Bu mövzuda dəriyə göstərilən qulluqlardan,maskalardan-ümumiyyətlə dəri haqqında danışacağıq. Dəriyə qulluqla,dəri rahatsızlıqları ilə bağlı bildiklərinizi və tövsiyələrinizi yazın. Həmçinin dərinizdə sizi narahat edən nəsə varsa,onu da yazın. Bu mövzuda bir-birimizə məsləhətlər verək,bildiklərimizi bölüşək.
Bəzi insanların üz və ya bədəninin dərisində ləkələr var.Bu ləkələri tamamilə azaltmaq və aradan qaldırmaq üçün təbii müalicənin böyü önəmi var.Göstərəcəyimiz tövsiyələr hər dərinin tipinə görə təsir göstərir. ALMA SİRKƏSİ;Eyni miqdarda Su və Alma sirkəsini bir qabda qaynadın.Sonra bu qarışımla buxarda yuyunun.
Həmçinin yenə eyni miqdarda Su və Alma sirkəsi ilə üzünüzü 3-4 gündə bir silərək dərinin ləkələrindən qurtula bilərsiniz. Arpa unu xamır halına gətirilir və üzə maska halında çəkilir,2 saat gözlənilir.Bu da dəri ləkələrinin yox olmasına səbəb olur. Daha bir Maska;Həftədə bir gün bir orta qaşıq süzmə qatıq və bir çay qaşığı karbonatı qarışdırın.Bir saat dərinizdə saxlayıb ovaraq çıxardın.Bir qaşıq eyni miqdarda qarğıdalı unu,isladılmış gil,əl kremi və suyu qarşdırın və dərinizə çəkin.5 dəqiqə ovaraq peeling edin.
Bu ölü dərini çıxarır və gözəl dəriyə sahib olmağa çox kömək edir.
Yer imleri