3 sonuçtan 1 ile 3 arası

Saçlar niyə tökülür?

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Saçlar niyə tökülür?



    Normada gün ərzində insan saçı 100-ə yaxın tük itirir. Daha çox itirərsə bu saçların seyrəlməsinə gətirib çıxarır. Bir qayda olaraq problemin yaranmasının qarşısını almaq sonradan onu həll etməkdən daha asan olur. Bunun üçün adi qaydalara riayət etmək lazımdır ki, saçlar seyrəlməsin. Saç müxtəlif səbəblərdən tökülə bilər.Məsələn qışın soyuq günlərində başıaçıq gəzərkən saç köklərinin əzələləri soyuqlayır.Bu isə saçın surətlə tökülməsi ilə nəticələnir.Eyni zamanda kip baş geyimlərindən də istifadə etmək məsləhət deyil çünki baş sıxıldıqda qan dövranı və saç köklərinin qidalanması sistemi pozulur. Təsadüfi deyil ki ,kip hörülmüş sıx yığılmış düzümlər saçın tökülməsinə səbəb olan amillərdəndir.Bəzən saç tökülməsi bütün orqanizmin yaxud hansısa bir orqanın xəstəliyi ilə bağlı olur.Belə olan təqdirdə mütləq həkimə müraciət etmək və müalicə almaq lazımdır.
    Saçların tökülməsi alopesiya adlanır, və o, iki tipdə olur.
    1.Düşən saç follikullarının yerində çapıq əmələ gəlməklə -bu cür tökülmə bərpa olunmur.
    2.Çapıq əmələ gəlməməklə. Bu tipdə saç tökülməsinin qarşısını almaq mümkündür.
    Bundan başqa saç tökülməsi ocaqlı-yəni məhdud bir sahədə diffuz olur.
    Diffuz alopesiyanın səbəbləri bunlardır.

    •Disbalans, klimaks,yumurtalıqların polikistozu.
    •Stress,əsəb.
    •Genetik androgen çoxluğu nəticəsində-daha çox kişilərdə müşahidə olunur,saçlar təpə hissədən seyrəlir,tükləri çox naziılir,ənsə və gicgah nahiyyələrdə isə olduğu kimi qalır.
    •Qida amili-dəmir, kalsium,zülal, və bir sıra vitaminlərin çatışmazlığı.
    •Mexaniki və ya toksik təsirlər nəticəsində.
    •Dərman preparatlarının təsiri nəticəsində.



    Hamilə qadınlarda rast gəlinən saç tökülməsi hamiləlik zamanı orqanizmin yenidən qurulması hormonların dəyişməsi bir sıra maddələrə tələbatın artması və onların orqanizmdə çatışmazlığının yaranması nəticəsində baş verir.
    Ocaqlı alopesiya yalnız məhdud bir nahiyədə saçların tamamilə tökülməsi ilə müşayiət olunur.
    Saç tökülməsinin çoxsaylı müalicə metodları mövcuddur. Müalicə kompleks şəkildə xəstəliyin əmələ gəlmə səbəbi nəzərə alınmaqla aparılır.
    Müalicə metodlarına aiddir.
    -Dərman müalicəsi-hormonoterapiya,vitaminoterapiya,sedativ preparatlar.
    -Fizioterapiya-saç dibinin masajn olunması , darsonval,ozonoterapiya.
    -Saç üçün tonik,şampun və maskalar.
    -Xalq təbabəti-gənəgərçək ,badam ,qoz yağı,bal və yumurta sarısı və s. maskalar.
    -Cərrahi üsul vasitəsilə saç əkilməsi.
    Vitaminoterapiyada adətən tərkibində vitaminlər mikroelementlər aminturşular və s. olan preparatlardan ,sedativ müalicədə isə yüngül bitki tərkibli sakitləşdirici preparatlardan istifadə olunur.
    Fizioterapiyada xalq təbabəti tonik və maskalarla yerli müalicə üsulları tük follekullarının qan dövranının və qidalanmasının yaxşılaşmasına xidmət edir.
    Saş tökülməsi problemi ilə qarşılaşmamaq üçün onlara yaxşı qulluq etmək lazımdır.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Saçlar niyə tökülür?

    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Dec 2011
    Mesajlar
    3

    Re: Saçlar niyə tökülür?

    O qədər stress kecirir ki millət

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.