Sayfa 2/3 İlkİlk 123 SonSon
23 sonuçtan 11 ile 20 arası

Plastik-estetik cerrahiye. Rinoplastika.

  1. #11
    Junior Member
    Üyelik tarihi
    Aug 2012
    Mesajlar
    18

    Re: Plastik-estetik cerrahiye. Rinoplastika.

    Alıntı Azerbaycanli Nickli Üyeden Alıntı
    Doğrudur. Bezen hekimler özü meslehet görür plastik cerrahiye emeliyyatını.
    aha...

  2. #12
    Junior Member
    Üyelik tarihi
    Aug 2012
    Mesajlar
    18

    Re: Plastik-estetik cerrahiye. Rinoplastika.

    cox teessuf ki hec kes aktiv deyil

  3. #13
    Junior Member
    Üyelik tarihi
    Jan 2011
    Mesajlar
    27

    Re: Plastik-estetik cerrahiye. Rinoplastika.

    Alıntı ejik_s Nickli Üyeden Alıntı
    cox teessuf ki hec kes aktiv deyil
    neden danishaq?
    men burnumu kesdirmek isteyirem.fesadlari nece olur? qiymeti neciyedi?emeliyyat ugurlu olur?

  4. #14
    Junior Member
    Üyelik tarihi
    Aug 2012
    Mesajlar
    18

    Re: Plastik-estetik cerrahiye. Rinoplastika.

    Burun üzün tam ortasında olan və ən çox diqqəti çəkən orqanlarımızdan biridir. Bir adamın üzünə baxıldığında görülməsi istənilən prioritetli olaraq göz və göz ətrafıdır. Onu daha sonra dodaqlar, ağız və üzün ümumi xəttləri izləməlidir.Əgər adamın üzünə baxdığmızda gözümüzə ilk çarpan üz xəttləri ilə uyumsuz daha böyük ya da daha kiçik bir burun isə o zaman gözəllik mövzusunda beynimiz bizə siqnallar göndərməyə başlayacaq. Bu qarşıdakı insanın gözəllik mövzusunda istənilən normalarda olmadığının bir göstəricisidir.Burun bir tərəfdən də bədənimizdəki ən əhəmiyyətli duyğu orqanlarından biridir. Işləyişi və funksional xüsusiyyətləri baxımında həyati bir orqanımızdır. Həm nəfəs almamızı həm də qoxu bilməmizi təmin etməkdədir.
    Estetik mənasında gözə xoş gəlməyən və üz xəttləri ilə uyğun olmayan bir burun sahibi olan adamda özünə olan güvən baximindan qayğılar meydana gəlməyə başlayır .. İkili əlaqələrin zəiflədiyi belə vəziyyətlərdə insan hər zaman qarşıdakı adamın onun burnuna baxdığını və ona gözəl görünmədiyini düşünür. Sosyal ətrafdan uzaqlaşır bu da adamda psixoloji olaraq problemlər yaradır.
    Burun estetiyi əməliyyatları ölkəmizdə ən sıx edilən cərrahi əməliyyatlardan biridir .. Həm kişilər həm də qadınlar tərəfindən istənilən bir əməliyyatdır. Olduqca gözəl nəticələr verən bir əməliyyatdır.Burun estetiyi əməliyyatlarında burun böyütmə, burun kiçiltmə, burun ucu düzəltmə, burun kürəyi bölgəsindəki qövslər düzəldilməsi, burundakı sümük əyriliyinin düzəldilməsi, burun dəliklərinin daraldılması, nəfəs alıb vermə problemlərinin aradan qaldırılması və s. tətbiq edilir.
    Burun estetiyi əməliyyatları sonrasında burnunuzun üz xəttləri ilə mütənasib mövqeyə gətirilməsi, əyriliyin düzəldilməsi, rahat nəfəs alıb verə bilmə problemlərinin aradan qaldırılması ilə özünüzü çox daha sağlam və gözəl hiss edəcəksiniz. Psixoloji vəziyyətiniz yaxşılaşacaqdır.

  5. #15
    Junior Member
    Üyelik tarihi
    Aug 2012
    Mesajlar
    18

    Re: Plastik-estetik cerrahiye. Rinoplastika.

    Burun estetiyi əməliyyatından əvvəl burun estetik əməliyyatına nə üçün ehtiyac hiss etdiyinizi və bu əməliyyatdan gözləmələrinizi fikirləşmənizdə fayda vardır. Siz həqiqətən burun estetiyi əməliyyatı olmalısınız mı? Burun estetiyi əməliyyatı sizin üçün olmazsa olmazlarınızdandırmı? Burun estetiyi əməliyyat sonrasında ətrafınızın reaksiyası necə olacaq? və s. bir çox sualı özünüzə soruşa bilərsiniz. Əgər bu suallara vermiş olduğunuz cavablar sizə qənaətbəxş gəlirsə və qətiliklə əməliyyat olmanız şərtsə əməliyyata üz tutmağınızda bir qorxu yoxdur ..

    Burun estetiyi əməliyyatlarında həkim seçimi çox əhəmiyyətlidir .Bu səbəbdən ötəri təkcə bir həkimə deyil birdən çox həkimlə məsləhətləşmənizdə və sizə hansı ən yaxın və ən professional hansı gəlirsə onu seçin.Həkiminiz ilə əməliyyatdan əvvəl danışmağınız, ikitərəfli anlayış çox əhəmiyyətlidir. O sizin nə istədiyinizi bilməli; sizdə özünüzü mümkün qədər həkiminizə izah etməlisiniz. Siz nə istədiyinizdən tam olaraq əmin olmalısınız.
    Bu əməliyyatın sizə nələr gətirə biləcəyini bilməniz çox əhəmiyyətlidir. Burun estetiyi əməliyyatları sonrasında mükəmməl bir buruna sahib olacağam, çox gözəl olacağam, hər kəs mənə heyran qalacaq şəklində düşüncələriniz varsa prioritetli olaraq həkiminiz sizin psixoloji bir müalicə almanızı istəyəcək. Burun estetiyi əməliyyatları sizi mükəmməli bir gözəlliyə çatdıran deyil mövcud olanı yaxşılaşdıran köhnəsinə nisbətdə daha estetik və funksional olaraq daha yaxşı işləyən bir buruna çatdırmaqdır ..
    Burun estetiyi əməliyyatları inkişaf çağı sonrası edilən bir əməliyyatdır. Bu əməliyyatın erkən yaş aralığı 16-17 yaş arasıdır.Ümumiyyətlə həkiminizin sizi müalicə etdikdən sonra ala biləcəyi bir qərardır .Unudulmaması lazım olan ən əhəmiyyətli şey isə bunu xəstənin ailəsi deyil özünün istəməsidir.

  6. #16
    Junior Member
    Üyelik tarihi
    Aug 2012
    Mesajlar
    18

    Re: Plastik-estetik cerrahiye. Rinoplastika.

    Burun estetiyi əməliyyatlarında həkim seçimi çox əhəmiyyətlidir .Bu səbəbdən ötəri təkcə bir həkimə deyil birdən çox həkimlə məsləhətləşmənizdə və sizə hansı ən yaxın və ən professional hansı gəlirsə onu seçin.Həkiminiz ilə əməliyyatdan əvvəl danışmağınız, ikitərəfli anlayış çox əhəmiyyətlidir. O sizin nə istədiyinizi bilməli; sizdə özünüzü mümkün qədər həkiminizə izah etməlisiniz. Siz nə istədiyinizdən tam olaraq əmin olmalısınız.
    Bu əməliyyatın sizə nələr gətirə biləcəyini bilməniz çox əhəmiyyətlidir. Burun estetiyi əməliyyatları sonrasında mükəmməl bir buruna sahib olacağam, çox gözəl olacağam, hər kəs mənə heyran qalacaq şəklində düşüncələriniz varsa prioritetli olaraq həkiminiz sizin psixoloji bir müalicə almanızı istəyəcək. Burun estetiyi əməliyyatları sizi mükəmməli bir gözəlliyə çatdıran deyil mövcud olanı yaxşılaşdıran köhnəsinə nisbətdə daha estetik və funksional olaraq daha yaxşı işləyən bir buruna çatdırmaqdır ..
    Burun estetiyi əməliyyatları inkişaf çağı sonrası edilən bir əməliyyatdır. Bu əməliyyatın erkən yaş aralığı 16-17 yaş arasıdır.Ümumiyyətlə həkiminizin sizi müalicə etdikdən sonra ala biləcəyi bir qərardır .Unudulmaması lazım olan ən əhəmiyyətli şey isə bunu xəstənin ailəsi deyil özünün istəməsidir.



    Burun estetiyi əməliyyatı olmamışdan əvvəl həkiminiz ilə söhbətiniz əməliyyatın planlanmasını, əməliyyatın nəticəsinin necə olacağını təyin edəcək.
    Həkiminiz ilə söhbətdə həkiminizdən heç bir şey gizləməməlisiniz. Daha əvvəl keçirmiş olduğunuz əməliyyatlar, istifadə etdiyiniz dərmanlar,sağlamlıq problemləriniz və bu problemlərin şiddəti, istifadədə olduğunuz vərdişləriniz (siqaret və s.) bütün bunları həkiminizə bildirməlisiniz. Həkim nəzarəti altında əməliyyat əvvəlində və sonrasında bu vəziyyətlərə davam edəcəksiniz .
    Həkiminizdən bu mərhələdə arzu etdiyiniz hər şeyi soruşa bilərsiniz. Həkiminiz sizin əməliyyat planlamanızı edərkən əməliyyat əvvəlində nələr edəcəyinizi, yanınızda nələri gətirib nələri gətirməyəcəyinizi, əməliyyatın neçədə olacağını, neçə saat davam edəcəyini və s. hər şeyi izah edəcək fotoşəkillərinizi çəkəcək və rəqəmsal mühitdə əməliyyat əvvəli və sonrasında burnunuzun necə bir şəklə sahib olacağını sizə göstərəcək. Siz də bu fotoşəkillər üzərindən həm burun əməliyyatı sonrasında necə bir buruna və üz quruluşuna sahib olacağınızı görəcək bu fotoşəkillər üzərindən nə istədiyinizi həkiminizə daha yaxşı izah edəcəksiniz. Rəsimləriniz edilərkən fotoşəkillər üzərində siz də müdaxilə edərək həkiminizə özünüzü daha yaxşı izah etmə fürsəti tapacaqsınız.

    Əməliyyat planlaşdırılması əməliyyatın başlanğıcı, əməliyyat və əməliyyat sonrakı dövr üçün olduqca lazımlı bir tətbiqdir.

  7. #17
    Junior Member
    Üyelik tarihi
    Aug 2012
    Mesajlar
    18

    Re: Plastik-estetik cerrahiye. Rinoplastika.

    Burun estetiyi əməliyyatı xəstəxana mühitində ümumi ansteziya altında yatırdılaraq edilməsi lazım olan bir cərrahi əməliyyatdır. Burun estetiyi əməliyyatları bəzi hallarda xüsusilə sümük üzərində bir əməliyyat edilməyən vəziyyətlərdə lokal anesteziya altında da tətbiq oluna bilməkdədir.
    Burun estetiyi əməliyyatları 1-2 saat aralığında olan estetik əməliyyatlardır .. Burun estetiyi əməliyyatlarında açıq və ya bağlı texnika tətbiq edilir. Bu texnikaların xəstə baxımından bir əhəmiyyəti yoxdur. Yaxşı edildiyində hansı üsulun tətbiq olunduğunun çox əhəmiyyəti yoxdur .. Açıq texnikada burun dərisi, sümük və qığırdaq damından ayrılacaq.
    Burunda mövcud olan çətinliklər aradan qaldırıldıqdan sonra son yaradılan dəri, damın üzərinə adaptasiya ediləcək. Açıq texnika və bağlı texnikaların bir-birindən çox da fərqi yoxdur. Biri görərək edilən digəri isə görmədən burun içərisindən çalışılan əməliyyatlardır ..
    Burun estetiyi əməliyyatı qurtardıqdan sonra burun üzərinə burnun son şəklini qorumasını təmin edən termoplastik bir gips tətbiq edilir. Həkiminiz tərəfindən buruna tətbiq olunan tamponlar əməliyyatdan 1 ve ya 2 gün sonra çıxarılır.(bəzən 1 həftə)

  8. #18
    Junior Member
    Üyelik tarihi
    Aug 2012
    Mesajlar
    18

    Re: Plastik-estetik cerrahiye. Rinoplastika.

    Burun estetiyi əməliyyatı sonrasındakı ilk gün ümumiyyətlə rahat və ağrısız keçir .Əməliyyatın təsiri ilə baş ağrıları ola bilər.Həkiminizin təklif etdiyi sadə ağrı kəsici dərmanlarla bu vəziyyəti aradan qaldıra bilərsiniz. Həkiminiz əməliyyatın ardından ilk gün axşam sizə burun üzərinə və ətrafına soyuq kompres tətbiq edəcək və başınızı daim yuxarıda tutmanızı istəyəcək .. Yatarkən də başınız yüksəkdə yatacaqsınız.
    Ümumi olaraq burun estetiyi əməliyyatlarında çox dərəcədə göyərmə olmur. Amma yenə də dəri quruluşuna bağlı olaraq göyərmələr və şişmələr meydana gələ bilməkdədir. Əməliyyatdan sonra 2. ya da 3. gündə göyərmələr və yüngül şişmələr meydana gələ bilər. Bu şişkinliklər və göyərmələr ilk həftənin sonunda sona çatar. Daha sonra burun və ətrafında olan kiçik şişmələr 6 ay qədər bir müddətə yaxşılaşacaqdır.
    Burun estetiyi əməliyyatının ardından ilk bir neçə gün burnunuzdan kiçik sızıntılar gələ bilər. Bu vəziyyətləri çaxnaşma etmədən həkiminizə bildirə bilərsiniz. Bu axıntıların gəlməsi normal qarşılanır.Bir neçə həftəyə qədər burnunuzdan tıxanıqlıqlar olacaq ..
    Burun estetiyi əməliyyatından bir həftə sonra ediləcək olan müalicədə burun üzərindəki ateller alınacaq bunu taxıban ikinci həftənin sonunda isə plastr çıxarılıb, burun tamamilə açıq buraxılacaq.
    Burun estetiyi əməliyyatından sonrasında gündəlik fəaliyyətinizə, işinizə 1 həftə içərisində geri dönə bilərsiniz. Lakin burnunuzu qorumalı və ağır işlərdən uzaq durulmalıdır. Ağır və idman fəaliyyətinizə davam edə bilməniz bir neçə həftə sonra olacaq. Cərrahınızın son müalicəsindən sonra nə vaxt normal həyatınıza və idman həyatınıza dönə biləcəyinizi həkiminizin icazəsi ilə edə biləcəksiniz. Makiyaj tətbiqlərinizi ilk günlərdən sonra edə bilərsiniz.
    Eynəyə iki ay qədər ara vermənizdə fayda vardır. Həkiminiz sizin eynək istifadə etmənizi iki aya qədər qadağan edəcəkdir.
    Burun estetiyi əməliyyatı sonrasındakı ilk günlərdə üzünüzdə var olan bənövşəyiliklərə və şişliklərə görə özünüzü pis hiss etməniz və gözəllik anlayışından biraz uzaq olmanız normaldır. Bu vəziyyət sizin canınızı sıxmış olacaq lakin bu vəziyyətin keçici bir vəziyyət olduğunu bilməniz sizin içinizi rahatlaşdıracaq. Günlər keçdikcə burnunuzun yeni görünüşü ortaya çıxacaq və sizin əhvalınız yerinə gələcəkdir.
    Burun estetiyi əməliyyatları təcrübəli estetik cərrahlar tərəfindən tətbiq olduqda gözəl və estetik nəticələr alınacaq.

  9. #19
    Junior Member
    Üyelik tarihi
    Aug 2012
    Mesajlar
    18

    Re: Plastik-estetik cerrahiye. Rinoplastika.

    Əməliyyatdan sonrakı günlərdə üzünüz şişkin və bərəlmişkən, daha yaxşı görünəcəyinizi və gözəlləşəcəyinizi unutmaq asandır. Estetik əməliyyatdan sonra xəstələrin çoxu bir müddət özünü yaxşı hiss etmir, bu olduqca normal bir vəziyyətdir. Bir qrup xəstə isə, bu mərhələnin keçəcəyindən əmin olur. Günbəgün burnunuz daha gözəl görünməyə başlayacaq və əhvali-ruhiyyəniz getdikcə yüksələcəkdir. Bir və ya iki həftə sonra artıq yeni əməliyyat olmuş kimi görünməyəcəksiniz. Ancaq sağalma, hələ də yavaş və pilləli olaraq inkişaf edən bir prosesdir.

    Xüsusilə, burnun ucunda olmaqla, bəzi çox az şişkinliklər bəlkə aylar boyunca davam edəcəkdir. Estetik burun əməliyyatının əsl nəticəsi bəlkə də bir il və ya daha uzun müddət ərzində meydana çıxmayacaqdır.

    Əvvəl ailəniz və ya ətrafınızdakı insanlardan gözləmədiyiniz reaksiyalar ala bilərsiniz. Burnunuzda bir dəyişiklik görmədiklərini söyləyə bilərlər. Və ya xüsusilə ailəvi və ya etnik bir xüsusiyyət olaraq gördükləri bir şeyi dəyişdirdiyiniz üçün bir az narahat olmuş ola bilərlər. Əgər bu olsa, ilk anda niyə bu əməliyyata qərar verdiyinizi yadınıza salın. Əgər məqsədinizə çatmısınızsa, demeli əməliyyatınız müvəffəqiyyətli olmuşdur.

  10. #20
    Junior Member
    Üyelik tarihi
    Aug 2012
    Mesajlar
    18

    Re: Plastik-estetik cerrahiye. Rinoplastika.

    Burun əməliyyatınızdan sonra sağalma müddəti zaman və səbr istəyir. Əməliyyatdan sonra bu prosesdə aktiv olaraq iştirakınız, əməliyyat qədər əhəmiyyət daşıyır.

    Aşağıdakı məsləhətlərə riayət edin.
    Anlamadığınız mövzuları həkiminizdən soruşmaqdan çəkinməyin.

    1.Burnunuzun içində tamponlar olduğuna görə burnunuzdan nəfəs almanız çətinləşə bilər. Bu müddət ərzində ağzınızdan nəfəs almalısınız. Tamponların burnunuzda qalma müddətini həkiminiz müəyyənləşdirəcəkdir.

    2. Kifayət qədər maye qəbul etməyiniz çox əhəmiyyətlidir. Qurtum-qurtum içəcəyiniz meyvə suyu, su və yüngül içkilər ağızdan nəfəs almanın nəticəsində yaranan ağız quruluğunu yüngülləşdirməyə kömək edəcəkdir. Yumşaq və asan çeynənə bilən qidalar yeyin. Dodaqlarınızı nəm tutmaq üçün qel və ya dodaq kremlərindən istifadə edin.

    3. Sadəcə həkiminiz tərəfindən verilən dərmanlardan istifadə edin. Aspirin və ya tərkibində aspirin olan dərmanlardan və qanın laxtalanmasını yavaşladan dərmanlardan istifadə etməyin.
    4. Burnunuzda sarğılar varsa, yatarkən və istirahət edərkən başınızı, altına ən az iki yastıq qoyaraq yüksəkdə tutun. Mümkün olduğu qədər gün boyunca başınızı dik tutmağa çalışın; bu, normal qan dövranını qoruyacaq və əməliyyatdan sonra yaranan şişkinliyin azalmasına kömək edəcəkdir.
    5. Burnunuzdan bir az sızıntı olması gözlənilən bir şeydir. Bu çəhrayı / açık qırmızı rengli olacaqdır, lakin qan gəlməyə davam edirsə, telefonla həkiminizə bildirməlisiniz.

    6. Əməliyyatdan çıxdığınız zaman, burnunuzun üzərində iki qat plaster və bir gibs atel olacaqdır. Bunlar burnunuza forma vermək qədər burnunuzun qorunması üçün də çox əhəmiyyətlidir. Bu sarğılara toxumnayın və açmayın; onlar bir həftə ərzində həkiminiz tərəfindən açılmalıdır.

    7. Burnunuzun altındakı kiçik tampon, lazım gəldiyi zaman dəyişdirilə bilər (və ya heç bir qanaxma yoxdursa çıxarılıb atıla bilər).

    8. Burun dəliklərinizi ovalamayın və ya burun silməyə çalışmayın. “Əllərini burnundan uzaq tut” – sizin üçün bir qayda olmalıdır. Burnunuzu heç yerə vurmamağa çalışın. Öndən düymələnən paltarlar geyinin. Boğazlı geyimlərdən uzaq durun.


    9. Dişlərinizi diqqətlə fırçalayın və sadəcə yumşaq bir diş fırçasından istifadə edin. Dodaqlarınızı büzməyin və ya üst dodağınızı lazım olduğundan daha yuxarıya doğru qaldırmağa çalışmayın.
    10. Əməliyyatdan sonrakı iki həftə ərzində gücənməkdən, əyilməkdən, ağır şeylər qaldırmaqdan (xüsusilə də kiçik uşaqlarınızı), yorucu idman hərəkətlərindən uzaq durun.


    11. Əməliyyatdan sonrakı bir ay müddətində günəş işıqlarına məruz qalmaqdan uzaq durun.

    12. Burnunuzun ətrafındakı sarğılar çıxarıldığı zaman ətraf toxumalarda bir az şişkinlik və rəng dəyişikliyi hiss edəcəksiniz. Burnunuz şiş və ucu yuxarı dönmüş görünə bilər. Bu vaxt keçdikcə özü-özünə düzələcəkdir.
    13. Burnunuzun ucunda və bəzən də üst dodağınızda keyimə hiss edə bilərsiniz. Bu bir neçə həftə ərzində yox olacaqdır.

    14. Tamponlar çıxarıldıqdan sonra burnunuzu diqqətlə gündə 2-3 dəfə qulaq təmizləmə çubuğu ilə məişət suyundan istifadə edərək təmizləyə bilərsiniz. Qulaq təmizləmə çubuğunu burun dəliyinizdən yuxarıya doğru salmayın.

    15. Tamponlar alındıqdan sonra belə, burnunuz tıxanmış vəziyyətdə olacaqdır. Bu, toxumaların cərrahi müdaxiləyə normal reaksiyasıdır. Bir həftə ərzində burnunuzu boşaltmağa çalışmayın. Asqırmaq, burnunuzu təmizləmək məcburiyyətində qaldığınız zaman hər iki burun dəliyiniz açıq olmaq şərtilə diqqətlə edə bilərsiniz. Burun spreyləri və ya damcılarından istifadə etməyin. Əgər asqırmaq məcburiyyətində qalsanız, ağzı açıq asqırın.
    16. Əməliyyat boyunca almış olduğunuz sakitləşdirici və ya anesteziya dərmanlarının istifadəsindən sonra yorğunluq və zəiflik çox tez-tez görülür. Bir və ya bir neçə gün ərzində özünüzü daha güclü hiss edəcəksiniz. Bəzən də yuxusuzluq ola bilər. Bunun qarşısını almaq üçün ilk həftə boyunca sizə yuxu dərmanı da verilə bilər.

    17. Əməliyyatdan 12-36 saat sonra görülən depressiya, heç də nadir rastlanan bir hadisə deyil. Burnunuzun əməliyyatdan sonrakı ilk görünüşü sizi yanılda bilər. Səbrli və realist olmalısınız, bunu unutmayın. Eyni zamanda, unutmayın ki, burnunuz cərrahi müdaxiləyə məruz qaldı və zaman keçdikcə düzəlib daha yaxşı olacaqdır. Burnunuzun tamamilə sağalması 6-12 aylıq bir müddətdə tamamlana bilər.

    18. Sarğılar alındıqdan sonra normal iş həyatınıza dönə bilərsiniz (bu qayda işinizin növü ilə əlaqədar olaraq dəyişə də bilər). Kiçik yaraların gizlənməsinə kömək etmək üçün makiyajdan istifadə edilə bilər.
    19. Əməliyyatdan sonra həkimin çağırdığı müayinələrin hamısına gəldiyinizdən əmin olun. Bunlar, həkiminizin sağalmağınızı və burnunuzdakı dəyişiklikləri müşahidə altında tuta bilməsi və burnunuzun görünüşündəki dəyişiklikləri qiymətləndirmək üçün əməliyyatdan sonra çəkiləcək olan şəkillər üçün lazimlıdır. Əməliyyatdan sonrakı müayinələr əsasən 1 həftə, 1 ay, 3 ay və 6 ay sonraya təyin edilir.

    20. Əməliyyatdan sonra məcbur qalmadığınız müddət ərzində iki ay eynəkdən istifadə etməyin. Eynəklər sadəcə gibs atel yerində olduğu zaman taxıla bilər. Bu dövrdən sonra bir hissə bant ilə alnınıza asılmalıdır. Bunu necə etməli olduğunuz haqqında sizə məlumat veriləcəkdir.

Sayfa 2/3 İlkİlk 123 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.