6 sonuçtan 1 ile 6 arası

Kim sevirsə idmanı

  1. #1
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Kim sevirsə idmanı



    Fitneslə düzgün məşğul olmağın yolları. Nə OLAR və nə OLMAZ?

    Arıqlamaq üçün əlindən gələni edirsən, amma əla bədən quruluşuna sahib ola bilmirsən? Ola bilsin, bədənin idman hərəkətlərinə tez öyrəşir. Belə ki, bədənini daim formada saxlamaq üçün yeni idman hərəkətləri axtarıb-tapmalısan, - məşqçi Aida Mehdiyeva deyir.

    Saatlarla məşq etmək OLMAZ
    Aparılan müşahidələr göstərib ki, müəyyən fasilələrlə idman edən insanlar fasiləsiz məşqdə olanlara nisbətən daha tez lazımi nəticə əldə edirlər.

    Cəld, lakin gərgin hərəkətlər etmək OLAR
    Qısa, lakin cəld hərəkətlər etməyə çalış, - Aida deyir. Adətən, biz 30 dəqiqə ərzində edə biləcəyimiz 80% hərəkətin 60%-ni bir saat ərzində edirik. Bu yolla sən idman zalında vaxtını itirmədən eyni nəticəni əldə edə bilərsən.

    Sallağı oturmağa tənbəllik etmək OLMAZ
    Sallağı oturmaqla mədəni arıqlatmaq olmur, - məşqçi Aida Mehdiyeva deyir. Bu hərəkətlər piyi əritmir, lakin əzələləri möhkəmləndirir.

    Piyi əritmək OLAR
    Sallağıoturmadan fərqli olaraq, qaçış, gəzinti, velosipedsürmə piyi əridir və çəkinizin azalmasına kömək edir. Xüsusilə də qaçış baldırların tonusunu qaldırmağa kömək edir, - deyə mütəxəssis bildirir.

    Həddindən artıq yoqa hərəkətləri etmək OLMAZ
    Yoqanın bir çox vəziyyətlərini almaq üçün vaxt tələb olunur, - yoqa təlimatçısı Oksana Əliyeva deyir. Əvvəlcə bədəniniz hərəkətlərə hazır olmalıdır. Əks halda, nəfəs daralacaq və əzələ sıxılacaq. Bu zaman ürək-damar sistemində problemlər yarana bilər.

    Diqqəti tənəffüsə yönəltmək OLAR
    Yoqa ilə məşğul olan zaman hərəkətlərdən çox nəfəsinə fikir ver. Dərindən tənəffüs böyük dəyişikliklərə gətirib çıxarır, - deyə Oksana Əliyeva qeyd edir. Bu zaman həm əzələlər rahatlaşır, həm də gərginlik azalır; bu da öz növbəsində məşqləri daha rahat edir.

    Dartılmadan məşqə başlamaq OLMAZ
    Üzmə cığırını bir neçə dəfə üzdükdən sonra tezlik zəifləyir. Bu cür ağır məşqlərə başlamazdan əvvəl zəif hərəkətlər et, - deyə Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Akif İsayev vurğulayır.

    Fasilə etmək OLAR
    Hovuzdakı vaxtını azalt. Bir cığırı o baş-bu başa üzmək üçün iki cür üzmə stilindən istifadə et. Məsələn, brasla gedib, bel üzərində üzməklə qayıda bilərsən. Bu üsul əzələlərin müxtəlif qruplarını hərəkətə gətirir və universal treyninq effektinə malikdir, - deyə İsayev bildirir.

    Müqavimət göstərmək OLMAZ
    Yuxarıda qeyd etdiyimiz kimi, qaçış piylərin əridilməsinin effektiv yollarından biri hesab edilir. Lakin elə hallar olur ki, nəticələr özünü doğrultmur. Bu halda, idman hərəkətlərini daha da gərginləşdirmək lazımdır, - deyə Akif müəllim qeyd edir. Əzələlərin çəkisi artdıqca, maddələr mübadiləsi yaxşılaşır və heç bir hərəkət etməsən belə, kalorilər tez bir zamanda azalır. Nəticə!

    Məşqləri ağırlaşdırmaq OLAR
    Hər idman hərəkətini 20 dəfə təkrar etməklə, əvvəlcə yüngülçəkili ağırlıqlar qaldırın. Həftədə bir dəfə 40 dəqiqəlik idman səni güclü, davamlı edəcək və əzələlərinin tonusu qalxacaq, - deyə akademiyanın müəllimi məsləhət görür.

    Gündə idman zalına getmək OLMAZ
    Həddindən artıq idman hərəkətləri zədəyə və müxtəlif xəstəliklərə gətirib çıxarır. Bu, cəzbedici səslənə bilər, lakin unutmamalısan ki, ağır hərəkətlər səni tez bir zamanda bezdirə və nəticədə idmandan əl çəkə bilərsən.

    İstirahət etmək OLAR
    İstirahət bədənin gücünü və əzələləri bərpa edir. Həftədə ən azı iki dəfə istirahət et. Çünki bu yolla sən bədəninin idman hərəkətlərinə yararlılığını artıracaqsan. Sadəcə olaraq, istirahəti şokolad yeməklə keçirmə...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Kim sevirsə idmanı

    Men hec sevmirem idmani melumata gore sag ol

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Kim sevirsə idmanı

    tesekkurler meslehetinize ehtiyacim vardi.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Kim sevirsə idmanı

    Ən sevdiyim şeydir idman ən yaxshi üsulu da qaçişdir. Səhər- səhər keyfinizin yerində olmasi üçün geyinirsiniz ag idman formasini ağ krasovki...və səhər saat 6-da çixin evdən...stadionun da yerini deyə bilərəm: nəşriyyat tərəfdə yerləşən, şam ağaclari da var orda, qaçin istədiyiniz kimi... 4 il qaçmişam.SoMMet sənə məsləhət!!! Sən də qaç.amma bilmirəm bu nə dərəcədə düzgün olacaq.?Qaça bilməsən də gəzmək də yetərli olacaq sənə, məncə qaçmaği da yavaş-yavaş oyrənərsən, gün var, ay var, il var... Mövzuya görə tşk.

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Yer
    Baki
    Mesajlar
    357

    Re: Kim sevirsə idmanı

    Bir ara basketbola getdim sonra atasi oldum indi peshmanam
    Zaman daralır......

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Apr 2010
    Mesajlar
    128

    Re: Kim sevirsə idmanı

    Twkler...Ela meslehetdi..Men ele ozumde idmanla mewqul oluram her kesede meslehet gorurem.Ozeliklede tennis...ve...voleybol..oynamaqi.
    EAST or WEST HOME is BEST..!!!!!!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.