X və ya Y xromosomlu spermatazoidlər nə vaxt aktiv olur?
Alədə körpnin dünyaya gəlməsi xoşbəxtlikdir. İstər qız, istərsə də oğlan ailənin sevinci, fərəhi və davamçısıdır. Lakin təəssüflə deməliyik ki, bəzi ailələrdə qız uşağının doğulması əsl problemə çevrilir.
Uşağın cinsi hansı spermatozoidlərin yumurtahüceyrəni mayalandırmasından asılıdır. Mayalanma zamanı əgər X xromosomlu spermatazoid yumurtahüceyrə ilə mayalanıbsa bu qız embrionun əməmlə gəlməsindən xəbər verir, Y xromosomlu spermatazoid yumurtahüceyrə ilə mayalanıbsa uşaq oğlan olacaq. Bir daha bildiririk ki, uşağın cinsi birbaşa kişidən asılıdır. Qadın burada heç bir rol oynamır. Çünki qadında yalnız iki X xromosomu var. Kişidə isə X və Y.
Müxtəlif xromosomlu spermatazoidlər müxtəlif xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətləri bilmək gələcəkdə körpənizin qız və ya oğlan olmasını bilməyə kömək edəcək.

Spermatazoidlərin xüsusiyyəti
Y xromosomlu spermatazoid, X xromosomlu spermatazoidə nisbətən az yaşayır və daha aktiv olur. X xromosomlu spermatazoidlər az hərəkətli və çox yaşayan olur. O zaman belə sual meydana çıxır. Biz nə bilək X və ya Y xromosomlu spermatazoidlər nə vaxt aktiv olur?. Sadəcə aşağıdakılara əməl edin.

Gələcək körpənizin oğlan olmasını istəyirsinizsə
Çalışın cinsi aktınız maksimal dərəcədə ovulyasiya gününə yaxın olsun.
Ovulyasiya gününə 4-5 gün qalmış cinsi aktdan imtina edin.
Cinsi aktınız dərin olmalıdır Çünki Y xromosomlu spermatazoid az yaşayır və onu uşaqlığın girişinə çatdırın. Bununla siz spermatazoidin yumurtahüceyrə ilə görüşmə tezliyini nisbətən artırırsınız.
Kişilər həddən artıq istilikdən uzaq olmalıdır – yüksək temperatur, sauna və ya isti duş qəbulu, isti geyim. Belə ki, hər hansı bir yüksək hərarətli təsir spermatazoidlərin ümumi sayını azaldır. Hətta son zamanlar əldə olunan məlumatlara istinad edərək demək olar ki, yüksək hərarətin təsirindən Y xromosomlu spermatazoidlər məhv olur.
Yaxşı olar ki, cinsi əlaqə zamanı qadınlarda boşalma aktı kişilərə nisbətən tez baş versin. Əgər bu mümkün olmursa, çalışın hər ikinizdə də boşalma eyni zamanda baş versin.

Gələcək körpənizin qız olmasını istəyirsinizsə
Cinsi aktınızı ovulyasıyadan 2-3 gün öncəyə planlaşdırın. Çalışın ovulyasiya günləri və ovulyasıyadan 2 gün sonra cinsi əlaqədə olmayasınız. Y xromosomlu spermatazoidlərdən fərqli olaraq, X xromosomlu spermatazoidlər yumurtahüceyrəni iki gün ərzində “gözləyə” bilər.
Cinsi aktınız dərin olmamalıdır. Çünki X xromosomlu spermatazoidlər daha uzun müddət aktiv olur. Belə ki, yumurtahüceyrə ilə görüşmə tezliyi nisbətən az olsa olar.
Yaxşı olar ki, cinsi əlaqə zamanı qadın tam boşalma hissi yaşamasın. Çünki boşalma zamanı qadın orqanızmi xüsusi maye ifraz edir ki, bu da X xromosomlu spermatazoidin məhv olmasına və yaxud zəifləməsinə səbəb ola bilər.

Beləliklə, elmin və texnikanın inkişafı artıq dünyaya gələcək körpəmizin cinsini müəyyən etməyə nisbətən də olsa kömək edir. Amma gəlin razılaşaq ki, Allahın bu şirin payı olan körpənin qızı da oğlanı da əzizdir!!!