Quru balıq dünyada geniş yayılmış ləzzətli təamlardan sayılsa da, onu çox yemək sağlamlıq üçün təhlükəlidir. Buna səbəb onun hazırlanmasında istifadə olunan konservantdır.

Həmin konservantı quru balığın saxlama müddətini uzatmaq istəyən firmalar tətbiq edirlər. Hindistan mütəxəssisləri konservantın çox zəhərli olduğunu bildirirlər. Bu faktı məhsulun keyfiyyətini müəyyən edən laboratoriya tədqiqatları təsdiq edib.
Ekspertlər quru balığın bir neçə növündə formalin aşkar ediblər. Formalinin miqdarı çox olanda sağlamlığa mənfi təsir göstərdiyi bildirilib.

Əlbəttə, quru balıq istehsalçılarının heç də hamısı zəhərli kimyəvi preparatlardan istifadə etmir. İstənilən halda istehlakçı ehtiyatlı olmalı və sağlamlığına qayğı ilə yanaşmalıdır, çünki konservantsız və başqa kimyəvi maddələrsiz də quru balığı çox yemək ziyandır. Çünki hisə verilən zaman bəzi zülallar və minerallar kanserogen maddələrə çevrilir.