Sayfa 2/2 İlkİlk 12
19 sonuçtan 11 ile 19 arası

Diabet - Şeker Xesteliyi

  1. #11
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    II. 1-ci tip diabetli xəstələr üçün məsləhətlər.

    Insulin qəbul edən xəstələr üçün bütün qida məhsulları 3 grupa bölünür:

    Birinci - Yeyirik, lakin ÇV hesablayırıq və yediyimizin migdarına nəzarət edirik.
    Ikinci - Praktik olaraq istədiyimiz qədər yeyirik və ÇV hesablamırıq.
    Ücüncü - Yemirik və yalnız hipoqlikemiyanı aradan qaldırmaq üçün istifadə edirik.

    Yuxurıda qeyd etdiyimiz qida klassifikasiyasına əsasən hansı konkret ərzaqların hansı qrupa aid olduğunu təhlil edək: şirniyyat; un məhsulları və kaşalar; meyvə və giləmeyvələr; tərəvəzlər; süd məhsulları; ət və balıg məhsulları; alkoqollu içkilər; şəkər əvəz edicilər. Beləliklə 1-ci punkt - şirniyyat. "şirniyyat" anlayışı müxtəlif mənalar kəsb edir; bura təmiz şəkər, qlükoza ilə zəngin meyvələr, şirələr və şirin içkilər, mürəbbələr, kompotlar, konditer məhsulları - tortlar, pirojnalar, bişintilər, kremlər, kekslər, piroqlar, yoqurt, şirin pendirlər, dondurma və bütün növ konfetlər aiddir. Bəzi şirin ərzaqlarin tərkibində yağlar (krem, şirin pendir, şokoladlar) vardır, bəziləri isə xəmirdən hazırlanmış un məhsullarıdır (tortlar və pirojnalar), üçüncu isə meyvələrdən hazırlanır (mürəbbələr, kompotlar, şirələr, limonadlar), dördünçü isə sadəcə olaraq - təbii şəkildə olan meyvə və giləmeyvələrdir (üzüm). Bütün bunları nə birləşdirir, pirojna, fanta və üzüm arasında ümümi nə vardır?
    Orqanizm tərəfindən həddindən çox yüksək sü'rətlə mənimsənilən çox miqdarda karbohidratların qlükoza və saxaroza növü vardır. Sadə karbohidratlar çox tez müddətdə sorulur və 3-5 dəq. sonra qana keçir, beləki sorulma artıq ağız boşluğunda başlayır. Yuxarıda qeyd etdiyimiz kimi mürəkkəb karbohidratlar isə əvvəl mədəyə düşməli və mədə şirəsinin tə'siri altında sadə karbohidratlara çevrilməlidir; beləliklə onlar tədricən sorulur və müxtəlif növ ərzaqlar üçün sorulma sürəti müxtəlifdir. Sadə karbohidratlı ərzaqlar (başqa sözlə şirniyyat) diabetklərə məsləhət görülmür. Lakin bu məhdudiyət ərzağın tərkibindəki yüksək səviyyədə şəkərin olması ilə yox, onun tərkibində "ani şəkərin" olması ilə əlaqədardır, çünki "ani şəkər" qanda qlükozanın səviyyəsini çox tez qaldırır. Bu məhdudiyyət eyni dərəcədə həm birinci, həm də ikinci tip diabetlərə aiddir, lakin bir halda; yəni hər iki tip diabetdə hipoqlikemiya halını aradan götürmək üçün istisna olaraq "ani şəkərli" ərzaqlardan istifadə edilir. Hipoqlikimiyanı aradan göturmək üçün istifadə olunan "ani şəkərli" ərzaq məhsulları aşağıdakılardır:

    qlükoza - həb və ya məhlul halında
    üzüm, üzüm şirəsi, kişmiş
    şəkər - qənd, şəkər tozu, karamel
    şirin çay, limonad, pepsi, fanta
    bal - tərkibində bərabər miqdarda qlükoza və fruktoza vardır
    meyvə şirələri
    kvas, pivə

    Yəginki siz təəcübləndiz - tortlar, pirojnalar, şirin bişintilər, şokolad konfetlər, dondurmalar hanı? Məgər onların tərkibində "ani şəkər" yoxdur?
    Sözsüz ki vardır. Lakin, əmələ gəlmiş hipoqlikimiyanın aradan götürmək nöqteyi nəzərindən bunların tərkibində "ani şəkər" yox, "sürətli şəkərdir" ki, bunların da tə'siri 3-5 dəqiqədən sonra yox, daha gec 10-15 dəqiqədən sonra başlayır. Əsas məsələ isə ondan ibarətdir ki, tortların, bişintilərin və şokoladların tərkibində saxarozadan başqa bol yağlarda var ki, onlar da sorulmanı ləngidirlər. Beləliklə əgər hipoqlikemiya əlamətləri güclüdürsə təmiz qlükoza və şəkər, üzüm, bal, şirələr, pivə, kvas işlətmək lazımdır. Hipoqlikimiya əlamətləri zəifdirsə, onda aydın məsələdir ki, pirojna yemək olar, lakin ən yaxşısı 5 tikə qənd və bir dilim çörək və ya 3 peçenye yemək lazımdır. Peçenye, tort və ya kremli pirojna kimi yağlı deyildir və onun efekti daha yüksək olacaqdır. Beləlilə biz "qadağan olunmuş" şirniyatlara münasibəti aydınlaşdırdıq və məlum oldu ki, şirniyyat diabetklər üçün 2 kateqoriyaya bölünür "ani şəkərli" və sorulması yağlarla tormozlanan şəkərlər.

    Un məmulatları və sıyıqlar. ÇV tə'yini. Un məmulatlarindan ən başlıcası - kobud uyudulmuş qara çövdar çörəyi və ya diabetiklər üçün tərkibinə yulaf əlavə edilmiş xüsusi çörəkdir. "Kərpic şəkilli" qara çörək götürək, 1 sm qalınlığında kəsək və alınmış hissəni eninə bölək. Bizim aldığımız çörək tikəsi 25 qr bərabərdir və onu çörək vahidi adlandırırlar (ÇV); 1 ÇV tərkibində 12 qr karbohidrat vardır. Tərkibində karbohidrat olan bütün ərzaqları müəyyən çəki olçüsündə bir ÇV bərabərləşdirmək olar. Beləki, müxtəlif çəkili müxtəlif ərzaqları, tərkibində 12 qr karbohidrat olması ilə bir çörək vahidi ilə qeyd etmək olar. Aydın məsələdir ki, bu təqribi hesablamadır və təcrübəyə əsaslanır, lakin hər halda o bizi ərzaqların tərkibindəki karbohidratlara görə oriyentassiya edir. 3 nömrəli cədvəldə hər bir ərzağın bir çörək vahidində miqdarını öyrənmək olar. Bu cədvəlli çörək vahidinə görə əvəzetmə cədvəli də adlandırmaq olar. Ondan istifadə edərək biz qida qəbulu zamanı nə qədər ÇV qəbul etdiyimizə nəzarət edə bilər,( ) insulinin dozasını qəbul etdiyimiz ÇV görə təyin edər və bunun qanda şəkərin səviyyəsinə necə təsir etdiyini yoxlaya bilərik. Beləliklə IAŞD üçün tərkibində karbohidrat olan ərzaqların həsablanması ən vacib şərtlərdən biridir və o qlükometr kimi vacib amildir.

    Bu faktı dərk etdikdən sonra, biz çörək haqqında daha ətraflı danışaq. Bizə nə üçün qara çörək lazımdır? Baxmayaraq ki, ağ cörəyin bir dilimi eyni miqdarda qara çörəklə ekvivalentdir, lakin o qara çörək kimi dənəli və kəpəkli undan bişirilmədiyi üçün onun sorulması 10-15dəqiqədən sonra başlayır və sürətli gedir, nəticədə qanda şəkər kəskin qalxır. Biz qara çörək yeyiriksə şəkər 20-30 dəq. sonra yüksəlməyə başlayır və o daha rəvan gedir, beləki qara çörək mədə bağırsaqda daha gec - 2-3 saat müddətində həzm olunur. Beləliklə qara çörək tərkibində "tədrici şəkər” olan tipik ərzaqdır.
    Bütün yarmalar (krupa) və onlardan bişirilmiş sıyıqlar - qarabaşaq, düyü, manna, darı, yulaf sıyığının tərkibində eyni miqdarda karbohidratlar vardır: 2 xörək qaşığı yayma 1 ÇV bərabərdir, lakin qarabaşaq, darı və yulaf yarmasının sorulma sürəti qara çörəklə eynidir, yəni tərkiblərindəki "tədrici şəkərdir". Manna sıyığı çoxda məsləhət deyildir, çünki o çox sürətlə sorulur, tərkibində demək olar ki sellüloza yoxdur. Buğda unundan hazırlanmış makaron və makaron məmulatlarının ÇV nəzərə almaqla istifadə etmək olar.

    Məyvə və giləmeyvələr qanda şəkəri qaldırmaq xüssusiyətlərinə görə bir-birlərindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Qeyd etmək lazımdır ki, müxtəlif sort lakin eyni adlı meyvələrin qanda şəkəri qaldırmaq xüssusiyəti eynidir - yəni bu o deməkdir ki, almanın turş və ya şirin olmasına baxmayaraq hər ikisi şəkəri eyni səviyyədə qaldırır. Turş almanın turşuluğu onda şəkərin az olması ilə yox, turşuluğun çox olması ilə əlaqədardır. Demək şirin alma qadağan deyildir, o da şəkəri turş alma qədər qaldırır; Cörək vahidini hesablamaqla istədiyiniz almanı yeyə bilərsiz. Ikinci səhf onla əlaqədardi ki, güya fruktoza qlükozani və saxarozanı əvəz edir və qanda şəkəri çox az qaldırır. Biz artıq izah etmişik bu belə deyildir; fruktoza kifayət qədər sürətlə sorulur və qanda şəkəri saxaroza və qlükoza kimi çox sürətlə və kəskin artırır və beləliklə yadda saxlayırıq - bütün meyvələrin, hətta diabetiklərə icazə verilənlərində tərkindəki "ani şəkərdir". Meyvələrdən incil, xurma, üzüm,pırnıq, həmçinin quru meyvələr - kişmiş, qara gavalı, qaysı yemək məsləhət deyil. Icazə vərilən meyvə və giləmeyvələrin assortimenti böyükdür və bunlar aiddir-almalar, armudlar, sitrus meyvələr, qarpız, gavalılar, şaftalı, nar, manqo, albalı, gilas, ciyələk, qarağat və s. Banan və ananas daha az məsləhət görülür, lakin mümkündür. Qeyd etmək lazımdır ki, meyvə porsiyası bir gündə 2 ÇV cox olmaz və həmdə iki yerə bölmək lazımdır: misal üçün - almanı saat 11-də, digər meyvəni isə saat 4-də yemək məsləhətdir. Bir daha xatırladırıq ki, bütün meyvə və giləməyvələrdə "ani şəkərdir". Deməli almanı axşam yuxudan qabaq yemək məsləhət deyildir, cünki şəkər sürətlə qalxacaq, sonra enəcəkdir və axşam saat 4-də sizdə hipoqlemikiya əmələ gələ bilər. Aydın məsələdir ki, şəkərli meyvə şirələri qadağandır, onu yalnız hipoqlemikiya tutmasını aradan qaldırmaq üçün istifadə etmək lazımdır. Təbii meyvə şirələrinin tərkibində fruktoza olur, lakin onların tərkibində meyvə şirələrini hazırlandığı meyvələrdəki sellüloza olmur. Sellüloza sorulmanı ləngitdiyi üçün "sürətli şəkər" meyvə şirələrində "ani şəkərə" çevrilir, beləliklə bizə icazə verilən meyvələrin şirələrini içmək arzu edilməzdir və məsləhət görülmur.

    Bir daha aşağıdakı qaydalara diqqətinizi yönəldirik:
    ərzaqda saxarozanın və fruktozanın miqdarının nə qədər olması və onun nə qədər çörək vahidinə uyğun gəlməsi vacib deyildir;
    Vacibi odur ki, bu şəkər həmin ərzaqdan hansı sürətlə sorulur. Sorulmanın sürətini soyuqluq, ərzaqın konsistensiyasının kobud olması (sellülozalı) və onda yağın olması azaldır.

    Nəticə: Lifli, bərk və soyuq diabetiklər üçün, duru sıyığa bənzər və qaynardan üstündür. Lakin sorulmanın bu 3 prolanqatorlarından geniş istifadə edə biləcəyimiz biridir - qidanın kobud konsistensiyasıdır, yəni sellülozanın ( ) kifayət qədər olmasıdır. Xüsusi halları (dondurma) nəzərə almasaq, biz çox soyuq və yağli qidalardan istifadə edə bilmərik. Yağın artıqlığı həm piylənmə nöqtei nəzərindən, həmdə tərkibində xolestərin olduğu üçün damarlarımıza ziyandır.


    --------------------------------------------------------------------------------

    Tərəvəzlər - bizim menyumuzun ən tərkib hissəsi olub, onların tərkibində nə karbohidratlar nə də yağlar vardır, əvəzində onlarda çoxlu sellüloza vardır.
    Lakin burdada bəzi məhdudiyyatlar vardır, beləki bəzi tərəvəzlər karbohidratlarla əhəmiyyətli dərəcədə zəngindir - buna birinci növbədə tərkibində nişasta olan kartofu göstərmək olar. Kartofu yemək olar, lakin onun çox dəqiq hesabı aparilmalıdır: bir orta böyüklükdə kartof bir çörək vahidinə bərabərdir. Aydin məsələdir ki, siz üç tikə çörəyi tərəvəz qarnirli ətlə yesəniz, həmin yeməyi çörəksiz üç ədəd kartofla yeməkdən daha məsləhətli və üstündür. Nəzərə çatdırırıq ki, bu kartoflar orta böyüklükdə olub yumurtadan bir qədər böyükdür, beləliklə kartof tərkibində demək olarki sürətli şəkər məhsulu olan ərzaq olub, qanda şəkəri daha sürətlə qaldırır. Bu sürət yenədə qidanın konsistensiyasindan asılidır. Kartofdan başqa qarğıdalını, paxlalanı (lobya,noxud,paxla) çoxlu miqdarda yeyirsinizsə, ÇV hesablamaq lazımdır. Hesablamağa ehtiyac yoxdur: kələm, yerkökü, turplar, pomidor, xiyar, badımcan, soğan, kahı, ravənd, göyərtilər. Həmçinin istənilən qədər göbələk, soya yeməyə icazə verilir - onların tərkibində bitki zülalı vardır. Bitki yağları hesablanmır, bundan başqa ləpələr və tumları 50qrama qədər yeyirsinizsə- bunuda hesablamağa ehtiyac yoxdur. Bir maraqlı faktı nəzərinizə çatdırırıq - çuğundur və yerkökündə şirinlik vardır, lakin onları istənilən qədər yemək olar,
    çünki onlarda çoxlu miqdarda sellüloza vardır - almaya nisbətən də çoxdur, lakin siz onlardan təbii şirə hazırlasanız onu istifadə edərkən mütləq ÇV həsablamaq lazımdır (0,5 stəkan=1 ÇV)

    --------------------------------------------------------------------------------


    Süd məhsulları - dondurma, şirin kəsmiklər, şəkərli yoqurt və şirin pendirlər şirniyyata aiddir və yuxarıda onlar haqqında məlumat verilib. Digər süd məhsularında ÇV
    yalnız maye halında olanlarda hesablamaq lazımdır ( süd, qaymaq, qatiq)-- beləki bir stəkana bir ÇV bərabərdir, xama (150-200qr qədər), yağ, kəsmik və pendir praktik olaraq şəkəri qaldırmırlar; çünki onların yağlılığı çoxdur. Duru ərzaqların ÇV həsablanmasına səbəb onların tərkibində həll olunmuş laktozanı (süd şəkəri) olması ilə əlaqədardır, çünki o çox tez həzm olunur. Balıq və ət məhsulları - ətdən və balıqdan hazırlanmış qidanın, vetçinanın, yumurtanın, hisə verilmiş balığın, kolbasanın tərkibində digər qarışıqlar yoxdursa, onlar qanda şəkəri qaldırmır; ona görə də onlar üçün ÇV həsablanmır. Lakin suda bişirilmiş kolbasalar, sosislərə nişasta, kotletlərə çörək və kartof, omletə isə un əlavə olunur. Kotlet və omleti siz özünüz karbohidratsız hazırlaya bilərsiniz. Iki sosis və ya 100 qr suda bişmiş kolbasa 0,5-0,7 ÇV bərabərdir.

    --------------------------------------------------------------------------------

    Şəkər əvəzediciləri - daha doğrusu bunlar saxarozanın və ya qida şəkərinin əvərzedicisi olub karbohidratlar qruppasına daxil olan şirin maddələrdir ki, orqanizmdə qlükozaya çevrilmirlər və ya əgər çevrilirlərsə də bu çox ləng gedir. Beləliklə şəkər əvəzədicilərdən şirin diabetik içkilər, konfetlər, vaflilər, tortlar, kompotlar, mürrəbələr, yoqurtlar və s. hazırlanmasında istifadə etmək olar; onların istifadəsi ilə bütov bir diabetiklərə xidmət edən yeyinti sahəsi məşğul olur. Şəkər əvəzediciləri 3 qrupa bölmək olar. Onlar aşağıdaki cədvəldə göstərilmişdir.
    Cəd 3. Şəkər əvəzədicilərin xarakteristikası.
    Qeyd etmək lazımdır ki, ikinci qrup şəkərəvəzədiciləri və ya onların kombinasiyaları satışda aşağıdaki adlarla rast gəlinir: slastilin, sukrazit, svitli, suoli, çukli, mokka svit, sukrodayt, surel, xermesetaz, milford. Istənilən şəkərəvəzedicinin mümkun sutkalıq dozası 30-40 qramdan artıq olmamalıdır. Lakin bu dozanı yediyimiz konfet, peçenye, vaflilərin şəkərəvəzədicilərini nəzərə almaqla istifadə etməliyik. Bunun üçün biz həmin ərzağın qabının üstündə hər 100 qrama nə qədər şəkərəvəzədicinin düşməsini baxıb hesablamalıyıq. Adətən gün ərzində 1-2 əd. artıq olmamaq şərti ilə və ya ona ekvivalent tərkibli şəkər əvəzədicili, vafli, peçenye məsləhətdir. Dörd nömrəli cədvəldə isə ərzaqların çörək vahidinin həsablama qaydaları göstərilmişdir.
    Cəd 4. Çörək vahidlərinin əvəzedilmə cədvəli.
    Indi isə insulindən asılı şəkərli diabetlər üçün (insulin inyeksiyası edən xəstələr üçün) məsləhətlərə keçək.

    1. Faktiki olaraq belə xəstələr üçün qidalanmada ciddi məhdudiyyətlər yoxdu - yəni həm diyetanın karoriliyinə, həm də istifadə olunan ÇV aiddir. Seçim hüququ xəstənin özündədir; O sağlam adamlar qədər zülallar, yağlar və karbohidratlar yeyə bilər, lakin karbohidratlar mütləq hesablamalı və kiçik porsiyalarla istifadə olunmalıdır.
    2. Qidanın gündəlik rasionunun kaloriliyinə gəldikdə isə o orta hesabla 1800-2400 kkal təşkil edir. Qadınlar üçün bədən çəkisinin hər kg 29 kkal, kişikər üçün isə 32 kkal təşkil edir.
    Bu kkal aşağıdaki ərzaqlar həsabına yığılır

    50% - karbohidratlar (14-15 ÇV, çörəyin və sıyıqların hesabına, 2 ÇV meyvə qalanı isə tərəvəzin hesabına).
    20% - zülallar (yağsız süd, balıq və ət məhsulları)
    30% - yağlar (yağsız süd, ət, balıq məhsulları, bitki yağı)
    Qidanın yemək qəbuluna əsasən bölünməsi konkret insulinterapiya sxemindən asılıdır, lakin bir dəfəyə 7 çörək vahidindən çox olmalı deyildir. Iki insulun inyeksiyasında o aşağıdaki kimi olmalıdır:
    Səhər yeməyi - 4 ÇV, ikinci səhər yeməyi - 2 ÇV, günorta yeməyi - 5 ÇV, ikinci günorta yeməyi - 2 ÇV, şam - 5 ÇV, yuxudan əvvəl - 2 ÇV; cəmi-20 ÇV.
    Qidalanmanın bu qaydada bərabər və rəvan bölunməsi 2-ci tip şəkərli diabetlərə də aiddir, lakin onlar üçün ÇV və qidanın kaloriliyi əhəmiyyətli dərəcədə aşağı olmalıdır, beləki IAOŞD 10 hadisədən 8-də çəki artıq olur. Bir daha fəaliyyət növundən asılı olaraq tələb olunan kkal və ona uyğun ÇV miqdarını göstərək:
    Intensiv fiziki iş - 2000-2700 kkal və ya 25-27 ÇV;
    Adi fiziki iş - 1900-2100 kkal və ya 18-20 ÇV
    Fiziki əməklə əlaqəsi olmayan iş - 1600-1800kkal və ya 14-17 ÇV

    3. Siz normadan artıq yemək istəyirsinizsə iki çıxış yolu vardır: soyuq yemək yeməli və ona ballast maddə əlavə etməli; əlavə olaraq qısa təsirli insulin dozası qəbul etməli, misal üçün əgər siz 1 alma əlavə yemək istəyirsinizsə aşağıdaki cür etməlisiniz - sürtkəcdə alma və yerkökünü iri keçirtməli onları qatışdırmalı və soyutmalısınız, əgər siz pelməni yemək istəyirsinizsə ondan sonra iri doğranılmış kələm yemək məsləhətdir, əgər siz insulin inyeksiyası əlavə edəcəksinizsə aşağıdaki cür etməlisiniz:
    a. Bir çörək vahidinə lazım olan insulinin dozası sutkanın müxtəlif vaxtlarında 0,5-2 vahid arasında tərrədüd edir.
    b. Odur ki hər əlavə çörək vahidi üçün aşağıdaki dozada insulin inyeksiyası edilməlidir:
    səhər - 2 vahid, günorta yeməyi - 1,5 vahid, axşam vaxtı - 1 vahid
    bunlar orta rəqəmlərdir. Dozanı siz individual olaraq qlukometrin köməyi ilə seçə bilərsiz. Bütün hallarda günün birinci yarısında 1 ÇV üçün insulinin dozası yüksək olmalıdır, çünki səhərlər qanda şəkərin miqdarı yüksək olur.

    4. Yuxudan əvvəl saat 23-24-də siz yüngül yeməlisiniz (1-2 ÇV) - bu gəcə hipoglekimiya riskinin qarşısını almaq üçündür. Bu vaxtı "tədrici şəkərli" qidalardan istifadə etmək məsləhətdir - 1 stəkan süd, qara cörəklə buterbrod və qarabaşaq kaşası. Axşamlar tərkibində sürətli şəkər olduğu üçün meyvə yemək məsləhət deyil.

    5. Siz həddindən çox şirin şey yemək istəyirsinizsə, onda siz şəkər əvəzədicilərlə hazırlanmış şirniyyat və ya dondurma yeyin.

    6. Çox vaxt belə bir sual verilir: insulin inyeksiyasının və ya tabletin qəbulundan sonra yeməyə nə vaxt başlamaq lazımdır? Çox vaxt bu suala həkimin qeyri-müəyyən cavabını alırlar. Bəzən hətta diabetli xəstə "qısa təsirli" iinsulin qəbul etdikdə belə ona müxtəlif cavablar verilir. Yeməyə 15 dəqiqədən sonra, 30 dəqiqədən sonra, 45 dəqiqədən sonra başlayın. Bu qəribə olsada bunun öz səbəbləri vardır. Birincisi yeməyə başlamaq üçün lazım olan vaxt müxtəlif ola bilər. Yeməyə başlamaq üçün lazım olan vaxt 1 saatdan gec olmamalıdır, əks halda siz hipoqlikimiya əlamətləri hiss edə bilərsiniz; nə vaxt yemək olar məsələsi isə aşağıdaki vəziyyətlərdən asılıdır:
    - sizin insulinizin və ya şəkəri aşağı salan həbinizin tə'sirinin başlanma vaxtından
    - sizin nə yeməyinizdən: yalnız tərkibində "tədrici şəkərlər" (çorək, kaşa) olan ərzaqlar və ya əlavə "sürətli şəkər" olan ərzaqlar olacaqdır (alma, apelsin).
    -həb və ya insulin inyeksiyasından əvvəl sizin qanınızda şəkərin səviyyəsindən.

    Siz elə vaxt yeməyə başlamalısınız ki, sizin preparatınızın tə'sirinin başlaması ilə karbohidratların sorulması eyni vaxta düşsün, bu şərtlə ki, qanda şəkər normal olsun. Praktik olaraq bunu aşağıdaki cür ifadə etmək olar. Inyeksiya vaxtı qanda şəkər 5-7 mmol/l-sə yeməyə 15-20 dəq. sonra başlamaq lazımdır; əgər 8-10 mmol/l-sə - 40-60 dəq. sonra. Bu qaydanın mənası aydındır: əgər qanda şəkər yüksəkdirsə preparata vaxt vermək lazımdır ki, o qanda şəkəri aşağı salsın və ondan sonra yeməyə başlamaq lazimdırş
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  2. #12
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    III. 2-ci tip diabetli xəstələr üçün məsləhətlər.

    2-ci tip diabetli xəstələr üçün (IAOŞD) qidalanmada əsas diqqət xəstənin arıqlamasına və ya onun artıq çəki yığmamasına yönəldirir. Buna görə də dieta aşağı kalorili olmalı (piylənmə olduqda sutkalıq 1200-1500 kkal olmalıdır) və xəstənin ərzaqlar haqqında, onların kaloriliyi nöqteyi nəzərindən təsəvvürü olmalıdır. Aydın məsələdir ki, hansı ərzaqların şəkəri artırıb artırmamasını, karbohidratların qida qəbuluna görə bərabər bölunməsini xəstə bilməlidir, lakin onun karbohidratları ÇV ilə hesablanmasına lüzüm yoxdur. Bu halda 5 nömrəli cədvəldən istifadə olunmalıdir və orada ərzaqların 100 kkal tutumlu miqdarı göstərilir.

    Cəd. 5 100 kkal tutumlu ərzaqların miqdarı.

    2-ci tip (insulindən asılı olmayan şəkərli diabet) diabetlər üçün məsləhətlər
    1. 2-ci tip diabetdə xəstə zulalları sağlam adam qədər yeyə bilər; Yağlar məhdudlaşmalıdır, ən yaxşı bitki məşəli yağlardan istifadə olunmasidir; karbohidratları ÇV görə hesablamaq lazım deyildir. Lakin onları kiçik porsiyalarla istifadə etmək lazımdır.
    2. Çəki artıq olduqda aşağı kalorili dieta lazımdır və qida ilə qəbul olunan kkal hesablanmalıdır. Bunu 2-5 nömrəli cədvəl vasitəsi ilə etmək olar.
    3. Xolesterin haqqında. Qanda damarlar üçün təhlükə törədən artıq xolestərini nəzarətdə saxlamaq lazımdır. Baxmayaraq ki, xolestərin ateresklerozu yaradan əsas faktorlardan biridir o həyat fəaliyyəti üçün lazımdır (məsələn D vitamininin sintezi üçün). Qanın tərkibində xolesterinə qlükoza kimi çox diqqətlə nəzarət etmək lazımdır. Mümkün normalar belədir:
    4. 3-5.2 mmol/l - yaxşı göstəricidir,
    5. 4 mmol/l qədər - yol veriləndir.
    1 sutkada orqanizmə daxil olan xolesterinin miqdarı 0.3-0.4 qramdan artıq olmalı deyildir. Qeyd edək ki ən çox xolesterin heyvani yağlarda (kərə yağı, yağlı pendirlər, xama və kəsmik, yağli ət, salo) olur ki, onların istifadəsini məhdudlaşdırmaq lazımdır.

    Xolesterin ən çox aşağıdaki ərzaqlardadır.


    Xolesterin qr
    Beyin 2
    Pendirin yağlı növləri 1qr qədər
    Yumurta 0.6
    Ciyər, böyrəklər 0.2-0.4
    Bəzi balıq növləri 0.2-0.4
    Kürü 0.3 çox
    Kərə yağı 0.2

    Bitki yağlarında xolesterin yoxdur ona görədə yemək hazırlayarkən qarğıdalı, zeytun və günəbaxan yağından istifadə etmək məsləhətdir.
    6. Beləliklə tərkibində xolesterin olan ərzaqları yemək lazım deyildir. Odur ki, biz heyvani yağları minimuma endirib, bitki yağlarindan istifadə edirik. Yağsız xama və kəsmikdən istifadə etməli, südün yağlılığı 0.5% olmalıdır, kərə yağının sutkalıq miqdarı 10-15 qramdır. Balıq və ət yağsız, suda bişmiş və ya pörtlədilmiş məsləhət görülür. Ləpələr və tumlar lazım olan qədər yeyilməlidir, çünki onlar yağlarla zəngindir. Yumurta günə 1 ədəd olmalıdır.
    Bizim orqanizm sadə şəkərləri; qlükozanı, fruktozanı mənimsəyir. Qida şəkəri, zəif turşuların və mədə ferməntlərinin təsiri altında mədədə qlükozaya və fruktozaya bölünürlər. Qlükoza qana çox tez, fruktoza isə 2-3 dəfə yavaş sorulur. Analoji proseslər maltoza və laktoza ilə də baş verir, lakin nişastanın parçalanma və sorulması çox yavaş gedir. Misal üçün nişastanın sadə şəkərlərə parcalanması nazik bağırsaqda baş verir ki , burayada qida mədədən az-az miqdarda daxil olur.
    Beləliklə nişastanın parçalanmasından alınan sadə şəkərlər tədricən sorulur, həm də
    üstəlik, karbohidratların qana tez sorulmasını qoruyan sellüloza bu prosesi ləngidir.

    Sellüloza ilə zəngin məhsullara aşağıdakilar aiddir:
    buğda və çovdar kəpəkləri, kəpəkli çörək, yarmalar - yulaf, arpa; çuğundur, yerköku.
    Sellüloza bütün meyvə və tərəvəzlərin tərkibindədir.
    Qeyd edək ki, əgər şəkər karbohidratları qida ilə lazım olandan artıq miqdarda daxil olursa, qlikogen şəkəri kimi onlar qara ciyərə və əzələlərə ehtiyyat şəklində
    yığılır.
    Ehtiyac olanda qlikogen qlükozaya kimi parçalanır, qana keçir və orqanizmin bütün toxumalarına yayılır. Bu ehtiyac nə vaxt başlayır?
    Sağlam insanlarda, həmçinin diabetiklərdə - fiziki işlə məşğul olduqda, vaxtında yemədikdə və ya az yedikdə.( )
    Artıq qidalanmada, yəni karbohidratlar çox miqdarda orqanizmə daxil olduqda onlar piyə çevrilir və əgər piy toxumaları çox yığılırsa bu piylənmə ilə nəticələnir.
    Lakin normal fiziki inkişaflı insanlarda da piy toxuması var, hansı ki, çox vacib funksiya yerinə yetirir: piy və əzələlərdə, qara ciyərdə yığılan qlikogen ehtiyyatı () aclıqdan üçqat müdafiədir.

    Acdıq zamanı aşağıdaki proses baş verir: ən əvvəl qara ciyərdəki, sonra əzələlərdəki şəkər ehtiyyatları istifadə olunur; və nəhayət piy toxuması parçalanır, keton cisimlərin əmələ gəlməsi ilə nəticələnən enerji hasil edir və nəticədə insan ariqlayır. Diabetikləri bu üçqat müdafiə xilas edə bilər, lakin hipoqlikimiyadan yox - çünki o çox sürətlə baş verir, və qara ciyərdəki qlikogen ehtiyatının qlükozaya qədər parçalanmasına çoxlu vaxt lazımdır.

    Karbohidratların xüsusiyyətlərinin öyrənilməsinə qayıdaq.
    Bizə artıq aydın oldu ki, sadə karbohidratlar qana tez sorulur və qanda şəkəri sürətlə yüksəldir. Mürrəkəblər karbohidratlar isə bunu ləng edirlər, çünki əvvəl onlar sadə karbohidratlara parçalanmalıdır. Lakin qeyd etdiyimiz kimi tək parçalanma yox, başqa faktorlar da buna tə'sir göstərir. Bu faktorlar bizim üçün çox vacibdir.
    Lakin biz qeyd etdiyimiz kimi sorulmaya yalnız qidanın parçalanması, hissələrə ayrılması yox, digər faktorlar da tə'sir edir. Bu faktorlar bizim üçün çox böyuk əhəmiyyət kəsb edir, çünki diabetiklər üçün qanda şəkərin yüksəlmə faktı yox, onun kəskin və çox sürətlə yüksəlməsi təhlükəlidir. Və ya başqa sözlə desək bu halda karbohidratlar sürətlə orqanizm toxumaları tərəfindən sorulur, qanı qlükoza ilə sürətlə doydurur və hiperqlikimiya halına səbəb olur. Bunun üçün sorulmanın sürətinə tə'sir edən faktorları aşağıda qeyd edəcəyik:
    1. karbohidratın növu - sadə və ya mürəkkəb (sadə karbohidratlar həddindən çox tez sorulur);
    2. qidanın hərarəti - soyuq sorulmanı əhəmiyyətli dərəcədə azaldır;
    3. qidanın konsistensiyası - tərkibində çoxlu miqdarda sellüloza olan mürəkkəb, lifli və dənli qidaların sorulması tədricən olur;
    4. ərzaqın tərkibində yağların olması - yağli ərzaqlardan karbohidratlar tədricən və yavaş sorulur.
    5. sorulmanı ləngidən preparatlar - məsələn qlükobay.

    Bu mülahizələrə əsaslanaraq tərkibində karbohidrat olan qida məhsullarını üç qrupa bölmək olar:
    1. tərkibində "ani şəkər" olan qidalar - qanda şəkəri 3-5 dəq. sonra kəskin qaldırır.
    2. tərkbində "sür'ətli şəkər" olan qidalar - qanda şəkəri 10-15 dəq. sonra kəskin qaldırır, qida mədədə və bağırsaqlarda 1-2 saat müddətində həzm olunur.
    3. tərkibində "tədrici şəkər" olan qidalar - qanda şəkərin qalxması 20-30 dəq sonra və nisbətən rəvan olur, qida mədə və bağırsaqda 2-3 saata həzm olunur.
    Bu klassifikassiyaya əlavə olaraq qeyd edə bilərik ki, "ani şəkər" - bu təmiz halda, yəni sorulma prolanqatorlarından azad olunmuş qlükoza, fruktoza, maltoza və saxarozadır; sürətli şəkər bu sorulma prolanqatorları olan fruktoza və saxarozadır (məsələn alma, həm fruktozası həm də sellulozası vardır); "tədrici şəkər" - Bu laktoza və kraxmaldır, həmçinin çox güclü prolongatorlu saxaroza və fruktozanı da bura aid etmək olar, beləki prolanqatorun sayəsində saxaroza və fruktozanın parçalanması, nəticədə əmələ gələn glükozanın qana sorulması əhəməyyətli dərəcədə ləngiyir.
    Yuxarıda deyilənləri misallarla izah edək: tərkibində qlükoza olan preparatları qəbul etdikdə [glükoza həbləri]: o dərhal qana sorulur. Lakin demək olar ki, fruktoza meyvə şirəsi, maltoza isə pivə qəbul etdikdə eyni sürətlə sorulurlar, çünki bunlar məhlul olub tərkibində sorulmanı ləngidən sellüloza yoxdur, lakin bütün meyvələrdə sellüloza vardır, deməli onlarda adı sorulmadan "müdafiə xətti" var; burada da sorulma tez gedir, lakin meyvə şirələrində olduğu kimi sürətlə olmur. Un məhsularında belə "müdafiə xətti" ikidir: kraxmal, hansıkı monosaxaridlərə parc-alanmalıdır,sellüloza; nəticədə sorulma daha ləng gedir. Bu cəhəti qeyd edərək, tərkibində karbohidratlar olan qida məhsularını nəzərinizə catdıraq: şirniyyat, un məmulatları və sıyıqlar: kaşa, meyvə və giləməyvələr, bəzi növ tərəvəzlər, süd məhsularının bəzi növləri. Bunlar hamısı qanda şəkəri qaldırır, lakin tərkiblərindəki şəkərlərin növündən və prolanqator faktorlarından asılı olaraq, qanda şəkərin yüksəlmə sürəti müxtəlifdir. 1qr təmiz şəkərin kaloriliyi 4kkal-dır. Mineral maddələrə və vitaminlərə gəldikdə isə prinsipcə onlar bütün qida məhsularında bu və ya digər miqdarda vardır. Lakin qida məhsularının arasında elə rekordsmenlər vardır ki, onları yaddan çixartmaq lazım deyil: bunlara qarabaşak, yumurta, qaraciyər, balıq yağı, yerkökü və göyərti aiddir. Təəsuf ki, yumurta və qaraciyəri şəkər xəstələri çox miqdarda yeyə bilməzlər, çünki onların tərkibində xolestərinin miqdarı çoxdur. Amma meyvə və tərəvəzlər vitaminlərlə çox zəngindir və bir cox qida məhsuları isə məsələn süd və un məhsullarına vitaminlər əlavə olunur, bundan əlavə vitamin və mineral maddələri xüsusi preparatların tərkibində qəbul edə bilərik.

    Qarşıdaki bölmədə biz ərzaq məhsularının qanda şəkəri artırmaq xüssusiyətinə görə təhlil edəcəyik, indi isə onların bu nöqtei nəzərdən klasifikasiyasını nəzərdən keçirək:

    1. şirniyyat; 2.süd məhsulları; 3. un məhsulları və sıyıqlar; 4. meyvə və giləməyvələr; 5. ət və balıq məhsulları; 6. alkoqolu içkilər; 7.şəkər əvəzədiciləri; 8.tərəvəzlər.

    Qida məhsularının ümumi xarakteristikasına gəldikdə isə onlar aşağıdaki göstəriciləri özündə əks etdirir:

    1.qida məhsullarının tərkibindəki karbohidrat, yağlar və züllaların miqdarı
    2.qida məhsullarının tərkibindəki ən vacib-natriy, kaliy və kalsiy mineral maddələrinin miqdarı.
    3.vitaminlərin miqdarı və tərkibi.
    4.xolesterinin miqdarı - bu maddə bizim qanımızda dövr edir və onun yüksəlməsi atereskleroza, ürəyin işemik xəstəliyinə, hipertoniya və digər xoşagəlməz hallara səbəb olur.
    5.ərzaqin energetik əhəmiyyəti - bu xüsusi ölçu vahidi; kkal-lə təyin olunur

    Balanslaşdırılmış diyetanı tərtib etmək üçün hər bir ərzaqin tərkibində mineral maddələrin və vitaminlərin, xolesterinin, miqdarinı, onun enerji tutumunu bilmək lazımdır.
    Bu məlumatlar cəd. 2 - ərzaqlarda əsas qida maddələrinin, xolesterinin, və energetik tutumun miqdarı cədvəlində verilmişdir.


    --------------------------------------------------------------------------------

    1. Zülalar, karbohidratlar və yağların miqdarı haqqında olan məlumatlar əvvəlki bölmələrdən bizə aydındır: demək lazımdır ki, ərzaqlarda bu maddələrdən başqa olan maddə tamamilə sudur. Bu maddələrə insanlarda sutkalıq təlabat onun gördüyü işdən və çəkisindən asılı olaraq aşağıdaki miqdarda ola bilər:

    Zülallar - 80-120 qr və ya bədən çəkisinin hər kq-na 1-1,5qr: lakin hər kg üçün 0,75qr-dan az olmamaq şərti ilə:
    Yağlar - 30-dan 80-100 qrama qədər.
    Karbohidratlar - 300-400 qram

    Aydın məsələdir ki tərkibində bu miqdarda komponentlər olan ərzaqların faktik çəkisi qat- qat yüksəkdir; məsələn orqanizmi 100 qram zülalla tə'min etmək üçün 0,5 kq mal əti və ya 0,55 kq yağsız kəsmik yemək lazımdır

    2. Insanın qidası balanslaşdırılmış və kifayət qədər kalorili olmalıdır.
    Balanslaşmış qida dedikdə qida rasionunda zülallarin, yağların, karbohidratların, mineral maddələrin və vitaminlərin lazım olan miqdarda və proporsiyada olması başa düşülür; kalorilik isə qidanin energetik əhəmiyyətini göstərir. Fəaliyyət növundən asılı olaraq, yaşlı insan aşağıdakı miqdarda kkal-li qida qəbul etməlidir:
    intensiv fiziki iş 2000-2700 kkal.
    mötədil fiziki aktivlik, iş 1900-2000 kkal
    fiziki işlə əlaqədar olmayan fəaliyyət 1600-1800 kkal
    Bu məsləhətlər diabetiklərə də aiddir, lakin kök adamlar, 2-ci tip diabetli xəstələr daha aşağı kkal qida qəbul etməlidirlər.
    1-ci cədvəldə göstərilən ərzaqların özlərinin "çempionları" vardır ki, onların xeyirli xüsusiyətlərini biz heç vaxt yaddan çixartmamalıyıq. Bunların sırasına aiddir:
    yerkökü - tərkibindi çoxlu miqdarda karotin vardır
    göyərti - şüyüt, cəfəri, petruşka, quzuqulaği, keşniş, kəvər və s. Bunlarda da çoxlu karotin vardır, həmçinin bunlar kali, kalsi və vitaminlər mənbəyidir.
    darı və qarabaşaq - bunlarda çoxlu B1 və PP vitamini vardır.

    3. Süd məhsulları - xüsusi ilə kəsmik, pendir və qatiqda B2 vitamini ən yüksək miqdardadır: bu məhsullardan ən əhəmiyyətlisi yağsız kəsmikdir.
    Toyuq əti, yağsiz mal əti və bəzi balıq növlərində vitamin PP çox yüksək miqdardadır. A vitamini yalnız süd məhsullarında, ən cox isə yağli süd məhsullarında olur. Bu vitamin mənbəyi kimi süddən, yağsız xamadan və az miqdarda yağdan istifadə etmək məsləhətdir. Vitamin C mənbəyi isə sitrus meyvələri, kələm və göyərtidir.

    4. Heyvani zülalları bitki mənşəli zülallarla əvəz etmək məsləhətdir. Bitki mənşəli zülalların mənbəyi paxlalar, soya, və göbələkdir. Heyvani zülalların çox istifadəsi, xüsusi ilə 40-50 yaşından sonra məqsədə uyğun deyildir.

    5. Duzdan minimal miqdarda istifadə etmək lazımdir, çünki artıg duz oynaqlarda toplanır və hipertoniya xəstəliyinin yaranmasına səbəb olur.

    6. Qidanı elə hazirlamaq lazımdır ki, onun tərkibindəki şəkər tədricən sovrulsun. Qidanın və içkilərin isti yox, ilıq olması, qidanın konsistensiyası isə lifli, dənəli və sərt olmalıdır. Həddindən çox xırdalanmış, əzilmiş, püre və ya manna sıyiğı tipli yeməklər məsləhət deyil. Aşağıdaki cəhəti nəzərə almaq məsləhətdir: qidada nə gədər çox sellüloza olarsa onun tərkibindəki şəkər bir o qədər yavaş sorular
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  3. #13
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    Diabetin ağırlaşmalarının müalicəsi.

    Diabet nisbi və ya mütləq insulin çatışmamazlığı nəticəsində əmələ gələn xroniki hiperqlikemiya və qlükozuriyanın klinik sindromu olub, maddələr mübadiləsinin pozulmasına, damarların zədələnməsinə (müxtəlif angiopatiyalar), neyropatiyalara və müxtəlif orqan, toxumalarda patoloji dəyişikliklərə gətirib çıxarır.
    Diabetin yayılmasını dəqiq qiymətləndirmək mümkün deyildir, çünki hal hazırda diabetoloji qəydiyyat bir çox ölkələrdə yoxdur. Lakin şəkərli diabeti qeyri-infeksyon epidemiya hesab edirlər və hal-hazırda dünyada 150 milyon xəstə vardır. ABŞ-da hal-hazırda 16 milyon xəstə qeydiyyatdadır. Diabetli xəstələrin ümumi sayının 95% 2-ci tip diabet, yalnız 5% 1-ci tip diabetə aiddir.


    1-ci tip şəkərli diabet.

    1-ci tip ŞD xəstələrin müalicə prinsipi ekzogen insulin inyeksiyasından ibarətdir ki, onsuz hiperqlikemik, ketoasidotik koma inkişaf edir. 1-ci tip ŞD xəstələrinin müalicəsinin məqsədi onlarda normal qlikemiyaya nail olmaq, orqanizmin normal inkişafını və böyüməsini tə’min etməkdir ki, xüsusən ona görə ki, bu xəstələrin əsas kontingentini uşaqlar, yeniyetmələr və gənc insanlar təşkil edir. 1-ci tip ŞD təsdiq edilən kimi dərhal insulinterapiyaya başlamaq lazımdır və bu müalicə ömürlükdür. Vaxtında başlanmış və düzgün planlaşdırılmış insulinterapiyada 75-90% hallarda müvəqqəti remissiyaya, sonradan xəstəliyin gedişinin stabilləşməsinə nail olunur, ağırlaşmaların inkişafı uzun müddətə təxirə salınır.
    1-ci tip şəkərli diabetli xəstlərdə insulinterapiyanın çoxsaylı inyeksiyalar rejiminin müxtəlif variyantları vardır, lakin onlardan ən çox qəbul olunanlar aşağıdakılardır:
    1. Qısa təsirli insulin (Aktrapid, Xumulin, Insuman Rapid) əsas qida qəbullarından əvvəl və orta təsirli insulin (Monotard, Protafan, Xumulin NPX, Insuman Bazal və s.) səhər yəməyindən və yuxudan əvvəl.
    2. Qısa təsirli insulin (Aktrapid, Xumulin, Insuman Rapid) əsas qida qəbulundan əvvəl və orta təsirli insulin (Monotard, Protafan, Xumulin NPX, Insuman Bazal və s.) yalnız yuxudan əvvəl.

    Gündəlik qısa müddətli insulin dozası bu cür paylanır: 40% səhər yeməyindən əvvəl inyeksiya olunur, 30% nahar yeməyində əvvəl, 30% şam yeməyindən əvvəl inyeksiya olunur. Umümi gündəlik insulin dozası təxminən 0,61,0 vahiq/kq olub, qısa təsirli insulinin və orta təsirli insulinin nisbəti 25%-in 75%-dir. Ac qarına səhər qlikemiyaya nəzarət etməklə yuxudan əvvəl qəbul olunan orta tə’sirli insulinin dozası, nahar yeməyindən əvvəl tə’yin olunan qlikemiyanın səviyyəsi ilə isə səhər yeridilən orta tə’sirli insulinin dozası korreksiya olunur. Qısa təsirli insulinin dozası isə postprandial qlikemiyaya kontrolla korreksiya olunur. Uşaq və yeniyətmələrə 1-ci tip şəkərli diabet diaqnozu qoyulan andan yalnız insan insulini tə’yin olunmalıdır.

    2-ci tip şəkərli diabet.


    2-ci tip şəkərli diabetin müalicəsinə həsr olunmuş çoxsaylı nəşrlərə və məlumatlara baxmayaraq xəstələrin əksəriyyətində karbohidrat mübadiləsinin kompensassiyasına nail olmaq mümkün olmur, baxmayaraq ki onların ümumi vəziyyəti yaxşı olur. Bu aldadıcı hal olub bir neçə il davam edə bilər və axırda belə hal xəstənin əlilliyinə hətta ölümünə gətirib çıxara bilər. Diabetiklər özünə nəzarətin və qlikemiyanın təyininin əhəmiyyətini heç də həmişə dərk etmir və onu təsadüfən, çox vaxt isə bir qayda olaraq bol yeyib içməkdən sonra qlikemiyaya nəzarət edirlər. Nisbi, əhval-ruhiyyəyə əsaslanan salamatlıq bir çox ikinci tip şəkərli diabetli xəstələrdə medikamentoz terapiyanın başlanmasını təxirə salır. Bundan başqa səhər normoqlikemiyası belə xəstələrdə yüksək qlikogemoqlabinin olmasını istisna etmir. Məhz bu göstərici şəkərli diabetin kompensassiyasının obyektiv kriteriyasıdır.

    2-ci tip şəkərli diabetli xəstələrə müalicə tə’yin edərkən pasiyentlərin həyat tərzini və qidalanma xarakterini, xəstəliyin gedişinin və ağırlığının dərəcəsini nəzərə almaq lazımdır. ŞD 2-ci tip xəstələrin terapiyasının müvəffəqiyyətinin rəhni - onların diabet məktəbində oxumasıdır. Həkim xəstələrlə tez-tez əlaqədə olmalı və onların xəstəliklə mübarizə təşəbüsünü kömək etməlidir. Lazımdır ki, xəstənin arıqlamasını əsaslandırasan, beləki, çəkinin hətta 5-10% aşağı düşməsi qanda qlikemiyanın, lipidlərin və arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Bəzi hallarda çəki normallaşdıqdan sonra xəstənin vəziyyəti o qədər yaxşılaşır ki, antidiabetik vasitələrə daha ehtiyac qalmır. 90% ikinci tip şəkərli diabetlərdə bu və ya digər dərəcədə çəkinin artıqlığı vardır. Ona görə də onların müalicəsində aşağı kaloriyli qidalanma və yaxşı hesablanmış fiziki fəaliyyətlə çəkinin aşağı salınması ən mühüm əhəmiyyət kəsb edir. Aşağı kalorili dieta balanslaşdırılmış və balanslaşdırılmamış ola bilər. Balanslaşdırılmış aşağı kalorili dietada qidanın ümumi kalorili onun keyfiyyət tərkibi dəyişmədən aşağı salınır. Balanslaşdırılmamış dietada yağların miqdarı az, karbohidratların isə miqdarı yüksək olur. Xəstələrin qida rasionunda yüksək tərkibli selüllozalı ərzaqlar olmalıdır (yarmalar, tərəvəzlər, meyvələr və köbud üyüdülmüş undan hazırlanmış çörək). Yağların qida ilə qəbulunu məhdudlaşdırmaq çətin olarsa onda orlistat qəbul etmək lazımdır. Orlistat qəbul olunan yağların 30% parçalanmasını və sorulmasının qarşısını alır və bəzi mənbələrə görə insulin rezistəntliyi azaldır. Dieta ilə monoterapiyadan nəticəni başlanğıc çəkinin yalnız 10% azalması ilə əldə etmək olar ki, beləki bu zaman insulin rezistenlik nəzərə çarpan dərəcədə azalır. Buna balanslaşdırilmış aşağı kalorili qidalanma ilə yanaşı artırılmış fiziki aktivliklə nail olmaq olar. Fiziki fəaliyyət əsas müalicə metodlarına əlavə olub bu xəstənin halına və imkanına uyğun yerinə yetirilməlidir. Xəstənin yaşı nə qədər ahıl olsa belə gündəlik fiziki hərəkətlər vacibdir. Bu zaman qlükozanın əzələlərlə mənimsənilməsi artır, pereferik toxumların insulinə həssaslığı yüksəlir, orqan və toxumaların qan təchizatı yaxşılaşır ki, buda pis kompensassiya olunmuş diabetlə yanaşı gedən hipoksiyanı, xüsusi ilə də yaşlı adamlarda aradan götürür. Yaşlı insanlarda, hipertoniklərdə, anamnezində miokard infarktı olan xəstələrdə fiziki hərəkətlərin həcmini həkim tə’yin etməlidir. Başqa təlimatlar yoxdursa 30 dəqiqəlik yerişlə (10 dəq. gündə 3 dəfə) 30 dəq. yerişlə kifayətlənmək olar. Diabetin dekompensassiyasında fiziki hərəkətlər az effektlidir. Böyük fiziki iş zamanı hipoqlikemiya halının inkişafı mümkün olduğu üçün bu zaman şəkər aşağı salıcı preparatların xüsusi ilə də insulinin dozası 20% azaldılmalıdır. Dieta və fiziki hərəkətlərlə normoqlikemiyaya nail olmaq mümkün olmursa, onda 2-ci tip şəkərli diabetlərdə medikamentoz müalicə başlanmalıdır. 2-ci tip şəkərli diabetlərin 60% peroral şəkəri aşağı salan preparatlarla müalicə olunur. Artıq 40 ildən çoxdur ki, 2-ci tip şəkərli diabetdə şəkəri aşağı salan peroral preparatlar sulfanil sidik turşusu preparatlarıdır. Sulfanil sidik turşusunun əsas tə’sir mexanizmi orqanizmin öz insulinin sekressiyasının stimullaşdırmasıdır. Sulfanil sidik turşusu preparatlarından istəniləni daxilə qəbul edildikdən sonra mədəaltı vəzin b-hüceyrəsinin membranasındakı spesifik zülalla birləşir və insulin sekrəsiyasını stimulyassiya edir. Bundan əlavə bəzi sulfanil sidik turşusu preparatları b-hücəyrələrin qlükozaya həssaslığını bərpa edir (artırır).

    Sulfanıl sıdık turşusu preparatları piy, əzələ, qara cıyər və dıgər toxumaların ınsulinin təsirinə həssaslığını artırır, skelet əzələlərinə qlükozanın çatdırılmasını gücləndirir, qara ciyərın bəzi fermentlərinin aktivliyini artırır, piylərin dağılmasının qarşısını alır, və saır.
    Iınsulın sekressiyası funksiyasının yaxşı saxlanıldığı 2-cı tıp şəkərlı diabetlər üçün sulfanil sıdık turşusu preparatları ılə bıquanidlərın kombınassiyası daha effektiıdir. Hal-hazırda bıquanid preparatı olan metformınə maraq kəskın artmışdır. Bu həmin preparatın təsır mexanizminin xüsusıyyətlərı ılə əlaqədardır. Qeyd etmək lazımdır ki, metforminin əsas təsiri, onun toxumaların ınsulınə həssaslığını artırması, qara ciyərın qlükoza hasilinə mane olması, nətıcədə ac qarına qlikemıyanı endırməsı və mədə-bağırsaq traktında qlükozanın
    sorulmasını ləngıtməsidir. Bundan başqa bu preparatın yağ mübadıləsınə, qanın laxtalanmasına və arterıal təzıqə müsbət əlavə təsir effektı də vardır.

    Sulfonil sidik turşusu preparatlarının işlədilməsinin məqsədə uyğunluğuna heç bır şübhə ola bılməz, çünkı 2-ci tip şəkərlı diabetin pataqenizinin ən vacib halqası beta hüceyrələrinin sekretor funksiyasının defektidir. Digər tərəfdən insulin rezistentlik 2-ci tip şəkərlı diabetin demək olar ki daimi əlamətı olub, buda metforminin təyininin vacibliyinə əsas verir. Metforminin sulfanil sidik turşusu preparatları ılə kombinassiyası müalicənin effektiv forması olub, uzun illərdir ki istifadə olunur və sulfanil sidik turşusu preparatlarının dozasının azaldılmasına imkan verır. Mütəxəssislərin fikrincə metformin və sidik turşusu preparatlarının kombinassiyası ilə müalicənin, insulin və sulfanil sidik turşusu preparatlarının kombinassiyası ılə və ya insulinlə monoterapiya müalicəsinin əvvəlki effektsiz müalicədən sonra tətbiqi eyni effektlidir. Sulfanil sidik turşusu və metforminin kombinassiyası ilə müalicəsinin monoterapiyadan əhəmiyyətli üstünlüyü ılə əlaqədar olaraq hal-hazırda hər iki komponentin kombinassiyasından ibarət olan preparatlar yaradılmış və geniş tətbıq olunur.
    2-ci tip şəkərlı diabetdə istifadə olunan şəkəri aşağı salan preparatlar müxtəlif və kifayət qədər olub, artmaqda davam edir. Sulfanil sidik turşusu preparatları və biquanidlərdən əlavə bura amin turşusu törəmələrı olan sekretogenlər, insulin sensitayzerləri tiazolidindionlar, qlükozidazanın ingibatorları və insulinlər aiddir.

    Amin turşularının (qlükozadan əlavə) bilavasitə qidalanma prossesi zamanı beta hüceyrələrinin ınsulin sekressiyası prosesində əhəmiyyətli rol oynadığını təsdiq edən tədqiqatlara əsaslanaraq, onların analoqu olan fenıl alanın, bənzol turşusunun şəkərı aşağı salma aktivliyi öyrənılmış, bunun nətıcəsində nateqlinidin və repaqlinidin müvəffəqiyətlə sintezi mümkün olmuşdur. Nateqlinid və repaqlinid tərəfindən stimullyassiya olunan ınsulın sekressıyası sağlam ınsanlarda qida qəbulundan sonra sekresiyanın başlanğıc fiziolojı fazasına yaxındır, odur kı, bu postprandial qlikemiyanın səviyyəsinin effektiv enməsinə səbəb olur. Onlar ınsulinin sürətli və qısa müddətli sekresiyasına nail olurlar ki, buda yeməkdən sonra qlikemiyanın kəskin yüksəlməsinin qarşısını alır. Qida qəbulu buraxıldıqda bu preparatlar qəbul edilmir. Bu preparatların gəniş yayılmış digər preparatlarla birgə təyininə əks ğöstəriş yoxdur və bunlar orqanizmdə akkumulyassiya olmurlar.

    Digər prandial requlyator akarboza preparatıdır. Akarbozanın təsiri düz bağırsağın yuxarı hissəsində başlayır və o aqlükozidazanı təcrid etməklə fermentativ poli və oliqosaxaridlərə parçalanmaya mane olur. Bu monosaxaridlərin (qlükozanın) sorulmasının qarşısını alır və yeməkdən sonra qanda şəkərın kəskin qalxmasını azaldır. Qida qəbulundan sonra qlikemiyanın yüksəlməsinin qarşısını alaraq, akarboza həqiqətən qanda ınsulinin səvıyyəsini endirir ki, buda qlikohemoqlobinin səviyyəsinin enməsi ılə özünü göstərən metabolik konpensasiyanın keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Yalnız dieta ilə kompensassiyası mümkün olmayan 2-ci tip şəkərli diabetdə yeganə peroral antidiabetik vasitə kimi akorbazanı qəbul etmək kifayətdir ki, metobolik pozğunluqların əhəmıyyətli yaxşılaşmasına nail olunsun. Bu taktikanın arzu olunan nəticələri əldə olunmadıqda, akarbozanın sulfanil sidik turşusu preparatları ilə birgə təyini metobolik göstəricilərin əhəmiyyətli yaxşılaşmasına gətirib çıxarır. Bü xüsusilə insulınterapiyaya keçməyə hazır olmayan yaşlı adamlar üçün vacibdir. Belə kombinassiya sulfanil sidik turşusu preparatlarının dozasını əhəmiyyətli azaltmağa imkan
    verır. Insuilinterapiya müalicəsi alan 2-ci tip şəkərlı diabetlərdə akarboza metobolik kompensassiyanı yaxşılaşdırılmış və başlıca olaraq Qlüt 4-ün əzələ toxumasında ekspressıyasının yüksəlməsı ilə toxumaların insulınə həssaslığını yüksəltmişdir. Nəticədə ınsulinin sutkalıq dozası orta hesab ilə 10 vahid azaldılmışdır, plasebo alan xəstələrdə isə ınsulinin dozası 0,7 vahid artmışdır. Akarbozanın bir üstünlüyü də ondadır kı, onunla monoterapiya vaxtı o hıpoqlikemiya vermir. Bəzi həkimləri akarbozanın kənar təsiri olan meteorizm ehtiyatlandırır. Lakin qeyd etmək lazımdır kı, bu əlavə təsir akarbozanın təsir mexanızmındə qoyulmuşdur, beləki parçalanmamış karbohidratlar bağırsağın distal hissələrində qıcqırmaya mərüz qalır. Buradan belə nətıcəyə gəlmək olar ki, dıetada karbohidratların məhdudlaşdırılması bu kənar təsırı mınumuma endırəcəkdir.
    Dıgər tərəfdən, bir çox qəbizliyə meyilli yaşlı adamlar üçün bu müsbət faktor olub, onlarda ışlədicilər qəbul etmədən stulun normallaşmasına kömək edəcəkdir.

    Peroral preparatlarla müalicə uğursuz alınarsa, effektiv müalicə seçimi insulinterapiyadır. Amerika diabet assosıassiyasının tədqıqatına görə şəkərlı diabet 2-ci tip xəstələrin böyük qisminə 15 ildən sonra ınsulın lazım gəlır.
    Lakin 2-ci tip şəkərlı diabetli xəstələrdə ınsulinterapiyaya birbaşa göstərış beta hüceyrələr tərəfındən ınsulın sekressıyasının proqresləşən azalmasıdır. Təcrübə göstərır ki, 2-ci tip şəkərlı diabetlı xəstələrın 40%-nın ınsulinə ehtıyacı vardır, əslındə isə ınsulindən istifadə edənlər əhəmiyyətli dərəcədə azdır və buna səbəb isə xəstələrin çox vaxt insulindən imtina etməsıdır. Belə yalanı bir fıkır kök salmışdır kı, güya bir dəfə təyin olunmuş insulın omürlükdür və onu kəsmək olmaz.
    Dıgər 60% xəstələrdə də təəssüf kı, yalnız sulfanılsidik turşusu preparatları ılə monoterapiya şəkərlı diabetin kompensassiyasına gətirib çıxarmır. Lakin nəzərə almaq lazımdır ki, insulinterapiyanı müşahidə edən heç bir kənar təsir elə bir ciddi narahatlıq törətmır ki, bu narahatlıqlar həblərlə uğursuz müalicə alan xəstələrın insulin müalicəsini ləngitməsinə bəraət qazandırasan. Eyni zamanda belə kənar təsirlərin olması bizi məcbur edir ki, qlikemiyaya nəzarəti yaxşı saxlamaqla ınsulinin dozasınınnın minimal təyini yollarını axtaraq. Ekspertlərinin fikrincə 2-ci tip şəkərlı diabetli xəstələrdə insulinterapiyanı nə çox tez nə də cox gec başlamaq lazımdır. Sulfanil sidik turşusu preparatları ilə monoterapıyanı təhlıl etməklə belə nəticəyə gəlmək olar ki, əksər xəstələrdə kompensassiyaya nail olmaq mümkün olmur. Gün ərzındə qlıkemiyanı aşağı salmaq mümkündürsə praktik olaraq bütün xəstələrdə səhər hiperqlekemiyası saxlanılır, çünki gecə qara ciyər tərəfındən qlükoza hasil olunur. Bu qrup xəstələrdə insulinin təyini bədən çəkisinin artmasına səbəb olur və buda ınsulın rezistentliyini ağırlaşdırır, eqzogen insulinə tələbatı artırır; bundan başqa gün ərzındə bir neçə insulin inyeksıyasının olunması və onun dozalaşdırılması xəstədə narahatlıq yaradır. Endokrinoloqlarda insulınin artıqlığı da narahatlıq törədır, çünki ateresklerozun proqresləşməsi, arterial hipertoniyanı və s. onunla əlaqələndirirlər. Xəstələrdə yalnız sulfanıl sidik türşüsü preparatları ilə müalicədə kompensasiya alınmadıqda 2-ci tip şəkərlı diabetin kombinasiya olunmuş müalicəsinin strategiyasını təşkıl edən və insulinin dozasını azaltmağa imkan verən ən azı 2 üsul mövcüddur:

    1.Sulfanil sidik türşüsü preparatı ilə uzun müddət təsir edən insulinin (xüsüsi ılə gecə) kombinassiyası.

    2.Sulfanil sidik turşusu preparatı ilə metforminin kombinassiyası.

    Sulfanil sidik turşusu preparatı ilə uzun müddət təsir edən ınsulinin kombinassiyasının əhəmiyyətli üstünlükləri vardır, beləki bunun əsasında hər iki preparatın təsir mexanizmlərinin bir-birini tamamlaması durur. Qanda qlükozanın yüksək səviyəsi beta hücəyrələrinə toksik təsir göstərır və bununla əlaqədar olaraq insulin sekresiyası azalır; insulinin təyini ısə qlikemiyanı aşağı salmaqla mədəaltı vəzə sulfanil sidik turşusu preparatlarının təsirini bərpa edır. Insulin qara ciyər tərəfindən gecə qlükozanın yaranmasının qarşısını alır, sulfanil sidik turşusu preparatları ısə qida qəbulundan sonra ınsulın sekresıyasını artırır və beləliklə gündüz qlikemiyanın səviyyəsini nəzarətdə saxlayır. Aparılan tədqiqatlar göstərib ki, kombinə olunmuş müalicədə, monoinsulin terapiyaya nisbətən insulinin dozası əhəmiyyətli dərəcədə kiçik olur. Preparatların dozasını individual olaraq seçmək lazımdır. Demidovaya görə yuxudan qabaq təyin olunan uzun müddətli insulinin dozası qara ciyərin hasil etdiyi qlükozanın miqdarını azaltmaq üçün 0,16vahid/kq sutkadır. Bu cür kombinasiyada qlikemik nəzarətin yaxşılaşması, insulinin sutkalıq dozasının əhəmiyyətli azalması və nətıcədə qanda ınsulinin səvıyyəsinin enməsi qeyd olunur. Xəstələr bu terapiyanı rahat hesab edir və təyin olunan rejimə dəqiq əməl etməyə razı olurlar.

    Diabetin ağırlaşmaları.

    Gecikmiş ağırlaşmaların inkişaf riski xəstəliyin müddətindən asılı olaraq artır. Diabetdə maddələr mübadiləsinin pozulması bu və ya başqa dərəcədə bütün orqanların və sistəmlərin zədələnməsinə gətirib çıxarır. Diabetdə həm mikro, həm də makroangiopatiyalar inkişaf edir. 2-ci tip şəkərli diabetdə adətən makroangiopatiyalar inkişaf edir, baxmayaraq paralel olaraq həm də kiçik damarların zədələnməsi baş verir (mikroangiopatiyalar). Mıkroangiopatiyalar klinik olaraq özünü retinopatiya, nefropatiya, neyropatiya kimi göstərir. Diabetik makroangiopatiyaların tipik təzahürü miokard infarktı, ınsult, periferik damarların xəstəlikləridir. Gecikmiş diabetik ağırlaşmaların 2-ci tip şəkərli diabetdə ən erkən özünü göstərəni neyropatiya əlamətləridir ki, bunun da ən yayılmış forması polineyropatiyadır. Distal polineyropatiya pereferik sinirlərin tipik diabetik zədələnməsidir. Xəstələri aşağı ətraflarda arabir sancma, keyləşmə, pəncələrdə soyuğa davamsızlıq, yanğı, ağrı narahat edır. Bir neçə il ərzində bu şikayətlər əsasən sakit vəziyyətdə qeyd olunur, sonra isə daimi və ıntensıv xarakter daşıyır.
    Artıq xəstəliyin debütunda adətən bu və ya digər hissiyat pozğunluğunun əlamətləri aşkar olunur: reflekslərin zəifləməsi, hərəki pozğunluqlar. Reflekslərin zəifləməsi yuxarı ətraflara nisbətən aşağı ətraflarda özünü göstərir. Xəstələrdə temperatur, vibrasion hissiyat zəifləyir, hərəkətlərdə pozğunluqlar yaranır. Diabetik polineyropatiyada Tioqammanın effekiıvliyi subut olunmuşdur. Tioqammanın istifadəsi nevroloji əlamətlərin əhəmiyyətli zəifləməsinə gətirib çıxarmış, lakin bu zaman neyropatiya ilə əlaqədar simptomlarda əhəmiyyətli dəyişiklik olmamışdır. Vitamin B1-ın yağda həll olan forması – Benfotiaminin tətbiqi ilə əlaqədər diabetik neyropatiyaların müalicəsındə B qrup vitaminlərinin istifadəsində müəyyən proqressdən danışmaq olar. Xüsusi ilə Benfotiaminin Vitamın B6 ilə kombinasiyası daha effektlidir. Bu qrup dərmanların 46 həftə ərzində qəbulu ağrı hissiyatının intensivliyini əhəmiyyətli dərəcədə azaldır və vibrasyon həssaslığın göstəricilərinin həddini yaxşılaşdırır. Diabetik polineyropatiyaların müalicəsində Aktoveginin tətbiqinin yüksək effektivliyi sübut olunmuşdur. Aktovegini 400 mq gündə 3 dəfə peroral və 20%-li 250 ml məhlulun vena daxilinə qəbul olunması energetik metabolizmin və pereferik sinir sistəminin qan dövranın yaxşılaşmasına səbəb olur ki, buda özünü ağrısız yerimənin müddətinin artmasında, hissiyatın yaxşılaşmasında və xəstələrın ümumi əhval-rühiyyəsində ğostərir.
    Pereferik neyropatiyadan əlavə avtonom neyropatiyada inkişaf edır. Misal üçün avtonom neyropatiyanın ürək damar formasında arterial təzyiqin qəflətən enməsi, ağrısız miokard infarktı, ürək döyünmə və hətta qəfləti ölüm; mədə bağırsaq formasında qarının köpməsi, öd kisəsinin parezi, ishal, qida borusunun funksiyasının pozulması, qəbızlık, bəzı hallarda kalın saxlana bılməməsı sıdık cınsıyyat formasında sidik ifrazının ləngiməsi (sidik kisəsinin atoniyası ilə əlaqədar) və cinsi funksiyanın pozğunluğu ola bilər.
    Avtonom neyropatiya üçün həmdə simptomsuz hipoqlikemiya və tər ifrazı funksiyasının (uzun və yemək vaxtı ğövdənin yuxarı hissəsinin tərləməsi) pozğunluğu xaraktərikdir.

    Qeyd etmək lazımdır ki, şəkərlı diabetin bütün ağırlaşmalarının səbəbi nəzarət olunmayan və uzun müddət davam edən hıperqlikemiyadır.
    Onların profilaktikası üçün müntəzəm olaraq qanda şəkərin səviyyəsini yoxlamalı və onu norma həddində saxlamaq lazımdır.
    Qlikəmiyanın səviyəsi ılə bərabər qanda xolesterinin səviyyəsinə nəzarət etməli və onu 5.5 mmol/l-dən artıq yüksəlməyə imkan verməməli həmçinin triqlieridlər 2 mmol/l-dən, qlikoqemoqlabin isə (HbA1c) 7 %-dən, AT 130/85 mm c.s. yuxarı olmamalıdırlar.
    Beləliklə şəkərlı diabetdə gecikmiş damar ağırlaşmalarının ən yaxşı profilaktika və müalicəsi karbohidrat mübadiləsinin normoqlikemiyaya nail olmaqla stabil kompensassiyasıdır. Həyat kəyfiyyətini aşağı salan bu və ya dıgər ağırlaşmalar zamanı antidiabetik preparatlar qəbul etməklə yanaşı, ağırlaşmaların müalicəsi üçün spesifik müalicə aparılmalıdır.
    Diabetik nefropatiya şəkərli diabetin çox qorxulu ağırlaşması olub, adətən hər 2 tip xəstələrin 20-25%-ində inkişaf edir. Xəstəliyin başlanğıcından 15-20 il sonra 40% xəstələrdə boyrək çatmamazlığının terminal stadiyası inkişaf
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  4. #14
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157

    62 MİN DİABETLİ

    62 MİN DİABETLİ..........
    Azərbaycan Diabet Cəmiyyəti (ADC)

    bu il Dövlət büdcəsindən bu sahəyə 2007-ci il üçün 12 milyon manat ayrılıb. Ancaq bu məbləğ xəstələrin tələbatlarını ödəmək iqtidarında deyil ....

    azerbaycanda diabetli xəstələrin sayının 62 mindir ...


    sis siz olun qan glukoz miqdarınızı ölçtürun.. belke sizde diabetsiniz????
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  5. #15
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493
    cox duzdur gerek her kes oz saglamliqinin qeydine qalsin duzdu he logman
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

  6. #16
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157
    DİABETİN Komplikasyonları
    Diyabetle ilgili birçok komplikasyon yüksek kan şekeri seviyesi nedeniyle ortaya çıkar.Kan şekeri seviyenizi kontrol altında tutarak kısa ve uzun dönemli komplikasyonları yaşama riskinizi azaltabilirsiniz.

    A Kısa Dönem Komplikasyonlar
    Kan şekeriniz kısa dönemlerde kontrolden çıktığında, aşağıdaki komplikasyonları yaşayabilirsiniz.

    1 Hipoglisemi veya Düşük Kan Şekeri
    Hipoglisemi belirtileri ; titreme, terleme, halsizlik, baş dönmesi,sinir, çok acıkma ve baş ağrısıdır.
    Hipoglisemi geçirdiğinizi düşünüyorsanız, aşağıdakileri takip ediniz;

    *İmkanınız varsa emin olmak için kan şekerinizi ölçünüz.
    *Şeker yiyebilir veya yarım bardak meyve suyu içebilirsiniz.
    *15 dakika içinde kendinizi daha iyi hissetmiyorsanız biraz daha şeker yiyebilirsiniz.

    2 Hiperglisemi veya Yüksek Kan Şekeri
    Hiperglisemi belirtileri; görmede bulanıklık, baş ağrısı, artan susuzluk hissi, sık idrara çıkma, sinir, sürekli yorgunluk hissi ve belli bir sürede meydana gelen açıklanamayan kilo kaybı olarak sıralanabilir.

    *Hiperglisemi geçirdiğinizi düşünüyorsanız, aşağıdakileri takip ediniz;
    Bolca su veya şekersiz içecek için.
    *Tavsiye edilen öğün planlamanızı takip edin.Öğün planlamanız yoksa diyetisyeninizle görüşün.
    *İlaçlarınızı doktorunuzun söylediği şekilde alın.Kan şekeri seviyeniz sürekli yüksekse mutlaka doktorunuzla veya diyabet eğitmeninizle görüşün.
    *Kan şekerinizi daha sık test edin.(3-4 saatte bir)


    B Uzun Dönem Komplikasyonları
    Yüksek kan şekeri zamanla kan damarlarında, büyük organlardaki sinirlerde, bacaklarınızda ve ayaklarınızda hasara neden olur.Hasarlar aşağıdaki komplikasyonlara yol açabilir:

    *Kan dolaşımı bozuklukları
    *Körlük
    *Ayak problemleri ve amputasyonları
    *Sinir problemleri
    *Böbrek problemleri
    *Kalp hastalıkları
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  7. #17
    Senior Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    İstanbul
    Mesajlar
    157
    Ayak Problemleri

    Diyabetlilerin kan dolaşım bozukluğu veya sinirlerin tahribatı nedeniyle ortaya çıkan ayak problemlerini yaşama riski daha fazladır.(Kuru cilt, çatlamış topuklar, nasırlar ve ayak şeklindeki değişiklikler).

    Kan dolaşım bozukluğu ayak hücrelerine az oksijenin ulaşması anlamına gelir. Kan dolaşım bozukluğu meydana gelirse, tırnak uzamasında değişiklikler, ağrılı ayak ülseri ve ayaktaki yaraların yavaş iyileşmesi görülebilir. Bazı diyabetlilerin ayaklarında hissizliğe yol açan sinir kayıpları olabilir.

    Sinir kaybı genelde uzun bir süre boyunca kan şekerinin kontrol altında tutulmamasından kaynaklanır. Hasar görmüş sinirler ayaklarınızın sıcaklığa, basınca ve acıya karşı hassasiyetinin çok azalmasına veya tamamen yok olmasına neden olur.Çok sıcak banyo yaparsanız ve ayaklarınız çok fazla sıcağa maruz kalırsa yanıklar oluşabilir ve siz bunları hissetmeyebilirsiniz.Sert bir objeye çarptığınızda oluşabilecek yaralanmaları veya ayakkabılarınız sıktığında oluşabilecek hasarın farkına varmayabilisiniz. Bu his kaybı ayak derinizi daha hassas bir hale getirir.Siz farkına varmadan ayaklarınızda hasarlar oluşabilir
    Ayaqqabım olmadıgından şikayet eleyirdim..
    Yolda gederken ayaqsız insan gordum..
    MEVLANA

  8. #18
    Junior Member
    Üyelik tarihi
    Feb 2012
    Mesajlar
    1

    Re: Diabet - Şeker Xesteliyi

    salam menim ogumun 6 yaşi var . men onun sidiyini ümumi müainə etdirərkən sidikde seker aşkar olundu( 1 defe 1.5 yas) qani müainə edilərkən isə qanda şəkər aşkar olunmadi. Tekrar olaraq verdim analizləri eyni gostericilər alindı. mene dediler qorxulu hecne yoxdur narahat olma kecib gedecey.daha sonra 3-6 yaslarinda tekrar muainə etdirdim sidikde gosderdi qanda yox .Usaq hiper aktiv uşaqdi, normal yeyir mayede normal isdeyende icir . İndi men cox narahatam bunun aciqlamasi nedirki bu muayineler bele netice verir. mualiceye ehtiyac varmi. meslehetinize ehtiyacim var.Əvvalcədən təşəkkurlər

  9. #19
    Junior Member
    Üyelik tarihi
    Jan 2013
    Mesajlar
    18
    Salam əziz fiziki qüsurlu insanlar. Sizin hamınızı “ samir-imanov.sayt.ws “ saytının ətrafında birləşməyə dəvət edirəm. Həyatınızın hər bir anında qarşılaşdığınız problemlərlə, məhdudiyyətlərlə və çətinliklərlə bağlı səsinizi heç kimə eşitdirə bilmirsiniz ? istedadınızı, bilik və bacarığınızı heç bir yerdə və heç bir şəkildə göstərmək imkanınız yoxdur ? “ samir-imanov.sayt.ws “ saytı məhz sizlər üçündür. Sayt hal-hazırda boşdur və saytın bütün bölmələrindəki məlumat və faylları sizlərin, məhs sizlərin məktublarınız əsasında yerləşdirəcəyik. Bir daha qeyd edirəm sayt bütünlüklə [email protected] mail ünvanına göndərilən məktublar əsasında qurulacaq və mən SAMİR İMANOV buna 100 faiz təminat verirəm. Buna görə də bu saytın yaradıcısı mən olsam da bu tək mənim deyil, bütün fiziki qüsurlu insanların ortaq saytı olacaq. Sizlərdən tək istəyim 3 dəqiqə vaxtınızı sərf edərək cəmi bircə dəfə “ samir-imanov.sayt.ws “ saytına daxil olub “samir” və “mənimlə əlaqə” bölmələrinə girərək ordakı məlumatları oxumanızdır. əgər xoşunuza gəlməsə bir daha həmin sayta girməyə bilərsiniz. Fikir və düşüncələrinizi, bilik və bacarıqlarınızı, problem və çətinliklərinizi, sual və təkliflərinizi gözləyirəm. [email protected] ünvanına yazdığınız məktubların nəticəsini və xeyrini ən qısa zamanda görəcəksinz. Sağlam insanların da biz əlillər haqfa olan fikir və düşüncələrini bilmək bizlər üçün maraqlı olardı, buna görə də fiziki vəziyyətindən asılı olmayaraq hər bir insanın sayt barəsində olan fikir və təkliflərini məmnuniyyətlə qəbul etməyə hazırıq. Uğurlar. Hörmətlə: “ samir-imanov.sayt.ws “ saytının rəhbəri SAMİR İMANOV.

Sayfa 2/2 İlkİlk 12

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.