Uzun müddətdir alimlıri, bir məsələ çox düşündürürdü. Nə üçün insanın və eləcə də digər heyvanların embrionlarında ürək çox erkən vaxtlarda döyünməyə başlayır, hansı ki, bu vaxt embrionun qan təminatı tam ananın qan dövranı ilə olur. Boston Uşaq xəstəxanasının həkimi Leonardo Zona və onun kolleqaları danio rerio balaıqlarının embrionları ilə apardıqları təcrübələrdə bu sualın cavabını tapmağa cəhd etmişlər. Onu qeyd etmək lazımdır ki, bu balıqların embrionları tam şəffaf olduğundan ürəyin fəaliyyətini aydın hiss etmək olur və həmçinin bu balıqların mutasiyalarını almaq asandır. Təcrübələrdə bu alimlər ilk dəfə müəyyən etmişlər ki, embrionların ürəyində özül hüceyrələrdən qan və qan damarlarının hüceyrələrinin əmələ gəlməsi məhz ürəyin biomexaniki gərginliyi ilə əlaqədardır. Belə ki, ürəyin döyünməsi bu gərginliyi yaradır və qan hüceyrələrinin əmələ gəlməsini şərtləndirir. Danio rerio balığının emrionlarında ürəyin döyünmə tezliyindən asılı olaraq formalaşan qan hüceyrələrinin (eritrositlər, leykositlər və s.) miqdarının düz mütanasib olduğunu müəyyən etmişlər. Boston xəstəxanasının alimləri emrionlarında ürəyi heç döyünməyən siçanlarında qan hüceyrələrinin çox zəif əmələ gəldiyini müəyyən etmişlər. Onlar müəyyən etmişlər ki, embrionların ürəyində özül hüceyrələrin əmələ gəlməsində qanda NO molekullarının olması əsas rol oynayır. Beləliklə alimlər müəyyən etmişlər ki, ürək təkcə mexaniki funksiya daşımır, o həm də inkişafın embrional dövründə qan istehsal edir.