- oruc tutan insanlar mütləq imsaq etsinlər. Havanın isti olması iştahanın azalmasına səbəb olur, amma sübh vaxtı qidalanmaq çox önəmlidir;
- oruc tutarkən yumurta yeyin və süd için. Çünki yumurtada kalori miqdarı çoxdur və yumurta insanı daha uzun müddət tox saxlayır. Süd isə insanın həm maye ehtiyacını, həm də qida ehtiyacını ödəmək xüsusiyyətinə malikdir;
- oruc tutanlar imsaq vaxtı 2-3 ədəd qoz yesə, bu, onları daha çox tox saxlayar;
- imsaq vaxtı meyvə ilə qidalanmaq çox önəmlidir. Xüsusən də sulu meyvələr insanın gün ərzində susuzluğunun qarşısını almağa kömək edər. Bunlara əsasən qarpız, yemiş, üzüm, şaftalı kimi meyvələr daxildir;
- əksər insanların bildiyi bir qanun var ki, iftar vaxtı birdən-birə çoxlu qida qəbul etmək olmaz. Onun əvəzinə bir dilim çörəklə sulu bir xörək yemək sağlamlıq baxımından daha faydalıdır. Bundan yalnız 15-20 dəqiqə sonra qidalanmağa davam etmək olar. Əks təqdirdə təzyiqin qalxması və mədə ağrıları yarana bilər;
- gün ərzində susuzluğu çox hiss etməmək üçün iftardan imsaqadək hər bir saatda 1-2 stəkan su içmək faydalıdır.