"Fujifilm" şirkəti süd vəzisi xərçənginin diaqnostikasını asanlaşdıracaq inqilabi "Real 3D Mammograph" aparatını istehsal edib. Qurğu əldə olunan rentgen çəilişlərini 3D formatında təqdim etməyə imkan verir. Məhz bu texnologiya həkimlərə pasiyentlərin süd vəzilərinin anatomik strukturunu daha dəqiq tədqiq etməyə imkan verəcək. Hazırda istifadə olunan 2D
mammoqraflar yüksək dəqiq diaqnoz qoymağa imkan vermir.

Sistem 118 000 dollar dəyərində qiymətləndirilir. Sistem süd vəzi xərçəngini aşkara çıxaran "Fujifilm Amulet" rəqəmsal rentgen kamerasının iş prinsipinə əsaslanır .

X-Ray kamera fərqli bucaqlardan iki çəkiliş aparır. Əldə olunmuş şəkillər xüsusi LCD monitorda əks olunur. Şəkillərə polyarlaşmış eynək vasitəsilə baxmaq mümkün olacaq. Xüsusi monitor iki LCD ekrandan və yarımşəffaf güzgüdən ibarətdir.

Ənənəvi mammoqraflar kimi bu model də özünəməxsus radiasiya sahəsinə malikdir. Şəkillərin qəbulu və emalı texnologiyası radiyasiyanı 30-50% artırır. Lakin bu risk ənənəvi mammoqrafların səhv diaqnozunun nəticələri yanında elə də böyük sayıla bilməz.