LASİK - Eksimer Lazer əməliyyatının bir metodudur. 18 yaşından böyük və son bir il ərzində dioptriya gücündə dəyişiklik olmayan və gözün ölçüsü normaya uyğun olan insanlarda Eksimer Lazer əməliyyatı aparılır.
Əməliyyatdan əvvəl yerli damcı üsulu ilə göz anesteziya edilir..
Bir göz üçün əməliyyat müddəti 4 - 5 dəqiqədir.
Əməliyyatın gedişi
1. Mikrokeratoma ilə 8-10 saniyədə korneanın üst hissəsi qaldırılır.
2. Qapaq qaldırıldıqdan sonra kornea 20 - 40 saniyə ərzində lazer ilə şüalandırılır.
3. Korneanın üst hissəsi təkrar yerinə qoyulur və əməliyyat bitir.
4. Əməliyyatda tikiş ve sargıdan istifadə olunmur.
Lasek- Eksimer Lazerin digər növüdur. Korneası incə olanlara bu metod tətbiq edilir. Əməliyyatdan sonrakı dövr ağrısız olur, 3 - 4 gün kontakt linza taxılır.
Yer imleri