3 qram,
    Yağ - 0,3 qram,
    Karbohidrat - 8,1 qram,
    Su - 89 qram,
    Çöküntü - 2 qram,
    Kalium - 157 milliqram,
    Kalsium - 27 milliqram,
    C vitamini - 10 milliqram,
    Foli turşusu - 54 milliqram.
    Vitamin - 0,3 milliqram,
    Təzə və çiy yeyilən soğan daha effektlidir. Həftədə 3-4 dəfə yarım soğan yemək orqanizmi ürək-damar və xərçəng xəstəliklərindən qoruyur.
    [
    Ya da
    [

  7. #17
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163


    Əsəbi və ya həyəcanlı olduqda iştaha da qaçır.

    Belə vaxtlarda fındıq yemək məsləhətdir. Fındıq əsəbləri sakitləşdirir, iştaha gətirir. Ümumiyyətlə, fındıq, qoz və fısdıqdan daha çox istifadə edin. Kafeinli içkilərdən və ətdən isə mümkün qədər uzaq olun.
    [
    Ya da
    [

  8. #18
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Portağal

    antioksidantlarla zəngindir, tərkibində xərçəngin qarşısını alan bütün maddələr var.

    Qreypfrut

    C vitamini baxımından zəngindir. Yarım qreypfrut C vitamini tələbatının 60 faizini ödəyir. Tərkibində xolesterolu aşağı salan pektin maddəsi var. Xərçəngə qarşı qoruyucu vasitədir. İştahaaçıcıdır.

    İspanaq

    Ürək xəstəliklərinə, iflicə, yüksək təzyiqə, yaşlılıqdan irəli gələn göz xəstəliklərinə, xərçəngə qarşı ən təsirli göyərtidir. İspanaq dəridəki ləkələnmələrin, görmə qüsurlarının qarşısını alır. Bir dəstə ispanaq yemək gün ərzində orqanizmin dəmir ehtiyacının onda birini ödəyir.

    Kivi

    1 ədəd kividə olan C vitamini 1 ədəd portağaldakı C vitaminindən iki dəfə çoxdur. Həzmi asanlaşdırır və qəbizliyin qarşısını alır.

    Kartof

    Həzmi asanlaşdırır, qəbizliyin qarşısını alır. Yorğunluğu aradan qaldırır. Tərkibində çoxlu C vitamini və protein olduğu üçün halsızlığa qarşı təsirlidir. Orqanizmi daim enerjili saxlayan kartof C və E vitaminləri və beta karotinlə zəngindir.

    Yer alması

    Şəkər xəstəliyi üçün faydalıdır. Qidalandırıcıdır, orqanizmin müqavimətini artırır. Qəbizliyin qarşısını alır.
    [
    Ya da
    [

Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.