Südəmər uşağın əsas yeməyi ana südüdür. Ana südü tərkibcə inək, qoyun, keçi südündən fərqlənir ( ana südündə olan yağlar, inək südündə və başqa südlərdə olan yağlardan tam fərqlənir). Bundan başqa heyvan südündə bu və ya başqa maddələr ana südünə nisbətən lap çox olur, buna görə də südəmər uşağa inək südünü su ilə qarışdırıb vermək lazımdı. Lakin ana südündə olan maddələr inək südündə az olduğu üçün bura şəkər və düyü unu qatmaq lazımdı. Ana südündə olan qoruyucu maddələr körpəni yolxucu xəstəliklərdən qoruyur və bir çox xəstəlikləri asan keçirməyə kömək edir.

Ana südü beyində hipoviz vəzi tərəfindən yaradılan prolaktin hormonu ilə yaranır. Prolaktin hormonu çox olduqda ananın südü bol, az olduqda isə süd az olur . Prolaktinin çox olmasının əsas səbəbi anada əsəb, stress, yuxusuzluq, normal təbii qidaya diqqət edilməlidi. Ana gün ərzində 2 litr maye, protein (ət, balıq, toyuq) yeməli, bol meyvə və təbii meyvə şirəsi içməlidi. Sulu yeməklər, pomidor şirəsi, zeytun yağı, günlük kalsium qartıq məhsullarından almalıdı.

Süd verən analar acı qidalardan, siqaret, qəhvə, çay və alkoqollu içkilərdən uzaq durmalıdırlar.

Ana südünü artıran vasitələr:

- Razyana dəmləməsi
- Şüyüd toxumu dəmləməsi
- Yemişan suyu ( aptekde satılır ) səhər-axşam yeməkdən əvvəl 10 damcı, 1 st. suya damızdır
- Kəmşirin heyva kompotu
- Buğda qovurması
- Fındıq yağı səhər-axşam 1ç.q.
- Ayran, südlü yemeklər
- Meyvə şirəsi
- Qırmızı soğan mürəbbəsi. (soğan 1kq. və şəkər 1kq .
mürüəbbə bişir). süd artırmaqla bərabər qanıda artırır
- 2 kök və 100 qr. smetan günorta yeməyində yeməlidi
- 100 qr. kök şirəs (ilıq) i və 1 x.q. bal yeməkdən qabaq
- 1 st. suya 1x.q. fındıq ləpəsi üyüdülmüş halda qarışdır .2 yerə böl səhər- axşam yeməkdən əvvəl

Ana südünü azaldan vasitələr:

- Ada çayı dəmləməsi
- Nanə ( mentol)
- Kəklikotu dəmləməsi
- Cəfəri
- Quzuqulağı

Dönə-dönə vurğulayıram ki, məhsulların yerli qida olmasına diqqət edin.