Ən təhlükəli vaxt uşaq iməkləməyə başlayan vaxtdır. O, mətbəx masalarını açır, içində sirkə, yuyucu vasitələr, istiotlu maddələr olan şüşə qabları ələ keçirir və onların dadına baxır, süfrələrin sallanmış uclarını dartır, masa üzərindəki əşyaları öz üzərinə salır, barmaqlarını qapı arasında, kürsü ayaqları arasında qoyur.
Bu səbəbdən evi diqqətlə nəzərdən keçirin. Elektrik düymələri, elektrik qızdırıcıları, qaz plitələri, mətbəx əşyaları, iti uclu əşyalar, yuyucu vasitələr, dərmanlar, iynə və düymələr uşaq üçün əlçatmaz yerdə olmalıdır. Evinizə hər şeyə maraq göstərən körpənizin gözü ilə nəzər salın. Yadda saxlayın: bütün zəhərlənmələrin 1/5 hissəsi bir yaşlı uşaqların payına düşür. Südəmər uşaqlar isə uşaq travmatizmi statistikasında 3-cü yeri tuturlar.

Avtomobil qəzası zamanı ən təhlükəli sahə avtomobillərin qabaq oturacağıdır. Buna görə də qucağınızda körpə ilə avtomobilin qabaq oturacağına ələşməyin. Təhlükəsizlik kəmərindən istifadə etsəniz də belə, qabaq oturacaqda diziniz üstə yaşından asılı olmayaraq uşaq otuzdurmayın!
12 yaşına qədər uşaqları avtomobilin qabaq oturacağında aparmaq qəti qadağandır; yalnız xüsusi uşaq kürsülərindən istifadə edildikdə icazə verilir. Bu kürsülər xüsusi kəmərlərlə avtomobilin oturacağına və uşağın bədəninə hərəkətsiz bərkidilir. Bu yol polisini görəndə yox, hər vaxt belə olmalıdır. Uşağınızın təhlükəsizliyinə siz cavabdehsiniz.