2 sonuçtan 1 ile 2 arası

Elektron siqaret zərərlidirmi?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.711

    Elektron siqaret zərərlidirmi?

    Bəziləri fikirləşir ki elektron siqaret sağlamlığa zərər vermir. Amma bu həqiqətdə belə deyil.

    Əvvəla, onu qeyd edək ki, satış rəqəmlərinə görə, dünyada e-siqaret çəkənlərin sayı sürətlə artmaqdadır.

    “Action on Smoking and Health” adlanan Britaniya xeyriyyə təşkilatı bu yaxınlarda keçirdiyi araşdırmada aydınlaşdırıb ki, 2010-cu ildən 2012-ci ilə qədər bu ölkədə e-siqaret çəkənlərin sayı 2 dəfədən çox artıb – 9 faizdən 22 faizə qalxıb.

    Məlum olub ki, e-siqaret çəkənlərin hamısı əvvəllər adi siqaret çəkən olublar və onların 40 faizi hesab edir ki, e-siqaretə keçməklə, tütünün sağlamlığa vurduğu ziyandan can qurtarıblar.

    Tütün xərçəng xəstəliyinə tutulma ehtimalını artırır - tüstüylə birlikdə ağciyərə zəhərli maddələrin dolması səbəbindən.

    Bəs e-siqaretlərin sağlamlığa hansısa ziyanı varmı?

    “Action on Smoking and Health”in araşdırmaçısı Amanda Sandford deyir e-siqaret heç də tam zərərsiz deyil. Çünki e-siqaretlərdə də nikotin var:

    “İnsanı siqaret aludəçisi edən nikotindir. Amma siqaret çəkənlərin sağlamlığına əsas ziyanı nikotin yox, tütün tüstüsünün ciyərlərə çəkilməsi vurur. Elektron siqaretdə isə tütün tüstüsü yoxdur, insan sadəcə, nikotin qəbul edir. Tütünün tərkibindən ayrılanda və ayrıca olaraq qəbul ediləndə nikotin nisbətən ziyansızdır”.

    E-siqaretdə kiçik batareya maye nikotini qızdırıb tüstüləndirir. Həmin tüstüdə qoxu yaratmaq üçün propilen-qlikol maddəsi də var.

    Sandford deyir ki, e-siqaretlər Britaniyaya yeni gəldiyi üçün onların sağlamlığa necə ​​təsir etdiyini müəyyənləşdirmək çətindir, bu, vaxt tələb edir.

    Suallardan biri də budur ki, e-siqaretin sağlamlığa ziyansız olduğunu düşünən adamlar onu adi siqaretlə müqayisədə daha çox çəkməyəcəklər ki? Və nikotinin belə çox qəbulu onların orqanizminə necə təsir edəcək?

    Bundan başqa e-siqaretlər əsasən Çin və başqa Asiya ölkələrində istehsal edildiyi üçün onların istehsal prosesinin nə dərəcədə standartlara uyğun olması məsələsi də açıq qalır.

    Xüsusən də e-siqaretdəki nikotinin miqdarı və qoxu yaradılması üçün istifadə edilən maddələrin tərkibi ilə bağlı.

  2. #2
    Senior Member Regina - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2013
    Yer
    Deep Cove, Beautiful
    Mesajlar
    133
    daha bilmirler ne icad etsinler.elektron sigaret satiwa cixsin gorerik

Benzer Konular

  1. Elektron El Terezisi
    By rufat1987 in forum Məişət Əşyaları
    Cevaplar: 1
    Son Mesaj: 11-13-2011, 12:15 PM
  2. İslamda siqaret haramdımı?
    By dalgalar in forum Mənəviyyat
    Cevaplar: 6
    Son Mesaj: 09-01-2011, 08:55 PM
  3. 4 yaşındakı siqaret istifadəçisi
    By _ultrAslan_ in forum Maraqlı Xəbərlər
    Cevaplar: 1
    Son Mesaj: 04-30-2010, 08:15 PM
  4. Bir qutu siqaret=15 il itgi
    By AgLaYaN_BuLuD in forum Sağlamlıq - Səhiyyə - Tibb
    Cevaplar: 0
    Son Mesaj: 10-08-2009, 01:22 PM
  5. Sadəcə, siqaret çəkirəm" ROYA
    By mahsum_ in forum Şou Biznes
    Cevaplar: 0
    Son Mesaj: 12-09-2007, 11:24 PM

Bu Konudaki Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.