2 sonuçtan 1 ile 2 arası

Faydalı Bal

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Faydalı Bal

    Zəfər jurnalı - Türkiyə

    “Rəbbin bal arısına vəhy etdi: Dağlardan, ağaclardan və insanların qurduqları pətəklərdən özünə ev düzəlt! Sonra hər cür məhsuldan ye və Rəbbinin səni müəssər qıldığı yola çıx. Qarınlarından müxtəlif rənglərdə bir şərbət çıxar ki, onda insanlar üçün şəfa vardır. Düşünən insanlar üçün bunda bir ibrət vardır.” (Nahl, 68-69)

    Bal ilə əlaqəli Peyğəmbərimiz (sav) belə buyurmuşdur: “Bal şərbətindən daha üstün bir dərman tapılmaz.” (Əl-Mənavi, Feyzul Qadir, V 454)

    “Böyrək sancısı böyrəkdə sinirdəndir. Hərəkət etdiyi zaman sahibini xəstə edər. Bu xəstəliyi ilıq su və bal şərbəti ilə müalicə edin.” (Hakim, Müstədrək, Tibb IV.405: Heysəmi, Məcmauz Zəvaid, Beyrut 1982, V.87)

    Ənəs bin Malik (ra) isə: “Peyğəmbər (sav) xəstələnəndə, ağzına bir ovuc çörəkotu qoyar. Üstündən də su və ya bal şərbəti içərdi” demişdir. (İbnul Esirr en Nihayə fi Qaribil Hadis vəl Əsər, Məktəbətül İslamiyyə, IV.107; Məcmauz Zəvaid, V.87)

    “Kim hər ay üç gün ac qarnına bal şərbəti içərsə; iflic, cüzam kimi xəstəliklərdən qorunmuş olar.” (Fəthül Qadir, VI 220)

    Bu qədər müxtəlif qıdaların arasında xüsusi olaraq Quranda zikr edilən qidaların digərlərinə görə üstün xüsusiyyətlərə sahib olduğunu düşünməmək mümkündürmü? Beləliklə, bunlardan biri də “bal”dır.

    “Onda insanlar üçün şəfa vardır” bəyanına sahib olan bu dəyərli qida maddəsinin əvvəlcə hansı qida elementlərindən ibarət olduğunu öyrənək:

    Aparılan tədqiqat nəticələrinə görə balda, 17-20% su, 70% ətrafında invert şəkər (fruktoza+qlükoza), 5-10% saxaroz (qənd), 0.1-0.35% arasında da mineral maddə mövcuddur. Bu dəyərlər bal arılarının nektarlarını aldığı çiçəklərin və ya şirəsini aldığı bitkilərin növünə görə az çox fərqlilik göstərməkdədir.

    Balın tərkibi böyük nisbətdə fruktoza, qlükoza, saxaroza ilə sudan ibarətdir. Həzm prosesinə daxil olmadığı üçün qana keçir. Bu səbəblə zəif və iştahsız insanların enerji ehtiyaclarını qarşılamaq üçün çox yaxşı qidadır.

    Balın 40-50 qramı işlətmə dərmandır. 100 qram bal, 300 qram su ilə hazırlana bilər. Yağlar vücudun önəmli enerji ehtiyatıdır. Normal şərtlərdə enerji istehsal etmək üçün yağ və şəkərlər birlikdə yandırılır və belə daha məhsuldar bir enerji meydana gəlir. Şəkər olmadığı zaman yağlar daha səmərəsiz formada yandırılır və asanlıqla yorğunluq meydana gəlir. Bu səbəblə kifayət qədər təbii şəkər alınmalıdır. Qlükoza və fruktoza deyilən iki təbii şəkər xüsusilə balda çox miqdarda mövcuddur.

    Bundan başqa tədqiqatçılar balın zərərli bakteriyaları öldürücü təsirə malik olduğunu da kəşf etdilər. Baldakı “qlukoz oksidaz” fermentinin bakteriya öldürücü olduğu aydın oldu. Arı südü, pensilin və pensilin və xlortetrasklinin təsirinə oxşar təsir göstərir. Bal təbii turşudur. Buna görə bir çox bakteriya üçün zərərlidir.

    Bal, kalsium və fosfor cəhətdən də çox zəngindir. Sümük və dişlərdə möhkəmliyi saxlamaq üçün faydalıdır. Böyümə çağında alınan kalsium və fosfor kifayət deyilsə, sümük və dişlər sağlam olmayıb incə və dözümsüz olurlar. Uşaqların inkişafına və boyun uzanmasına mənfi yöndə təsir edir. Çox kiçik hissəciklər formasındakı kalsium sinir sisteminin taraz çalışmasını təmin edir. Halbuki kalsium çatışmamazlığı olanda, sinirlər gərgin və çox həssas olur. Kifayət qədər kalsium almayan yeniyetmələr, tez-tez hirslənir, tez yorulur və rahat yatmaqda çətinlik çəkirlər. Eyni zamanda, əzələlərdə qıc olmağa səbəb olur.

    Qansızlığın əsas səbəbi dəmir çatışmamazlığıdır. Balın qansızlığın qarşısının alınmasındakı qatqısı da məlumdur.

    O kiçicik heyvanı bizim üçün çalışdıraraq bizə həm qida, həm də dərman olan balı ikram edən Rəbbimiz Quranda belə buyurmaqdadır:

    “Qarınlarından müxtəlif rənglərdə bir şərbət çıxar ki, onda insanlar üçün şəfa vardır. Düşünən insanlar üçün bunda bir ibrət vardır.” (Nahl, 69)

    Arı xüsusilə fərqli bitkilərdən dərman dəyəri olan bir çox maddələri alıb bala qarışdırır. Bu səbəblə müxtəlif bölgə ballarında müxtəlif xəstəliklərə dərman olan ballar hazırlanır.

    Baldan şərbət düzəldilir, onu içmək ishal üçün yaxşıdır. Dörddə bir çay qaşığı duz ilə bir litr bal şərbəti qarışdırılarsa ən gözəl nəticə əldə edilər.

    Bal həzmsiz həll olunduğu üçün asanlıqla qana keçir. Aparılan araşdırma bal şərbətinin saysız-hesabsız faydası olduğunu göstərmişdir.



    Arı südü

    Arı südünün tədqiqatçılar tərəfindən söylənilən faydaları bunlardır:

    - Antibiotik xüsusiyyətinin olması və bəzi bakteriyaları öldürməsi,

    - Bəzi mikroblu xəstəliklərdə vücudu qüvvətləndirməsi,

    - Bəzi şiş xəstəliklərində sağalmağa kömək etməsi,

    - Şəkər xəstəliyində faydalı olması,

    - Böcək növündə ömrü uzatması,

    - Qandakı xolestrol miqdarını azaltması,

    - Unutqanlığı düzəltməsi,

    - Revmatizma xəstəliklərində istifadə edilə bilməsi,

    - Mədə və on iki barmaq bağırsaq yazvasını yaxşılaşdırması,

    - İştahsızlıq və qansızlıq hallarında faydalı olması
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Sep 2008
    Yer
    Buralar
    Mesajlar
    2
    Yaxşı yazıdır. Mənim arı südü və arıçılıq məhsulları barədə, onların müalicəvi xüsusiyyətləri barədə (apiterapiya) yazmişam.
    Burada arıların məhsulu olan Güləm barədə yazamaq istəyərdim:
    GÜLƏM NƏDİR ?Güləm arılar tərəfindən emal olunmuş çiçək tozcuğudur. Rəngi sarıdan tünd qəhvəyiyə qədər dəyişir, konsistensiyası ovulan, yumşaqdır, dadı turşaşirin,xoşagələndir.

    Hər bir çiçəyin mərkəzində erkəkcik və dişicik yerləşir. Onların sayı çiçəyin aid olduğu fəsilədən, növündən və s. asılıdır. Tozcuq erkəkciyin üzərində olur. Arı bu tozcuqları toplayaraq öz ayağında yuvaya gətirir. Yuvada digər arılar həmin tozcuğu ağız aparatları vasitəsilə emal edirlər

    və 6-bucaqlı hücrələrə yığırlar. Güləm artıq hazırdır. Bu güləm arıçılar tərəfindən götürülür və istifadə olunur.


    Güləmin tərkibi: Güləmin tərkibində 200-dən artıq insan orqanizmi üçün vacib maddələr, 50-dən artıq bioloji aktiv maddələr vardir. Güləm aminturşularla(həm əvəzolunan həm də əvəzolunmayan) zəngindir. 20 qr güləmdəki proteinin miqdarı 1 kq ətdəki proteinə bərabərdir. Beləliklə güləmin tərkibinə daxildir:
    Zülallar, yağlar, karbohidratlar,
    Vitaminlər: A, B1, B2,B3, B6, C, PP, E, K
    Mikroelementlər: Ca, P, Mg, Zn, I, Fe, Cu, Co, S, Na, Al, Mn, Ba, Ag, Cr, St, Au və s.
    Fol və pantoten turşusu, rutin, bir çox fermentlər və s. bioloji aktiv maddələr(BAM).
    Güləmin farmakoloji xüsusiyyətləri:

    · Antisklerotik;

    · Antioksidant;

    · Antibakterial, virusəleyhinə, göbələkəleyhinə;

    · Libidonu artırır;

    · Ümumi gücləndirici;

    · Iltihabəleyhinə;

    · Cavanlaşdırıcı;

    · Orqanların və toxumaların inkişafını stimullaşdırır;

    · Qaraciyər toxumasının fəaliyyətini bərpa edir;

    · Qanı durulaşdırır;

    · Qanda xolesterinin miqdarını azaldır;

    · Ürək-damar sisteminin fəaliyyətini normallaşdırır;

    · Arterial təzyiqi normallaşdırır;

    · Həzm prosesini normallaşdırır;

    · Yaddaşı yaxşılaşdırır;

    · Görməni yaxşılaşdırır;

    · Çəkini artırır;

    · Orqanizmin davamiyyətini artırır, immuniteti artırır;

    · Iştahanı artırır Guləm ən çox hansı xəstəliklərdə tövsiyə olunur:

    · Anemiya(qanazlığı);

    · Uşaqlarda hipotrofiyalar(arıqlama, zəiflik, inkişafdan qalma);

    · Ürəyin işemik xəstəliyi;

    · Hipertoniya;

    · Hipotoniya;

    · Vərəmdə;

    · Kişi sonsuzluğu;

    · Trombozlara meyllilik;

    · Qastritlər;

    · Hamiləlik;

    · Hipo- və avitaminozlar;

    · Maddələr mübadiləsinin pozulması

    · Klimakterik sindrom;

    · Vegetativ nevrozlar və s.

    Əks göstərişlər:

    Güləmə qarşı allergiya;
    Qan laxtalanmasının az olması; qanaxmalara meyllilik;
    Xoş və bədxassəli şişlər zamanı;
    Güləmin qəbul qaydası:Güləm təmiz şəkildə, 1:2, 1:1 nisbətində balla qarışdırılmış şəkildə istifadə oluna bilər.Daha çox balla qarışdırılmış şəkildə tətbiq olunur. Gündə 3 dəfə yeməkdən yarımsaat qabaq 1 çay qaşığı daxilə qəbula olunur. Ağızda saxlayıb əritmək məsləhətdir.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.