2 sonuçtan 1 ile 2 arası

Beyin Fırtınası və Düşüncə Tankları

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Beyin Fırtınası və Düşüncə Tankları

    Amerikalı Edvin Lend 1943-cü ildə sahildə kiçik qızının şəklini çəkdiyi zaman, qızı səbirsizliklə “Ata, şəklimi niyə indi görə bilmirəm” diyə soruşmuşdu. Bu sual atanı fikirləşməyə məcbur etdi. Fikirləşməsinin səmərəsi isə ona şöhrət gətirən Polaroid fotoaparatı oldu. Burada kiçik qız o günə qədər düşünülməmiş və ya həyata keçirilməmiş bir hadisə üçün atasına ilham qaynağı oldu... Yeni kəşf və ixtiralara səbəb olan əsas amillərdən biri də beyin fırtınasıdır (Brainstorming). Beyin fırtınası deyilən hadisənin əsas və ilk prinsipi budur: Bir problemin həlli ilə əlaqədar cavabdeh grupun üzvləri mümkün olduğu qədər çoxlu sayda fikir irəli sürürlər. Buradakı problemin mənfi xarakterli olması məcburi deyil (Negative problem). Ortaya qoyulan məsələ müsbət xarakterli də ola bilər. Məsələn, bir şirkət bir ilin sonunda əldə etdiyi qazancın ən optimal şəkildə istifadə yollarını bir beyin fırtınası seansı ilə müəyyən edə bilər. Beyin fırtınası seanslarında meydana çıxan fikirlər zahiri olaraq məntiqsiz və imkansız ola bilərlər. Burada əsas şərt tənqidin qətiyyən olmamasıdır. “Necə ola bilər?, Mümkündür?, Sən nə danışırsan?” kimi sözlər hələ yeni söylənilmiş və ya söyləniləcək fikri həmin an yox edə bilər.

    Albert Eynşteyn bu haqda belə söyləmişdir: “Ortaya atılan yeni fikirlərdə bir qeyri-adilik yoxdursa, deməli bu fikirlər ümidverici deyildir.” Əvvəlcə mənasız görünən fikir beyin fırtınası grupunun digər üzvləri üzərində müsbət təsir göstərə bilər. Beyin fırtınası seansında görüşlər yüksək səslə söylənməli və həmin an da qeyd edilməlidir. 30-40 dəqiqəlik bir seansdan sonra bütün fikirlər iştirakçılar tərəfindən qiymətləndirilərək ən yaxşı fikir seçilir.

    Beynimizin sağ tərəfi zehindəki rəsmlərlə və ya hekayələrlə çarpaz əlaqəlidir. Beyin fırtınaları çalışmaları da məhz sağ beyni oyandırır.

    Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, uşaqlar (xüsusilə 2-7 yaş arası), sağ beyindən məktəbə qədər dövrdə məktəb dövrü ilə müqayisədə doqquz dəfə artıq istifadə edirlər. Yəni uşaqlar yeni və qeyri-adi fikirlər iləri sürməkdə seçilirlər. Belə halda niyə uzun illərdən bəri heç bir alimimiz Nobel mükafatı almamışdır? Nəyə görə bütün yeni kəşf və ixtiralar başqaları tərəfindən həyata keçirilməkdədir? Son əsrdə patentlərin neçə faizi bizə aiddir? Təhsil müəssisələrimizdə beyin fırtınası kimi yenilikçi düşüncələrin kifayət qədər öyrədilməməsi bu suallara cavablardan biridir.

    Məktəblərimizdə uşaqlar maraqlı məsələlərə təşviq edilməməkdə, əksinə onların dar düşüncəli olaraq əvvəlcədən hazırlanmış cavabları vermələri istənilməkdədir. Yeri gəlmişkən, tariximizə nəzər salsaq, Memar Sinanların, İtrilərin, Fatihlərin, Hazırfenlərin, Gazalilərin necə yetişdiklərini daha yaxşı başa düşə bilərik.

    Fateh Sultan Mehmetin qurduğu Sahn-ı Seman Mədrəsələrində fizika, kimya, biologiya, riyaziyyat, fəlsəfə, ədəbiyyat kimi texniki və humanitar elmlər birlikdə tədris olunur, alim və ixtiraçılar yetişdirilirdi.

    Qısa lüləli ağır topu ilk dəfə icad edən Fatehdir. Barıtı atəşli silahlarda ilk istifadə edən Osmanlılardır. İlk uçan insan bir Türkdür. Memar Sinanlar, İtrilər, Dədə Əfəndilər, Gazalilər isə hələ yetişməmişdir.

    Süleymaniyyə Kitabxanası hələ də dünyanın ən çox əlyazması olan kitabxanasıdır.



    BİR BEYİN FIRTINASI SEANSI

    Problem: Şirkətimizin bu ilki gəlirləri çox azaldı, zərər edirik.

    Seans zamanı ortaya atılan bir fikir: Uçan quşlar.

    Beyin Fırtınası: Onlar ətrafda olanlara bir quşun gözləriylə baxarlar... Hər şeyi yuxarıdan daha gözəl bir şəkildə görə bilirlər... Kəskin bir baxışları vardır... Bəzən qanad çırpırlar, bəzən qanad çırpmadan aşağıya doğru süzürlər... Amma bunu çox zərif bir formada yerinə yetirirlər... Çox bacarıqlıdırlar... Ziyan etməzlər... Güclərini qənaətlə istifadə edirlər... Mənzillərinin hara olacağından xəbərdar kimi görünürlər... Amma getdikləri yer çox uzaqdadır... Səfərə yaxşı hazırlaşırlar... Hər cür hava şərtlərinə hazırdırlar... Getdikləri yerə çatacaqlarına ümid edərlər... Düşmənlərini tanıyırlar... Bəzən özlərini əmin-amanlıq içində hiss edirlər... Bəzən yırtıcı heyvanlar arasında... Amma hər zaman ətrafda baş verənlərin fərqindədirlər... Bir yol tapıb uçurlar... Hər gizli hava axınında... küləyə baxmayaraq... ətraf mühitlə müvəffəqiyyətli bir əməkdaşlıq nümayiş etdirərək... Uçmağın sehrindəki möhtəşəmliyi daima qoruyaraq... müvazinəti, nəzarəti və məharəti itirmədən ən yaxşısına nail olurlar...” Gördünüz mü? Bir quşun uçmasından haralara geldik!



    Maneələri dəf edin

    İnsan həyatında bir çox sərhədlər mövcuddur və bu sərhədləri keçmək insana qorxunc və çətin gələ bilər. Həyatımızda fiziki sərhədlər olduğu kimi zehni sərhədlər də vardır. Zehni sərhədlər beyin fırtınasına səbəb olan düşüncəyə mane olur. “Bu daha əvvəllər sınaqdan keçirilmədi, çox zəifəm, icazə verməzlər, bacarmaram, bu qədər mümkündürmü” kimi ifadələr zehindəki sərhədlərə nümunədir. Zehni maneələr dəf edildiyi an qarşımızda qapılar açılır və yepyeni üfüqlər bizi gözləyir. Sərhədi bəzən bir sual ilə də keçə bilərik. Edvard Lend ailəsinin şəkillərini çəkərkən kiçik qızının şəkilləri niyə dərhal görə bilmədikləri ilə maraqlanması hadisəsində olduğu kimi. Var qüvvəmizi istifadə edərək düşünüb dərin təfəkkürlərə qərq olaq. Mükəmməl bir makina kimi yaradılan hüceyrələrimizi, fəzanın sonsuzluğunu, quşları, küləyi..... Beynimizdə fırtınalar meydana gətirək. Nəticədə isə yeniliklər, kəşf edilənlər sizin olsun.



    Think-Tank Düşüncə Klubları

    İnsanların içinə düşdüyü və heç cür çıxa bilmədiyi bu vəziyyətdən xilas ola bilməsi üçün oxuması, düşünməsi, müzakirələr etməsi çox vacibdir. Bütün bunların ola bilməsi üçün də hər şeyin rahatca danışılıb incələndiyi bir cəmiyyətin olması vacibdir.

    Bu gün təhsil, səhiyyə, iqtisadiyyat, siyasət, müdafiə strategiyaları və ətraf mühit kimi həyatın hər sahəsində yeni yanaşmalara, original fikirlərə ehtiyac vardır. Bu da bol-bol beyin fırtınası hadisəsindəki kimi təfəkkür edən gənc və dinamik insanlarla olacaqdır. Bunun bir yolu da hər bir müəssisədə çox alternativli - beyin fırtınalı düşüncə klublarının (Think-Tank) təşkilidir.

    Qərbdə gələcəyə doğru proyektlər irəli sürən bizim dilimizdə tam tərcüməsi “Düşüncə Tankı” olan “Think-Tank” quruluşları isə ölkəmizdə yox deyiləcək qədər azdır. ABŞ-da 3500-ə qədər “think-tank” müəssisəsi vardır. Bunların hər biri ayrı ixtisas sahələrində, siyasətdən ictimai problemlərə, büdcədən mülki müdafiəyə qədər bir çox sahələrdə fəaliyyət göstərirlər.

    Məsələn, bir “think-tank” quruluşu olan Bruklin müəssəsində sadəcə dövlət büdcəsi ilə maraqlanmayıb, büdcənin hazırlanmasına kömək etməkdə və yerinə yetirilməsinə nəzarət etməkdədir. Misirdə belə bir think-tank araşdırma institunun illik büdcəsi 20 milyon dollardır.

    Think-tank klublarını, düşüncənin araşdırılması və təkmilləşdirilməsi müəssisələri kimi qəbul edə bilərik. Məqsəd çox düşünmək və mümkün olduqca çox fikir irəli sürməkdir. Bir baxıma think-tanklar düşüncəsizliyə qarşı bir üsyandır.

    Nəticədə, Ölkəmizdə bir çox mövzuda çox sayda think-tanklara və təbii ki, beyin fırtınaları meydana gətirəcək yeni kəşf və icadlara fon hazırlayacaq gənc nəslə ehtiyac olduğunu qeyd etmək yerinə düşərdi.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jul 2008
    Mesajlar
    4
    Bu Think tank klubları haqqında çoxlu yazılar oxumuşam. Çox faydalı şeydir ictimai analiz və yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi üçün. Lakin təəssüf ki Azərbaycanda belə klublar yoxdur
    Ən doğru yol bildiyin yoldur

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.