Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində İSİM-də fəaliyyət göstərən"Diabet məktəbi"ndə 2012-ci il 16-20 aprel tarixlərində şəkərli diabet xəstələri üçün və 23-27 aprel tarixlərində isə risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir.
Həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır.

Arzu edənlər aşağıdakı ünvana müraciət edə bilərlər:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzi
Bakı ş., H.Zərdabi küç., 96 (20 Yanvar Metrosu, keçmiş Ailə və Sağlamlıq Mərkəzinin binası)
Əlaqə tel.:
(012) 430-1028
(012) 431-6261
(012) 496-9235