Bəzən bütün problemlərimizi, dərd-sərimizi yemək masasına saxlayırıq.

Yeməyə başlayan kimi danışmaq, nəyisə həll etmək düşür yadımıza. Halbuki yemək yeyərkən söhbət etmək, yaxud danışmaq ziyandır. Yeməyi tələsə-tələsə, sürətlə yemək və ya danışmaq daha çox hava udmağımıza səbəb olur ki, bu da mədə-bağırsaq sancılarına gətirib çıxarır.
Ümumiyyətlə, ağır bir yeməkdən sonra meydana çıxan köp sancılarına qarşı istifadə etdiyimiz dərmanların müsbət təsirləri olduğu kimi, mənfi təsirləri də az deyil. Belə ki, həmin dərmanlar şəkər və digər xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də ən çox qidalanma zamanı problem ortaya çıxır.
Hərəkətsiz həyat tərzi, qidalanmadan irəli gələn allergik xəstəliklər, siqaret və alkoqollu içkilərdən istifadə etmək, mədə-bağırsaq infeksiyaları, həzm pozğunluğu, mədə yarası kimi xəstəliklər zamanı da sancılar ortaya çıxır.
Şəkər xəstəliyi mədənin şişməsinə, stress, kədər kimi psixoloji hallar isə qaz sancılarına gətirib çıxarır. Yeri gəlmişkən, soyuqdəymə də bütün orqanizmə təsir etdiyi üçün qarındakı təzyiqi artıraraq, sancıya və gərginliyə səbəb olur.